Kəndlilər (1939)
Kəndlilər — rejissor Səməd Mərdanovun filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.
== Məzmun ==
Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.
== Film haqqında ==
Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir.
Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir.
Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir.
Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir.