Kərim sözü azərbaycan dilində

Kərim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kərim • 99.4449%
  • kərim • 0.4500%
  • KƏRİM • 0.1050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu.Kərim KərimovKərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) —Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev —Bu təxəllüsü olan tanınmış şəxslərƏli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti.DigərKərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Fatih Kərim
Fatih Kərim (tatar. Фатих Кәрим; 27 dekabr 1908 (9 yanvar 1909) – 19 fevral 1945) — Tatarıstan Sovet şairi. == Tarixi == 27 dekabr 1908-ci ildə (9 yanvar 1909) Aitovo kəndində (indiki Başqırdıstan Respublikasının Bijbulyakski rayonu) anadan olub. İlk təhsilini burada aldı, 1922-ci ildə Belebey Pedaqoji Texnikumuna daxil oldu. Sonra Kazan torpaq idarəçiliyi texnikumunda oxudu, respublika qəzet və jurnalları ilə əməkdaşlıq etdi, Tatizdatdakı uşaq və gənclər ədəbiyyatı redaksiyasında çalışdı. Kazanda, Kərim 1931-1941-ci illərdə Çernışevski (indiki Kremlin küçəsi) küçədəki 21-ci evdə yaşayırdı. Böyük Vətən müharibəsi üzvü. 17 yanvar 1945-ci ildə kiçik leytenant Fatih Valeyeviç Kərimov 3-cü Belorusiya Cəbhəsi 5-ci ordusunun 65-ci tüfəng korpusunun 144-cü tüfəng diviziyasının 226-cı ayrı-ayrı sapal taborunun sapyor tağımının komandiri təyin edildi. 1945-ci il fevralın 19-da Köniqsberq kənarında — Pobeda kəndində (indi - Kalininqrad bölgəsi) döyüş tapşırığını yerinə yetirərək öldü. Kalininqrad vilayətinin Baqrationovskdakı kütləvi məzarlığında dəfn edilmişdir.
Kərim (Uçalı)
Kərim (başq. Кәрим, rus. Каримово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 63 km, kənd sovetliyindən (İlçəqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95 %) üstünlük təşkil edir.
Kərim Abdullayev
Kərim Abdullayev (azərb. Kərim Kərbalayı Yəhya oğlu Abdullayev ‎; 1898, Bülbülə, Bakı – 1937) — Azərbaycan Respublikası Ali Sovetinin sədri == Haqqında == Kərim Abdullayev Bülbülədə anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1920–ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışmışdır. 1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri seçilmişdir. Sonralar Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, Respublika Prokuroru işləmişdir. 1931-ci ildə Zaqafqaziya yol nəqliyyatı komissarının müavini təyin edilmişdir. 1933-1934-cü illərdə Axalsıx Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmisdir. 1937-ci il martın 1-də həbs edilmiş və oktyabrın 11-də güllələnmişdir.
Kərim Allahverdiyev
Kərim Rəhim oğlu Allahverdiyev (d.1 aprel 1944, İrəvan) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü. == Həyatı == Kərim Allahverdiyev 1944-cü ildə Qərbi Azərbaycanda anadan olub. Rusiyada Lebedev adına Fizika İnstitutunu bitirdikdən sonra 1967-ci ildən AMEA Fizika İnstitutunda çalışan K. Allahverdiyev 1969–1972-ci illərdə aspiranturanı bitirmiş, 1972-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1974–1975-ci illərdə Böyük Britaniya Oksford Universitetinin Clarendon laboratoriyasında çalışan alim 1992–1995-ci illərdə Ankarada Ortadoğu Texniki Universitetinin Fizika fakültəsində professor kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən etibarən TUBİTAK Mərmərə Araşdırma Mərkəzində şöbə müdiri, 2002-ci ildən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.Bütün bu illər ərzində alimin 40-dan artıq universitet və araşdırma mərkəzi ilə elmi əlaqələri mövcud olmuşdur. Bu qurumlar arasında Moskva Dövlət Universiteti (Rusiya), məşhur Oksford, Kembric, Şeffild, London, İmperial universitetləri (Böyük Britaniya), MPI FKF, Stuttqart, RWTH Aachen, Bochum, Bayreuth və Hamburg universitetləri (Almaniya), ABŞ Hava Qüvvələri Wright Patterson Laboratoriyası, Kolorado Əyalət Universiteti, Cincinnati Universiteti, Tsukuba Universiteti (Yaponiya) və Madrid Universitetini (İspaniya) və digər nüfuzlu universitetlərin adlarını çəkmək olar.11 ildən artıqdır ki, yarımkeçiricilər fizikası sahəsində çalışan alim bir sıra mühüm elmi nəticələr əldə etmişdir. Professor Allahverdiyev bir çox mükafat və nişanlara layiq görülmüş, nüfuzlu beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. 1988-ci ildə alim Azərbaycan Dövlət mükafatı, 1989-cu ildə Aachen Texniki Universitetinin "Window-on-Science" mükafatı, 1987–1989-cu illərdə Avropa Aerokosmik tədqiqatları ofisi tərəfindən ziyarətçi professor olaraq Krallıq Cəmiyyəti mükafatına, əldə etdiyi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyası tərəfindən ilin ən önəmli alimi Fəxri adına layiq görülmüşdür. Nyu-York Elmlər Akademiyası (1998), Azərbaycan Milli Yaradıcılıq Akademiyası (1988), A. M. Proxorov adına Rusiya Mühəndislik Akademiyasının və Türkiyənin "Fizika" jurnalının Redaksiya Heyətinin (2008) üzvüdür. == Yayımlanmış əsərləri == Professor Kərim Allahverdiyev 320 elmi məqələnin, 1 kitabın, 2 monoqrafiyanın və 5 patentin müəllifidir.
Kərim Atayev
Kərim Atayev – Texnika elmləri namizədi. == Həyatı == Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir. 1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur. 2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır. 2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə "Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Kərim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — hücumçu mövqeyində oynayan Fransa futbolçusu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola “Lion” klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Kərim Dünyamalıyev
Dünyamalıyev Kərim Həmdulla oğlu – yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı == Mənbə == 1953-cü iyulun 28-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Kiyev rəssamlıq məktəbini (1981), Kiyev Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1985). Azərbaycan Mədəniyyət Nazirliyinin təmir-tikinti idarəsində – "Bərpaçı"da rəssam, (1988–1991) işləmişdir. 1991–1995-ci illərdə könüllü olaraq xüsusi təyinatlı əlahiddə taburda zabit kimi xidmət etmiş, döyüş bölgələrində gedən döyüşlərin iştirakçısıdır. "Xəyal" MTRŞ-nin icraçı direktoru olmuşdur (2007–2008) . Ondan çox kitabın müəllifidir. Kərim Dünyamalı 2005-ci ildə Həcc ziyarətində olub.
Kərim Hüseynov
Kərim Hüseynov (tam adı: Kərim Tərlan oğlu Hüseynov; 30 dekabr 1989; Qusar, Azərbaycan — 14 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Hüseynov 1989-cu il dekabrın 30-da Qusar rayonunun Piral kəndində anadan olub. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Kərim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kərim Hüseynov oktyabrın 14-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərim Həsənov
Kərim Həsənov (ədəbiyyatşünas)
Kərim Kərimov
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri.Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır. == Həyatı == Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ana və ata babaları qədim Şamaxı şəhərindəndirlər. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z.Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuşdur.Kərim Kərimovun kiçik qardaşı Mustafa Kərimov tanınmış Sovet türkoloqlarından biri idi.
Kərim Məmmədbəyov
Kərim Hüseyn oğlu Məmmədbəyov (3 mart 1899, Qaytaq-Tabasaran dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 9 mart 1938, Moskva, RSFSR) — sovet siyasi və dövlət xadimi, inqilabçı, Dağıstan Vilayət Fövqəladə Komissiyasının sədri (1921–1922), Dağıstan Muxtar Sovet Sosialist Respublikasının daxili işlər xalq komissarı (1922–1923), Birləşmiş Siyasi İdarəsi Dağıstan vilayət şöbəsinin rəisi (1922–1925 və 1928–1931), Dağıstan MSSR maliyyə xalq komissarı (1925–1928) və Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1931–1937). == Həyatı == Kərim Məmmədbəyov 15 (27) mart 1899-cu ildə Dağıstan vilayətinin Yersi kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycanlıdır. Quba qəzasından olan atası, Dağıstan vilayətinə köçüb və orada Dərbənd seyidi kəndli Mirsadığın qızı Seyid Qayabikəyə evlənib. Ailədə Kərimdən başqa üç oğlan və üç qız da olub. Kərim 1915-ci ildən Dərbənd şagird inqilabçı dərnəklərinin, 1917-ci ildən RSD(b)FP-nin üzvü olub. 30 aprel 1921-ci ildə Dağıstan Vilayət Fövqaladə Komissiyasının sədri, 6 may tarixindən isə RSFSR XKS yanında FK Dağıstan şöbəsinin sədri təyin edilib. Həmin ilin dekabrından eyni zamanda Dağıstan MSSR xalq daxili işlər komissarlığına rəhbərlik edib. Daxili işlər orqanlarının rəhbəri kimi Nəcməddin Əfəndiyevin qiyamının yatırılmasında, 1924-cü ildə Xasavyurt dairəsində fəaliyyət göstərən Xasu-Hacının dəstəsinin ləğv edilməsində iştirak edib. 1927-ci ilədək Cənubi Dağıstanda gizlənən ittihad dəstələrinin, Qızılyar dairəsindəki polkovnik Hovoselsovun dəstələrinin, Qaytağ-Tabasarandakı Əli Bulatın dəstələrinin, Kürə dairəsindəki Əli Şabanın, Qunib dairəsindəki Şeyx Şarafutdinin dətəsinin, Azərbaycandan gələn Samur dairəsindəki Ker Aşimin və Kazibek Mnatilovun dəstələrinin ləğv edilməsində rolu olub.
Kərim Tinçurin
Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyoru və dramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılır. == Tərcümeyi-hal == Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olur. 1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr).
Kərim Vəkilov
Kərim Lütfəli ağa oglu Vəkilov 1901-ci ildə anadan olub. Atası və anası vəfat etdikdən sonra baçısı ilə birlikdə əmiləri Yusif ağanın himayəsinə keçirlər. Yusif ağa müflis vəziyyətinə düşdükdən sonra məcbur olub yeniyetmə qardaşı oğlunu Qoridə Firidun bəyə qapı qulluqçusu verir (Kə­rim Vəkilov öz tərcumeyi-halında belə göstərir). 1918-ci ilə qədər Kərim Vəkilov Firidun bəyin evində yaşamışdır. 1918-ci ildə Qori Seminariyası Qazaxa köçürüldükdə Firidun bəy Kərimi məktəbə qəbul etdirir. 1919-1920-ci illərdə Milli Orduda xidmət edən Kərim Vəkilov AXC süqutundan sonra yenidən seminariyaya qayıdıb təhsilini davam edir. 1921-ci ilədək Kərim Vəkilov Qazax Seminariyasında oxuyur. Həmin il Hərbiyyə və Bəhriyyə komissarı Əliheydər Qarayev Qazax Seminariyasından bir qrup yoxsul gənçi Bakiya hərbi məktəbə gətirəndə Kərim Vəkilov da onların arasında idi. 1923-cü ildə Kərim Vəkilov Bakida Hərbi-Texniki Məktəbi bitirir. 1923-1925-ci illərdə Azdiviziyanın 2-ci istehkamçılar polkunda xidmət edir; 1925-1927-ci illərdə 3-cü istehkamçılar polkunda xidmət edir; 1927-1929-cu illər­də isə Azdiviziyanın 2-ci ərazi polkunda xidmət edir.
Kərim Vəliyev
Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021). == Həyatı == Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Ailəlidir, iki övladı var. == Hərbi xidməti == 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Kərim Vərahram
Kərim xan Vərahram (6 dekabr, 1907 - 12 iyun, 2003) — İran generalı, səfir. == Həyatı == Kərim xan Vərahram 6 dekabr 1907-ci ildə Xoy vilayətinin Bədəlabad kəndində anadan olmuşdu. Kərim xan Vərahram Azərbaycan ordusunda zabit, Qərbi Azərbaycan ostanının valisi olmuşdu. Kərim xan Vərahram İran Milli Məclisinin üzvü idi. Kərim xan Vərahram 12 iyun, 2003-cü ildə Fransanın Paris şəhərində vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Kərim Yaycılı
Kərim Yaycılı — azərbaycan mühacir şairi. == Həyatı == Kərim Yaycılı Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Erməni zülmündən xilas olmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar Dövlət Konservatoriyasında və Dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur. Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat partiyası Ankara təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr edirdi. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. == Həyatı == Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim xan
Kərim xan Kəngərli — Naxçıvan xanı. == Hakimiyyəti == Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə Kərim xan yenidən hakimiyyətə qayıtdı. Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu dövr (1823–1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi.Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir.
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib. 1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib.
Kərim Əhmədəliyev
Kərim Əhmədəliyev (tam adı: Kərim Rövşən oğlu Əhmədəliyev; 12 iyun 1998; Sumqayıt, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib. K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir. K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir. O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar. K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.
Kərim Əliyev
Kərim Əliyev (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi. Kərim Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kərim Ənsarifərd
Kərim Ənsarifərd (3 aprel 1990, Ərdəbil) — futbolçu. == Həyatı == Kərim Ənsarifərid 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. İran milli futbol komandasının Azərbaycan əsilli futbolçusudur. İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur.
Abbasəli Kərimov
Abbasəli Kərimov (1931, Ardanış – 2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri. == Həyatı == Abbasəli Kərimov 1931-cü ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir.2004-cü ildə Bakı şəhərində vəfat edib. == Təhsili == Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakultəsində təhsil almışdır. 1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur. === Siyasi fəaliyyəti === Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. === Təsərrüfat rəhbəri kimi === 1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur. 1977–1987-ci illərdə Ardanış kənd sovxozunda direktor vəzifəsində işləmişdir.
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir.
Afaq Kərimova
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru == Həyatı == Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir. 1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. 1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir. 1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur. 1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
Akif Kərimov
Akif Kərimov (tam adı Akif Əkbər oğlu Kərimov) — Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri (1992-1993) == Karyerası == Akif Kərimov 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
Aleksandr Kərimov
Aleksandr Kərimov (tam adı: Kərimov Aleksandr Ramazan oğlu; 27 mart 1970 – 5 fevral 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1970-cı 27 mart tarixində Sverdlovsk vilayətinin Açit kəndində anadan olub, orta texniki təhsil almışdı. Subay idi. O gecə dostları Aleksandrı evdən çağırırlar ki, küçələrdə xeyli yaralı və ölənlər var, gedək kömək eləyək. Onlar KAMAZ markalı maşında yaralıları və həlak olanları daşımağa başlayıblar. Birinci dəfə 10, sonra isə 15 yaralı aparıblar Semaşko xəstəxanasına. Üçüncü dəfə Papanin küçəsindən keçərkən, təxminən səhər saat 6 radələrində maşın əsgərlər tərəfindən atəşə tutulub. Birinci güllələr Aleksandrın dostu Mahir Mustafayevə dəyib. Sonra Aleksandr qarın nahiyəsindən və sol buddan yaralanıb.
Anar Kərimov
Anar Kərimov (nazir müavini) — Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (19.02.2019–h.h.) Anar Kərimov (nazir) — Azərbaycanın Mədəniyyət naziri (05.01.2021–22.12.2022) Anar Kərimov (hərbi xadim) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru.
Anar Kərimov (dövlət xadimi, 1977)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.
Anar Kərimov (dövlət xadimi, 1979)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-da Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Anar Kərimov (nazir)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.
Anar Kərimov (nazir müavini)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Anar Kərimov (ƏƏSMN)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Andrea Kərimli
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Ayaz Kərimov
Ayaz Azər oğlu Kərimov (12 fevral 2002, Şatrovka, Salyan rayonu – 14 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayaz Kərimov 12 fevral 2002-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olmuşdur. Orta təhsilini Salyan rayon Kolanı kənd tam orta məktəbində başa vurmuşdur. == Hərbi xidməti == Ayaz Kərimov 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ayaz Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ayaz Kərimov 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin minaatan mərmisi nəticəsində həlak olmuşdur. 15 oktyabr 2020-ci ildə doğulduğu Salyan rayonunun Çadırlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayaz Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Aydın Kərimov
Aydın Kərimov (hüquqşünas) — Azərbaycan Respublikası ədliyyə nazirinin sabiq birinci müavini. Aydın Kərimov (idmançı) — İdmançı, azərbaycanlı triatlon atleti, “METAK” şirkətinin direktoru. Aydın Kərimov — Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi.
Aydın Kərimov(idmançı)
Aydın Kərimov (hüquqşünas)
Aydın Məmmədli oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini. == Həyatı == Aydın Məmmədli oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.Aydın Kərimov 1992-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.
Aydın Əzim Kərimoğlu
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlərÜzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997)Simfonik, instrumental əsərlərPiano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001)Müzikllər, operettalar"Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995)Teatr tamaşalarına musiqilər"Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film, 1997) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Azad Kərimli
Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Kərimov
Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir. 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır. === Çempionat === Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Kubok === Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir. == Uğurları == "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.
Azad Kərimov (gizir)
Azad Zakir oğlu Kərimov (27 may 1994; Qazax rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Azad Kərimov 1994-cü il mayın 27-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. == Hərbi xidməti == Azad Kərimov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Azad Kərimov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azad Ozan Kərimli
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995). == Həyatı == Kərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi. == Əsərləri == Piano üçün 5 Pyes (1990); M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990); Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994); Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995); Y.İmrənin söz. Kantata (1992 – 1994); 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997); H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998); H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998); 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).
Ağahüseyn Kərimov
Ağahüseyn Əşrəf oğlu Kərimov — Azərbaycan səs operatoru, Azərbaycan SSR əməkdar mühəndisi (1976). == Həyatı == Ağahüseyn Kərimov 1909-cu ildə anadan olub. Kinoda 1936-cı ildən səs operatoru kimi çalışmışdır.Əməkdar mühəndis Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib. == Filmoqrafiya == Bakılılar (film, 1938) Sovet gimnastları (film, 1938) Artyom adası (film, 1939) Kəndlilər (film, 1939) Səbuhi (film, 1941) Bəxtiyar (film, 1942) Vətən uğrunda (film, 1943) Məktuba cavab (film, 1944) Arşın mal alan (film, 1945) Arazın o tayında (film, 1947) Bakının işıqları (film, 1950) Gədəbəyin sərvəti (film, 1950) Sovet Azərbaycanı (film, 1950) Xəzər neftçiləri (film, 1952) Xəzər neftçiləri haqqında dastan (film, 1953) Quba bağlarında (film, 1953) Doğma xalqıma (film, 1954) Bəxtiyar (film, 1955) Keçmişin şahidləri (film, 1956) Uzaq sahillərdə (film, 1958) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Dənizi fəth edənlər (film, 1959) Aygün (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Odla təkbətək döyüş (film, 1960) Səhər (film, 1960) Həyat öyrədir (film, 1961) Leyli və Məcnun (film, 1961) Mahnı axşamı (film, 1962) Romeo mənim qonşumdur (film, 1963) Yollar və küçələrlə (film, 1963) Arşın mal alan (film, 1965) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Bizim Cəbiş müəllim (film, 1969) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Skripkanın sərgüzəşti (film, 1972) Dörd bazar günü (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Fəallıq (film, 1975) Alıcının sərgüzəşti (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol:Həmid dayı Bayquş gələndə… (film, 1978) Od içində (film, 1978) Gözlə məni (film, 1980) Babamızın babasının babası (film, 1981) Qaladan tapılan mücrü (film, 1982) Qocalar, qocalar… (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Tənha narın nağılı (film, 1984) Yaramaz (film, 1988) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağamoğlan Kərimov
Ağamoğlan Yusif oğlu Kərimov (18 aprel 2002, Xocalı, Salyan rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Ağamoğlan Kərimov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağamoğlan Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Aşafatma Kərimova
Kərimova Aşafatma Hidayət qızı — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1929-cu ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1943–1963-cü illərdə Ucar rayonunun Qaradağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir. Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsü idi. 2009-cu ildə vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.34 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 41.11
2003 ••••••••••• 20.87
2004 •••••••• 15.16
2005 •••••••••••••• 27.67
2006 •••••••••• 18.92
2007 •••••••••••••• 26.85
2008 •••••••••••••• 28.26
2009 •••••••••••••••• 31.68
2010 ••••••••••••••••• 34.77
2011 ••••••••••••••• 29.08
2012 ••••••••••• 21.94
2013 •••••••••••••• 28.15
2014 ••••••••••••••••• 34.15
2015 ••••••••• 17.69
2016 ••••••••• 17.53
2017 •••••••••• 20.32
2018 •••••••• 14.53
2019 ••••••••• 17.11
2020 •••••••••• 20.55

kərim sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Kərəm və səxavət sahibi, lütf və ehsan sahibi, inayətkar; kərəmli, mərhəmətli (çox vaxt Allaha verilən sifətlərdən biri kimi). Ahla-vayla çıxar kasıbın canı; Ölənəcən deyər: – Allah kərimdir. (Ata. sözü). Dəmirçioğlu hey çağırdı kərimi; Dost yolunda qoymuş idim sərimi. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / kərim

kərim sözünün rus dilinə tərcüməsi

kərim sözünün inglis dilinə tərcüməsi

kərim sözünün fransız dilinə tərcüməsi

kərim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. керим (регьимлу, мергьяметлу, инсафлу, чӀехи, жумарт, заха манада Аллагьдин сифетрикай сад); Allah kərimdir Аллагь керим я.

    Azərbaycanca-ləzgicə lüğəti / kərim

kərim sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) səxavətli, comərd; 2) hörmətli, möhtəşəm.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

lütfkar, mərhəmətli; , alicənab, əliaçıq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kərim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərim nədir? #kərim sözünün mənası #kərim nə deməkdir? #kərim sözünün izahı #kərim sözünün yazılışı #kərim necə yazılır? #kərim sözünün düzgün yazılışı #kərim leksik mənası #kərim sözünün sinonimi #kərim sözünün yaxın mənalı sözlər #kərim sözünün əks mənası #kərim sözünün etimologiyası #kərim sözünün orfoqrafiyası #kərim rusca #kərim inglisça #kərim fransızca #kərim sözünün istifadəsi #sözlük