* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı. – Vışkaların təpəsində fırlanan kəlləçarxların cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Buruqların şam ağacı kimi səmaya yüksəlməsi, başlarında qurulmuş kəlləçarxın fır-fır fırlanıb quyulardan neft dartması … əzəmət təşkil edirdi. B.Talıblı. ◊ Kəlləçarxa vurmaq – bir iş və ya hərəkətdə son həddə, ifrat dərəcəyə varmaq; həddini aşmaq. [Mirzə Cəlil:] [Ataş] özbaşına qalsa, kəlləçarxa vurar, yatan itləri də oyadar. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / kəlləçarx1 сущ. тартальный шкив (подземное колесо на нефтяных вышках) ◊ kəlləçarxa vurmaq переходить, перейти всякие границы, переборщить
Azərbaycanca-rusca lüğət / kəlləçarx1 i. 1. tex. swivel (on the top of a derrick) 2. d.d. head, top; Qızdırma qalxıb kəlləçarxa The fever has come / drawn to a head; ~a vurmaq to overdo* it; to come* / to go* it (too) strong idiom.; to go* too far d.d.
Azərbaycanca-ingiliscə lüğət / kəlləçarx1 is. 1) tex. tourniquet m, pivot m, tourillon m ; 2) tournebroche m, toton m, toupie f
Azərbaycanca-fransızca lüğət / kəlləçarx