kəndirqayış sözü azərbaycan dilində

kəndirqayış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəndirqayış • 87.5000%
  • Kəndirqayış • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəndirqayış
Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır. == Fəaliyyəti == Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır. Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər. Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.

kəndirqayış sözünün leksik mənası və izahı

  • 1 sif. Bərk, möhkəm. □ Kəndirqayış kimi – bərk-bərk. Qırsaqqız Xoca Əzizi elə tutdu, elə tutdu ki, kəndirqayış kimi. “Koroğlu”. Kəndirqayış olmaq – tutub (yapışıb) buraxmamaq. …Oğlan oldu kəndirqayış, qızdan əl çəkmədi ki, çəkmədi. (Nağıl).

    Azərbaycan dilinin izahlı lüğəti / kəndirqayış

kəndirqayış sözünün rus dilinə tərcüməsi

  • 1 прил. крепкий, здоровый, выносливый; kəndirqayış kimi tutmaq схватить сильно, kəndirqayış olmaq пристать как банный лист, не отставать от кого-л.

    Azərbaycanca-rusca lüğət / kəndirqayış

kəndirqayış sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. кӀеви, мягькем; // kəndirqayış kimi кӀевиз, кӀевидаказ (мес. кьун); kəndirqayış olmaq кӀевиз кьун, кьуна ахъай тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / kəndirqayış

Oxşar sözlər

#kəndirqayış nədir? #kəndirqayış sözünün mənası #kəndirqayış nə deməkdir? #kəndirqayış sözünün izahı #kəndirqayış sözünün yazılışı #kəndirqayış necə yazılır? #kəndirqayış sözünün düzgün yazılışı #kəndirqayış leksik mənası #kəndirqayış sözünün sinonimi #kəndirqayış sözünün yaxın mənalı sözlər #kəndirqayış sözünün əks mənası #kəndirqayış sözünün etimologiyası #kəndirqayış sözünün orfoqrafiyası #kəndirqayış rusca #kəndirqayış inglisça #kəndirqayış fransızca #kəndirqayış sözünün istifadəsi #sözlük