Kəsəmənli sözü azərbaycan dilində

Kəsəmənli

Yazılış

  • Kəsəmənli • 98.9071%
  • kəsəmənli • 1.0929%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəsəmənli
Nüsrət Kəsəmənli —
Fəhəm Kəsəmənli
Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub. == Həyatı == Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.
Fəqam Kəsəmənli

Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982). == Həyatı == Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Rəşad Kəsəmənli
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Paşa bəy Kəsəmənli
Paşa bəy Mahmud bəy oğlu Kəsəmənli - (1903-1978) Fəhəm Kəsəmənlinin atası Ağstafanın Qıraq Kəsəmən kəndindəndi. Paşa bəy Kəsəmənli 1926-cı ildə Bakı Piyada Hərbi Məktəbini bitirərək 1934-cü ilədək orduda xidmət etmiş, hərbi qulluğunu başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmiş, əvvəl Gəncədə, müharibədən sonra isə Bakıda baytar həkimi işləmişdi. O, müharibə illərində cəbhədə vuruşmuşdu. Öz sahəsinin bacarıqlı ustası olan Paşa bəy "Azərbaycan SSR-in əməkdar baytarı" adına və Dövlət mükafatlarına layiq görülmüşdü.
Səməd ağa Kəsəmənli
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Şirin bəy Kəsəmənli
Kəsəmənli Şirin bəy (17 oktyabr 1887, Qıraq Kəsəmən, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 4 yanvar 1920, Tiflis, Tiflis quberniyası, Gürcüstan Demokratik Respublikası) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik. Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur. Birinci Dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşmuş, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdur. == Həyatı == Kəsəmənli Şirin bəy Cəfər oğlu 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən (hal-hazırda Ağstafa rayonu) kəndində anadan olmuşdur. Ümumi təhsilini Tiflis Kadet Korpusunda alıb, sonra Konstantinovski Artilleriya Məktəbinə daxil olub. == Hərbi fəaliyyəti == === Rusiya İmperator Ordusunda === Tiflisdə hərbi gimnaziyada təhsil almışdır. Gimnaziyanı bitirdikdən (1905) sonra Qusar alayında qulluq etmiş, Kiyevdə ikinci Konstantin topçu məktəbində hərbi təhsilini davam etdirmişdir. Birinci Dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşmuş, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdur.Podporuçik Kəsəmənli Birinci Dünya müharibəsi başlayan zaman Sarıqamışda cəmləşmiş 39-cu Piyada Diviziyasının 156-cı Yelizavetpol Piyada Alayında xidmət edirdi. Hərbi xidmətlərinə görə, o, artıq III dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırılmışdı. 1916-cı ilin may ayının əvvəllərində o, döyüşlərdə yaralandı və bundan sonra müalicə almaq üçün Tiflisə göndərildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.56 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •••• 0.67
2006 ••• 0.45
2008 •• 0.24
2009 •••••• 0.96
2010 ••• 0.45
2011 •••• 0.51
2012 ••••• 0.69
2013 •••••••••••• 1.90
2014 ••••••• 1.03
2015 0.17
2016 ••• 0.35
2017 •• 0.33
2018 ••••• 0.75
2019 0.14
2020 0.13

"kəsəmənli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsəmənli nədir? #kəsəmənli sözünün mənası #kəsəmənli nə deməkdir? #kəsəmənli sözünün izahı #kəsəmənli sözünün yazılışı #kəsəmənli necə yazılır? #kəsəmənli sözünün düzgün yazılışı #kəsəmənli leksik mənası #kəsəmənli sözünün sinonimi #kəsəmənli sözünün yaxın mənalı sözlər #kəsəmənli sözünün əks mənası #kəsəmənli sözünün etimologiyası #kəsəmənli sözünün orfoqrafiyası #kəsəmənli rusca #kəsəmənli inglisça #kəsəmənli fransızca #kəsəmənli sözünün istifadəsi #sözlük