kərtənkələsi sözü azərbaycan dilində

kərtənkələsi

Yazılış

  • kərtənkələsi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Acar kərtənkələsi
Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır. == Yayılması == Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır.
Alp kərtənkələsi
Alp kərtənkələsi (lat. Darevskia alpina) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçüyə malik olan kərtənkələ 65 mm uzunluğa malik olur. Quyruq isə iki dəfə uzundur. Başı nisbətən sıxılmış formaya malik olur. Boğazın orta nahiyəsində 18-27 pulcuq olur. Bədəninin orta hissəsində isə 40-45 pulcuq vardır. Bədəninin yuxarı hissəsi ot-yaşılı, sarı-yaşılı, qəhvəyi-boz rənglərdə olur. Bu hissədə tünd nöqtələr vardır. Qarın nahiyəsi sarı və ya yaşılı-sarı rəngdə olur.
Elbrus kərtənkələsi
Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir. Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır.
Ermənistan kərtənkələsi
Ermənistan kərtənkələsi (lat. Darevskia armeniaca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Sinonimi Lacerta armeniaca (Méhely, 1909), əvvələr bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilmişdi. Növ Partenogenez xüsusiyyətinə malikdirlər. Onlar Triploid xromosoma malikdirlər. Növ Lacerta valentini və L. mixta növlərinin ibritləşməsindən törəmişdir. Ermənistan kərtənkələsi Ermənistanın şimal və şimal-qərb ərazilərində, Gürcüstanın cənub, Azərbaycanın isə qərb ərazilərində rast gəlinir. 1967-ci ildə elmi məqsədlər üçün Ukrayna aparılmış və hazırda Teterev çayı boyunca sərbəst yayıla bilmişdir. Sayları yüksək və dəyişməzdir. == İstinadlar == == Ədəbiyyat == Darevsky, I. S. and Danielyan, F. D. Diploid and triploid progeny arising from natural mating of parthenogenetic Lacerta armeniaca and L. unisexualis with bisexual L. saxicola valentini.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gürcüstan kərtənkələsi
Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur. Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur.
Hindistan kərtənkələsi
Hindistan pangolini (lat. Manis crassicaudata) — Pholidotalar dəstəsinə aid növ. Asiya ərazisində yayılmış dörd növdən biri. == Xarici görünüş == Hindistan kərtənkələsinin uzunluğu 45–75 sm, quyruğu 33–45 sm arasında dəyişir. Ürkəklər bir qayda olaraq dişilərdən iri olur. Başı elə də böyük olur. Bədəni nazık və uzundur. Bədəni boyunca 12–18 cərgə sərt pulcuqlar keçir. Quyruğunda isə 14–16 cərgədir. Pulcuqlar sarı-qəhvəyi və ya sarı-boz rəngdə olur.
Krım kərtənkələsi
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi məlumat == Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Kür kərtənkələsi
Kür kərtənkələsi (lat. Darevskia portschinskii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur. == Yayılması == Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı.
Lindholm kərtənkələsi
Lindholm kərtənkələsi (lat. Darevskia lindholmi ) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Rus naturalisti Vasili Adolfiç Lindholmun (1874—1935) şərəfinə adlandırıldır. Ümumi uzunluğu 20 sm, əsasən uzun quyruğa malikdir. Erkəklər çoşqun-əhvəyi, boz-zeytun, dişilər isə — yaşıl rəngdə olurlar. Başı hiss olunan dərəcədə sıxılmış formaya malikdir. Onlar əsasən dağ çöllərində, öndağlıq ərazilərdə, dağ meşələrində və dəniz sahillərində yaşayırlar. Onlara daha çox daşların arasında və gəmiriçilərin yuvasında rast gəlinir. Bu növün nümayəndələri istər yüksək, istərsə alçaq temperatura tez örgəşə bilirlər. İkiqanadlılar, düzqanadlılar, qarışqalar, kəpənəklər, böçəklər, hörümçəklərlə qidalanırlar Yumurta qoymaqla çoxalır.
Luqov kərtənkələsi
Luqov kərtənkələsi (lat. Darevskia praticola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Elədə böyük olmayan, 5 — 10 sm uzunluğa malik olan (bədəni 6 — 7 sm, quyruğu 3 sm) kərtənkələ. Tünd-yaşıl rəngə malikdir. Başı yuxarıdan bütünlüklə tünd qəhvəyidir. == Arealı == Növ əsasən Şimali Qafqaz və Cənubi Qafqaz ərazilərdə rast gəlinir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Bolqarıstan ərazilərində yayılmışdır. == Həyat tərzi == Günlük aktiv canlıdır. Əsasən açıq çəmənliklərə daha çox əhəmiyyət verir.
Malta kərtənkələsi
Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır. Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur.
Mirvari kərtənkələsi
Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir. İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir. Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır. Kolluqlar, quru meşələr, həmcinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.
Pitiusen kərtənkələsi
Pitiusen kərtənkələsi (lat. Podarcis pityusensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. Aralıq dənizində yerləşən Pitiusen adalarının endemik canlısıdır. İspaniyaın Malyorka adalarında yarımnövlərinə rast gəlinir. Elədə böyük olmayan kərtənkələdir. Onun uzunluğu 7 sm təşkil edir. Quyruğu bədəndən iki dəfəyə yaxın böyük olur. Ümumilikdə 26 yarımnöv əmələ gətirirlər. Onların bir çoxu çox nadirdir. Bəziləri qəhvəyi və ya yaşıl rəngdə olur.
Qafqaz kərtənkələsi
Qafqaz kərtənkələsi (lat. Darevskia caucasica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Uzunluğu 64 mm (balalar 22—27 mm), quyruğu 122 mm təşkil edir. Yuxarı hissəsi yaşıl, qəhvəyi və ya boz-küll rəngi olur. Üstəlik tükə bənzər 2 xətt keçir. Alp cəmənliklərində və qayalıqlarında 3000 m yüksəkliklərdə rast gəlinir. Sayı 1 km maşrut üzrə 85-100 baş təşkil edir. Günlük aktivdir. Sentyabr-oktyabrdan mart-aprel ərzində qışlayır. İyunun sonu iyulun əvvəlində 2-6 olmaqla ölçüsü 6,5×11,5 mm yumurta qoyur.
Qayalıq kərtənkələsi
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Rüstəmbəy kərtənkələsi
Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekowi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır. Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur.
Türkiyə kərtənkələsi
Türkiyə kərtənkələsi (lat. Darevskia clarkorum) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Kərtənkələnin orta uzunluğu 55 mm, quyruğu isə iki dəfə böyükdür. Orta hesabla boğaz nahiyəsində 21–25 pulcuq vardır. Bədən nahiyəsində isə 47–56 pulcuq olur. Yuxarı hissəsi erkəklərdə zeytunu-yaşıl, dişilərdə isə qəhvəyi rəngdə olur. Bədənində isə xırfa ləkələr vardır. Onlar əsasən Türkiyənin şimal-şərqində yayılmışdır. Buradan isə Acarıstanın cənubuna yayılmışdır. Onlar əsasən 900–1200 metr yüksəkliklərdə, dağ meşələrində, qayalıqlarda və çay kənarlarında yaşayırlar.
Valentin kərtənkələsi
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Çarnal kərtənkələsi
Çarnal kərtənkələsi (lat. Darevskia dryada) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Orta ölçüyə malik olan kərtənkələ olaraq 70 mm uzunluğa malikdir. Quyruğu iki dəfə uzundur. Boğaz nahiyəsində 23-27 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində isə 51-59 arasında dəyişir. Bədəninin yuxarı və quyruğunun qutaracağı ot-yaşılı (erkəklərdə), qəhvəyinin müxtəlif çalarlarında (dişilərdə) olur. Qarın nahiyəsi parlaq-sarı rəngə çalır. Üzərində qara və mavi nöqtələr vardır. Acarıstanın cənub-qərbində, Türkiyənin şimal-şərq ərazilərində yayılmışdır.
İberiya kərtənkələsi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Artvin kərtənkələsi
Artvin kərtənkələsi (lat. Darevskia derjugini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Onların uzunluğu 64 mm uzunluğa malik olsa da quyruğu isə dəfə böyükdür. Boğazın mərkəzində 14-23 pulcuq vardır. Bədənin mərkəzi ilə isə 35-48 pulcuq vardır. Yuxarı hissəsi qəhvəyi, zeytuni-boz rəngdə olur. Kiçik tünd-qəhvəyi nöqtələr üzərini örtür. == Növün sostematikası == Altı mövcud yarımnövdən 5 Qafqaz ərazisində yayılmışdır: 1. Lacerta derjugini silvatica Bartenjev et Reznikova, 1931 — Krasnodar vilayəti ərazisində yayılmışdır. 2.
Azərbaycan kərtənkələsi
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
İran kərtənkələsi
İran kərtənkələsi (lat. Lacerta brandti) — Əsl kərtənkələlər fəsiləsinə aid növ. Onların bədəninin uzunluğu 75 mm, quyruğu isə iki dəfə uzundur. Bədəninin mərkəzi hissəsində 46-59 pulcuq vardır. Boğaz nahiyəsi işıqlı-qəhvəyi-zeytunu rəngdə olur. Çütləşmə zamanı başı yaşıl rəng alır. Qarın nahiyəsi sarı, kənarları isə yaşıl xəttlər vardır. Quyruğu nasıncıdır. Əsasən İran ərazisində yayılsada, 1880-ci ildə Talış dağlarında müşahidə edilmişdir. Son on illiklər ərzidə aparılan tətqiqatlar heç bir nəticə verməmişdir.
Adi çöl kərtənkələsi
Adi çöl kərtənkələsi (lat. Podarcis muralis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Uzunluğu 18 sm olur. Quyruqları bədənindən iki dəfə böyük olur. Bel nahiyəsi yaşımtıl olur. Tünd zolaqlara və ləkələrə malik olurlar. == Yayılması == Bu növ kərtənkələlər əsasən Mərkəzi-Cənubi Avropa, Türkiyə və Almaniyanın Reyn vilayəti ərazilərində yayılmışlar. Onlar Kanadadaya da gətirilmişdir. Cəld olmaları ilə seçilirlər. Divara asanlıqla dırmaşırlar.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kiçik Asiya kərtənkələsi
Kiçik Asiya gürzəsi (lat. Parvilacerta parva) — Əsl kərtənkələlər fəsiləsinə aid kərtənkələ növü. Elədə böyük olmayan və uzunluğu 6,5 sm olan kərtənkələdir. Ümumi uzunluqları 14–16 sm olur. Rəngi boza calır. Başı elədə böyük olmur. Erkəklərin çütləşmə zamanı boğaz nahiyəsi yaşıl rəng alır. Quyruğun aşağı hissəsi krem-sarı və ya ağımtıl olur. == Yayılması == Növ əsasən Türkiyənin şərq və mərkəzi hissələrində, həmcinin Ermənistanda yayılmışdır. Quru dağlıq və qayalıq ərazilərdə yayılırlar.
Qayalıq kərtənkələsi (növ)
Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır. Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir.

"kərtənkələsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərtənkələsi nədir? #kərtənkələsi sözünün mənası #kərtənkələsi nə deməkdir? #kərtənkələsi sözünün izahı #kərtənkələsi sözünün yazılışı #kərtənkələsi necə yazılır? #kərtənkələsi sözünün düzgün yazılışı #kərtənkələsi leksik mənası #kərtənkələsi sözünün sinonimi #kərtənkələsi sözünün yaxın mənalı sözlər #kərtənkələsi sözünün əks mənası #kərtənkələsi sözünün etimologiyası #kərtənkələsi sözünün orfoqrafiyası #kərtənkələsi rusca #kərtənkələsi inglisça #kərtənkələsi fransızca #kərtənkələsi sözünün istifadəsi #sözlük