kələk sözü azərbaycan dilində

kələk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kələk • 72.2008%
  • Kələk • 25.8687%
  • KƏLƏK • 1.9305%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5-6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Kələk (qayıq)
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi pələ ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Kələk isə öz həcminə görə pələdən üç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurudu. Kələyə bağlamış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yük götürə bilirdi. Culfanın Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üçtəpədə digər sahilə çıxa bilirdi.
Kələk bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Amerikalı kələkbaz (film, 2013)
== Həmçinin bax ==
Kələkarx
Kələkarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir. Toponim Azərbaycan dilinin cənub dialektində «yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer» mənasında işlənən kələk sözü ilə arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nın I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.. == Əhalisi == 27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü. == Ümumi məlumat == Körpü ikiaşırımlıdır.Uzunluğu 30 paqonometrdir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Milli memarlıq simasını və möhkəmliyini qoruyub saxlamışdır. 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur. Kələki körpüsü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunmuşdur.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Kələkoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır. == Ərzaqlar == 4 porsiya üçün nəzərdə tutulub 3 stəkan yağlı qatıq 1 ½ xörək qaşığı un 1 yumurta 3 stəkan soyuq su 1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü ½ stəkan xırda doğranmış qoz 2 diş əzilmiş sarımsaq 1 ½ xörək qaşığı quru nanə 2 xörək qaşığı bitki və ya kərə yağı 1 orta baş xırda doğranmış soğan duz, zövqə görə istiot, zövqə görə == Hazırlanma qaydası == 1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın. 3. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın. 4. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın.
Kələkötür acıçiçək
Kələkötür acıçiçək (lat. Gentiana scabra) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Kələkötür böyürtkən
Kələkötür böyürtkən (lat. Rubus hirtus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Fransada, Almaniyada, Avstriyada, Macarıstanda və Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Birillik budaqları seyrək tüklü, silindrvarı, üzəri qısa sarımtıl tikanlı və vəzili, yerə yatıq koldur. Üçər, az halda beşər tünd yaşıl, nazik. kənarı tam olmayan ikiqat dişli, hər iki tərəfdən tüklü, ucu şişləşmiş yarpaqcıqlıdır. Yarpaqaltlığı xətvarıdır. Çiçəkləri 1,5-2 sm diametrində, kasayarpaqları sıx vəzili çox zaman xırda tikancıqlı çiçək açanda kənara qatlanmış olur. Ləçəkləri ağdır. Meyvəverən budaqları tüklü, sıx, yatıq, vəzilidir.
Kələkötür fırçaotu
Kələkötür fırçaotu (lat. Dipsacus asper) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü.
Kələkötür qırxbuğum
Kələkötür qırxbuğum (lat. Polygonum scabrum) - qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Dioctis maculatum Raf. Dioctis vernum Raf. Discolenta lapathifolia Raf. Discolenta scabra Raf. Persicaria attenuata subsp. pulchra (Blume) K.L. Wilson Persicaria hypanica (Klokov) Tzvelev Persicaria lapathifolia (L.) Gray Persicaria lapathifolia subsp. andrzejowskiana (Klokov) Soják Persicaria lapathifolia subsp. brittingeri (Opiz) Soják Persicaria lapathifolia subsp.
Kələkötür ürəkotu
Kələkötür ürəkotu (lat. Cardamine hirsuta) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabis heterophylla G.Forst. ex DC. Cardamine africana subsp. borbonica (Bojer) O.E. Schulz Cardamine angulata Regel [Illegitimate] Cardamine borbonica Bojer Cardamine fagetina Schur Cardamine hirsuta var. apetala Soó Cardamine hirsuta f. apetala Soó Cardamine hirsuta var. exigua O.E.Schulz Cardamine hirsuta var. formosana Hayata Cardamine hirsuta f. glabra Schweinf.
Kələkötürlük
Kələkötürlük - texniki səthdə baza uzunluğunda kiçik addımlarla yaranan forma xətaları toplusu olub, səthin profil kəsiyində ideal həndəsi formadan meyillənmə kimi müxtəlif parametrlərlə səciyyələndirilir. Onlar mexaniki emal və ya başqa təsirlər nəticəsində yaranan kiçik məsafəli səth nahamarlıqlarıdır. İSO 1302-yə görə verilmiş baza uzunluğunda profil aşağıdakı parametrlərlə təsvir olunur. Orta xətt profili iki hissəyə elə bölür ki, profil boyunca materialla dolu (Ao) və boş sahələr (Au) bir-birinə bərabər olur. Maksimal profil hündürlüyü (Rmax) ən dərin çökəklik və zirvəyə toxunan xəttlər arasındakı məsafədir. Maksimal profil dərinliyi (Rm) profilin orta xəttindən aşağıdakı ucqar nöqtəsinə qədər olan məsafədir. Meyillənmənin orta ədədi qiyməti Rz verilmiş uzunluqda 5 ən hündür və 5 ən dərin profil qiymətlərinin ədədi ortasıdır: R z = ( ∑ i = 1 5 | H i m a x | + ∑ i = 1 5 | H i m i n | ) / 5 {\displaystyle R_{z}=\left(\sum _{i=1}^{5}|H_{i\ max}|+\sum _{i=1}^{5}|H_{i\ min}|\right)/5\,\!} Kələkötürlüyün orta ədədi qiyməti isə Ra ilə işarə olunur. O, verilmiş baza uzunluğunda profilin orta qiymətdən bütün meyillənmələrinin orta ədədi qiyməti kimi təyin olunur: R a = 1 l ∫ l 0 [ y i ] d x {\displaystyle R_{a}={\frac {1}{l}}\int \limits _{l}^{0}\left[y_{i}\right]\,dx\,\!} Səthin kələkötürlüyünün texniki cizgidə göstərilməsi də standartlaşdırılıb. Burada səthi kifayət qədər səciyyələndirmək üçün lazım olan parametrlər verilir. Çox vaxt səth üzərində Ra–nın qiyməti əlavə göstərilir.
Skapenin kələkləri
Skapenin kələkləri (fr. Les Fourberies de Scapin) — Fransa dramaturqu Molyerin 24 may 1671-ci ildə ilk dəfə Pale-Royalda səhnəyə qoyduğu 3 pərdədən ibarət (hər biri müvafiq olaraq 5, 8 və 13 pərdədən ibarətdir) komediya tamaşası. Qəbul edilir ki, bu əsər qədim Roma dramaturqu Terensinin yazdığı "Phormio" komediyasından götürülüb. Oyunun baş qəhrəmanı fırıldaqçı və hiyləgər Skapen yalan və hiylə ilə həyatında daim hamını qabaqlamağa çalışan bir insandır. Çox lovğa, təkəbbürlü, özünü bəyənən biridir və bacara bilməyəcəyi heç bir işin olmadığını düşünür. Amma eyni zamanda çox hiyləgər və diplomasiya üzərində çox istedadlıdır. Tez oyundakı digər insanları kukla kimi bir-birinə qarşı oynatmağa başlayır. Bununla belə, o, iki gənc cütlüyə kömək etmək kimi əsas məqsədindən heç vaxt ayrılmamağı bacarır. == Obrazlar == Skapen : Leandrın nökəri, kələkbaz Leandr : Jerontun oğlu və Zerbinetta'nın sevgilisi Oktav : Arqantın oğlu və Qiasintanın sevgilisi Jeront : Leandr və Qiasintanın atası Arqant : Oktav və Zerbinettanın atası Qiasinta : Jerontun qızı və Oktavın sevgilisi Zerbinette : Arqantın qızı və Leandrın sevgilisi Silvestr : Oktavın xidmətçisi Karl : Kələkbaz Nerina : Qiasintanın dayəsi və süd anası iki qapıçı == Televiziya adaptasiyaları == Les Fourberies de Scapin, Fransız televiziyası üçün Jan Kerçbronun istehsalıdır. Televiziyada ilk dəfə 1965-ci ildə yayımlanıb.
Kələkli (Duzluca)
Kələkli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Külüklü kimi qeyd olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 ••••••• 0.34
2006 •••••••••••••••••• 0.90
2007 •••••••••••••••••••• 1.06
2009 •••••••••• 0.48
2010 ••••••• 0.36
2011 ••••••••••••••• 0.77
2012 ••••• 0.26
2013 •••••••••••• 0.58
2014 •••• 0.17
2016 ••••••••••••••••• 0.87
2018 •••••• 0.30
2019 ••• 0.14
2020 •••••• 0.27

kələk sözünün leksik mənası və izahı

  • 1 is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov. [Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir. Ə.Haqverdiyev. ◊ Kələk gəlmək – yalan sözlərlə, hiylə ilə aldatmaq, fırıldaq işlətmək. [Nəbi:] Mehdinin əlindən dad edər fələk; Naçalniklər mənə gəlirlər kələk. “Qaçaq Nəbi”. [Salamov:] Adə, … sən də mənə kələk gəlirsən? C.Cabbarlı. Kələk işlətmək – bax kələk gəlmək. [Hacı Mehdi:] Hər nə kələyin var, işlət. Ə.Haqverdiyev. Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Kələk qurmaq – biclik işlətmək, hiylə düzəltmək. Lakin o yerlərdə gedir, durmayır; Bir elə layiqli kələk qurmayır. M.Ə.Sabir. [Cahan:] Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Ü.Hacıbəyov. [Hacı Fərəc:] Ziynət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım məəttəl. N.Vəzirov. Kələyə düşmək – tora düşmək, hiyləyə aldanmaq, işə düşmək. [Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmişdir. S.S.Axundov. Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Kələyə salmaq (qoymaq) – cəncəl işə salmaq. [Gülçöhrə:] Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim əzabıma səbəb oldu. Ü.Hacıbəyov. Kələyi baş tutmamaq – hiyləsi həyata keçməmək, boşa çıxmaq. [Məşədi İbad:] Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı. Ü.Hacıbəyov. Kələyi kəsilmək – üzülmək, əldən düşmək. Kələyini kəsmək – son dərəcə yormaq, incitmək, əldən salmaq, çox əziyyət vermək, üzmək. Yol kələyimizi kəsdi. – [Əhmədov:] Çadırdan, brezentdən tap, yoxsa bu gün bizim kələyimizi kəsər. Mir Cəlal. Kələyinin üstü açılmaq – hiyləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli olmaq, baş tutmamaq. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / kələk

kələk sözünün sinonimləri (yaxın mənalı sözlər)

kələk sözünün rus dilinə tərcüməsi

  • 1 махинация, надувательство, плутня, хитрость, подвох, афера, уловка, выкрутасы, обман

    Azərbaycanca-rusca lüğət / kələk
  • 2 сущ. 1. хитрость, уловка (хитрый поступок, прием). Kələyi baş tutmadı его хитрость не прошла; bunlar hamısı kiminsə kələyidir все это чьи-то уловки; kələklərini bilmək kimin узнать об уловках чьих, кого 2. ухищрение (ловкий, хитрый прием, применяемый для достижения чего-л., когда не хотят действовать открыто и прямо). Bütün kələklərinə baxmayaraq несмотря на все ухищрения … ◊ kələk açmaq см. kələk gəlmək; kələk qurmaq придумать уловку, пойти на хитрость; kələk işlətmək применять хитрость, пускатья на хитрость; kələk gəlmək идти на хитрость, хитрить; kələyə düşmək попасть в ловушку; kələyə salmaq kimi впутать в неприятную историю кого; kələyi baş tutmadı kimin не прошла, не удалась чья уловка; kələyinin üstünü açmaq kimin раскрыть чьи проделки; kələyinin üstü açılqı kimin раскрылись чьи уловки; kələyi kəsilmək выбиться из сил, утомиться; kələyini kəsmək kimin 1. утомлять, утомить 2. измучить кого 3. замучить (мучениями довести до смерти) кого

    Azərbaycanca-rusca lüğət / kələk

kələk sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (hiylə, fənd) trick, trickery, art, artifice; shuffle, craft, dodge, wile; şeytanın kələyi the wiles of the devil; Okələyin daha baş tutmaz / keçməz You shall not serve that twice; ~ işlətmək to use trickery, to practice tricks; 2. (hiyləli qurğu, tələ) stratagem, device, crafty designs, contrivance, ruse; bir kəsə ~ qurmaq to harbour (crafty) designs on / aganist smb.; 3. (fırıldaq, aldatma) fraud, deception, machination; cheat, cheating, roguery, swindle, foul play, imposture; ~ gəlmək (hesabda, oyunda) to cheat (d.), to swindle (d.), to defraud (d.), (qumarda) to sharp (d.); O mənə hesabda 5 manat kələk gəldi He cheated me (out) of five manats; ~ işlətmək / qurmaq to machinate; ~yə düşmək to get* into pitfall / trouble; to be* cheated / defrauded; ~yə salmaq to do* an ill / bad turn (i.); ◊ ~yini kəsmək to perish (d.) / to kill (d.); to keep* smb.’s nose to the grindstone idiom.

    Azərbaycanca-ingiliscə lüğət / kələk

kələk sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) ruse f ; malice f ; astuce f ; artifice m, truc m ; détour m, faux-fuyant m, subterfuge m ; şeytan ~yi subtilité f satanique ; ~ işlətmək user de ruse ; 2) piège m ; guet-apens m, sourcière f ; bir kəsə ~ qurmaq tendre un piège à qn ; 3) spéculation f ; affaire f louche ; tromperie f, superchérie f, duperie f ; fraude f ; ~ gəlmək (hesabda, oyunda) mettre dedans qn, monter un bateau à qn, duper qn, tricher vi ; duper au poker ◊ ~yini kəsmək tuer vt, assasiner vt

    Azərbaycanca-fransızca lüğət / kələk

kələk sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гьилле, бижвал, амалдарвал, фенд, алцурарун; ** kələk gəlmək гьилле атун, алцурарун; kələk işlətmək кил. kələk gəlmək; kələk qurmaq гьилле туькӀуьрун, бижвал авун; kələyə düşmək туруна гьатун, алцурар хьун; kələyi baş tutmamaq гьилледи кьил такьун, фенд кьилиз тефин; kələyi kəsilmək аман атӀун, тӀакь атӀун, такьатдай аватун, гъилерай фин; kələyini kəsmək аман атӀун, гзаф галудун, инжиклу авун, азият гун; kələyinin üstü açılmaq гьилле (бижвал, фенд) дуьздал (винел) акъатун, ччир хьун, гьилледи кьил такьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kələk

kələk sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qazax, Tovuz) kiçik, keyfiyyətsiz qovun və ya qarpız. – Kələyi yeməzdər, adam naçaxlar (Qazax) II (Yardımlı) divar. – Əvin kələyin qağon götüray

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kələk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kələk nədir? #kələk sözünün mənası #kələk nə deməkdir? #kələk sözünün izahı #kələk sözünün yazılışı #kələk necə yazılır? #kələk sözünün düzgün yazılışı #kələk leksik mənası #kələk sözünün sinonimi #kələk sözünün yaxın mənalı sözlər #kələk sözünün əks mənası #kələk sözünün etimologiyası #kələk sözünün orfoqrafiyası #kələk rusca #kələk inglisça #kələk fransızca #kələk sözünün istifadəsi #sözlük