kəmankeş sözü azərbaycan dilində

kəmankeş

Yazılış

  • kəmankeş • 66.6667%
  • Kəmankeş • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəmankeş Qara Mustafa Paşa
Kəmankeş Qara Mustafa Paşa (1592, Vlyora – 31 yanvar 1644, Konstantinopol) — IV Murad və I İbrahim dövrlərində ümumilikdə 5 il 1 ay 7 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Vlyorada dünyaya gəlmiş, əslən albandır. Kiçik yaşlarında İstanbula gələrək yeniçəri ocağına daxil oldu və burada Qara Həsən ağanın yanında yetişdi. Ox atmaqdakı qabiliyyəti səbəbi ilə “Kəmankeş” ləqəbi ilə anılır. Qısa zamanda yeniçəri ağalığına yüksəldi. IV Muradın əmriylə yeniçərilər arasındakı üsyançıları aradan qaldırdı. Bu vəzifədə ikən qatıldığı İrəvan səfərindəki xidmətləri səbəbilə kaptan-ı dəryalığa gətirildi. 1637-ci ilin fevralında kaptan-ı dəryalığa əlavə olaraq sədarət naibi də seçildi. Bu vəzifədə ikən bir yandan dövlət gəlirlərini artırmaq üçün maliyyə planları hazırlamış, digər yandan isə donanma üçün yeni gəmilər inşa etdirmişdir. 1638-ci ilin yazında IV Muradla birlikdə Bağdad səfərinə qatıldı.
Kəmankeş Qara Əli Paşa
Kəmankeş Əli Paşa (ö. 3 aprel 1624) I. Mustafanın ikinci səltənətində və IV. Murad səltənətinin ilk dövrlərində 30 avqust 1623 – 3 aprel 1624 illərində 7 ay 4 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == Türk əsillidir. Təhsilini Əndərunda almışdır. Saraydan çıxdıqdan sonra vəzirlik rütbəsilə Bağdad Bəylərbəyliyinə təyin edildi. Bundan sonra Diyarbəkir hakimi və dördüncü vəzir olaraq divan heyətinə qatılmışdır. 1623 tarixində baş verən sipahi üsyanı və Sədrəzəm Mere Hüseyn Paşanın İstanbuldan qaçması ilə sədarətə gətirildi. Yeni sədrəzəm olaraq İstanbuldakı ayaqlanmaları yatırmaq üçün, ilk öncə dövlət işləri ilə maraqlanmayan I. Mustafanı devirməli idi. Bunun üçün divan vəzirləri və şeyxülislam Zəkəriyyazadə Yəhya Əfəndinin razılığını almışdır. Görülən hazırlıqlardan sonra 9 sentyabr 1623 tarixində I. Mustafa taxtdan endirildi.

kəmankeş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) oxatan; 2) kamançaçı, kamançalan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#kəmankeş nədir? #kəmankeş sözünün mənası #kəmankeş nə deməkdir? #kəmankeş sözünün izahı #kəmankeş sözünün yazılışı #kəmankeş necə yazılır? #kəmankeş sözünün düzgün yazılışı #kəmankeş leksik mənası #kəmankeş sözünün sinonimi #kəmankeş sözünün yaxın mənalı sözlər #kəmankeş sözünün əks mənası #kəmankeş sözünün etimologiyası #kəmankeş sözünün orfoqrafiyası #kəmankeş rusca #kəmankeş inglisça #kəmankeş fransızca #kəmankeş sözünün istifadəsi #sözlük