kəsb sözü azərbaycan dilində

kəsb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəsb • 99.9747%
  • Kəsb • 0.0144%
  • KƏSB • 0.0108%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 93.15 dəfə / 1 mln.
2002 •••••••••••••••• 85.65
2003 •••••••••••••••• 87.40
2004 ••••••••••••••• 79.84
2005 ••••••••••••••• 82.32
2006 •••••••••••••• 74.78
2007 ••••••••••••••••••• 103.39
2008 ••••••••••••••••••• 105.73
2009 ••••••••••••••• 81.27
2010 ••••••••••••••• 83.87
2011 •••••••••••••••• 86.22
2012 ••••••••••••••••• 94.14
2013 •••••••••• 53.24
2014 •••••••••••••••• 90.10
2015 •••••••••••••••••••• 111.60
2016 ••••••••••••••••••• 107.59
2017 •••••••••••••••••••• 113.32
2018 •••••••••••••••••••• 109.82
2019 •••••••••••••••••••• 112.25
2020 •••••••••••••••••• 96.67

kəsb sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. (Ata. sözü). [Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İsmayılov … öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Ə.Haqverdiyev. □ Kəsb etmək (qılmaq) – 1) çalışıb qazanmaq, gəlir götürmək. Derlər otur evdə, nədim kasibəm; Kəsb eləməzsəm, qazana bilmirəm. M.Ə.Sabir; 2) əldə etmək, qazanmaq, öyrənmək. Hər vilayətdə var beş-on məktəb; Edirik kəsb onda elmü ədəb. S.Ə.Şirvani. Getdikcə Mehman daha artıq iş təcrübəsi kəsb edir, ciddiyyətlə işə girişirdi. S.Rəhimov. Mehriban üçün həyat yeni böyük bir məna kəsb etməyə başlayırdı. H.Seyidbəyli. 2. bax kəsbkarlıq. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. Hansı bir kəsbə yanaşdım ki, yar olsun tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun mane. A.Səhhət. [Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı. S.Qənizadə. □ Kəsb etmək köhn. – yaşamaq üçün bir sənət, peşə, işlə məşğul olmaq. Kəsb etmədi, cib kəsmək adət etdi; Quldur oldu, ev kəsdi, qarət etdi. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / kəsb

kəsb sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəsb sözünün rus dilinə tərcüməsi

  • 1 благоприобретение, приобретение, добывание

    Azərbaycanca-rusca lüğət / kəsb
  • 2 сущ. устар. 1. благоприобретение, приобретение, добро, имущество. Atanın kəsbi oğula çatar имущество отца достается сыну 2. см. kəsbkarlıq; kəsb etmək, qılmaq 1. зарабатывать, получать прибыль 2. приобретать, приобрести. Bilik kəsb etmək приобретать знания, məna kəsb etmək приобретать значение, iş təcrübəsi kəsb etmək приобретать опыт работы, xüsusi əhəmiyyət kəsb edir приобретает особо важное значение

    Azərbaycanca-rusca lüğət / kəsb

kəsb sözünün inglis dilinə tərcüməsi

  • 1 i. gain, acquisition; earnings pl. ~ etmək: to attain (d.), to gain (d.); bilik ~ etmək to attain knowledge; (qazanmaq) to earn (d.); ◊ Atanın kəsbi oğula halaldır at. söz. Father’s property is lawful for the son

    Azərbaycanca-ingiliscə lüğət / kəsb

kəsb sözünün fransız dilinə tərcüməsi

  • 1 is. acquisition f, gain m, salaire m ~etmək acquérir vt, atteindre vt, gagner vt ; bilik ~ etmək acquérir vt (və ya gagner vt) des connaissances

    Azərbaycanca-fransızca lüğət / kəsb

kəsb sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кӀвалахна къазанмишун; къазанжи; kəsb etmək (qılmaq) а) кӀвалахна къазанмишун, хийир къачун; б) ччирун, къазанмишун (мес. илим); 2. кеспи (кил. kəsbkarlıq); kəsb etmək куьгьн. кеспи авун, са кеспидал, пешедал, кардал машгъул хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kəsb

kəsb sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) qazanc, gəlir; 2) çalışma, işləmə; 3) bax kəsbü kar; 4) əldə etmə, tutma. Kəsbi-elm elm öyrənmə, bilik əldə etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kəsb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsb nədir? #kəsb sözünün mənası #kəsb nə deməkdir? #kəsb sözünün izahı #kəsb sözünün yazılışı #kəsb necə yazılır? #kəsb sözünün düzgün yazılışı #kəsb leksik mənası #kəsb sözünün sinonimi #kəsb sözünün yaxın mənalı sözlər #kəsb sözünün əks mənası #kəsb sözünün etimologiyası #kəsb sözünün orfoqrafiyası #kəsb rusca #kəsb inglisça #kəsb fransızca #kəsb sözünün istifadəsi #sözlük