laboratoriyası sözü azərbaycan dilində

laboratoriyası

Yazılış

  • laboratoriyası • 84.6939%
  • Laboratoriyası • 15.3061%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kasperski Laboratoriyası
"Kasperski Laboratoriyası" (rus. Лаборатория Касперского) — informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Rusiya şirkəti. Yaradıcısı Yevgeni Kasperskidir. == Tarixi == Yevgeni Kasperski 1991–1997-ci illərdə "KAMİ" elmi texniki mərkəzində antivirus layihəsini inkişaf etdirirdi. Onun hazırladığı "-v" proqramı adlandırılan məhsul 1994-cü ildən "AVP" (AntiViral Toolkit Pro) adını alır. 1997-ci ildə Kasperski və onun komandasından olan 5 nəfər "KAMİ"-dən ayrılır və öz şirkətlərini – "Laboratoriya Kasperskoqo" — "Kasperski Laboratoriyası"nı təsis edirlər. Həmin vaxta qədər Rusiyada informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində lider olan məhsul beynəlxalq bazara çıxır. Ancaq ABŞ-da onların partnyoru ticarət markası kimi "AVP" adını qeydiyyatdan keçirir və özünü onun sahibi kimi təqdim edir. Nəticədə "Kasperski Laboratoriyası" "AVP" ticarət markasını itirir. 2000-ci ilin noyabrında laboratoriya rəsmən məhsulun adının və loqotipinin dəyişdirildiyini elan edir.
Kavendiş laboratoriyası
Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də universitetin əməkdaşları ilə bir yerdə təcrübə apara biləckləri dünyada ilk elmi-tədris laboratoriyası kimi yaradılmışdır. Əvvəlcə laboratoriya Kembricin mərkəzində, Freye-Skul küçəsində yerləşirdi. XX əsrin 70-ci illərində şəhərin qərb kənarında laboratoriya üçün yeni binalar kompleksi tikilmişdir. 2013-cü il üçün laboratoriyanın rəhbəri professor Ceyms Stirlinqdir. Laboratoriyada ənənəvi Kavendiş professoru fəxri adı mövcuddur. Bu adı laboratoriyanın professorlarından biri daşıyır. Vaxtilə bu adı lord Reley, ser C.C. Tomson, lord Rezerford, ser Uilyam Breqq, ser Nevill Mott, ser Brayan Pippard, ser Sem Edvards kimi dünyaca məşhur alimlər daşımışdılar. 2013-cü il üçün Kavendiş professoru ser Riçard Frenddir. Laboratoriyanın devizi Kavendiş laboratoriyasının ilk müdiri Ceyms Maksvellin dediyi ifadədir: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər." Belə bir yanlış fikir geniş yayılmışdır ki, guya Kavendiş laboratoriyası məşhur ingilis fizik və kimyaçısı Henri Kavendiş, 2-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb.
Moray laboratoriyası
Azərbaycan Süni İntellekt Laboratoriyası
Azərbaycan Süni İntellekt Laboratoriyası — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)nin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası, süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır. Süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək, bacarıqlı kadr hazırlamaq üçün innovativ infrastruktur, Azərbaycan Süni İntellekt Laboratoriyasının tərkibində yaradılıb. Əsas məqsəd isə bu sahə üzrə tədqiqat və inkişafı artırmaq, istedadların inkişafı üçün texniki bacarıq təlimləri və məqsədyönlü seminarlar təşkil etməkdir. Süni intellekt laboratoriyası bu səhənin imkanlarından tam istifadə etmək üçün sənaye tərəfdaşları, innovativ şirkətlər və akademik institutlarla əməkdaşlıq edilir.Həmçinin uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və tam şəkildə istifadə etmək üçün təlimlər, təlim düşərgələri, vebinarlar, konfranslar və məqsədyönlü seminarlar kimi bir sıra geniş fəaliyyətlər təşkil etməyi və iştirak etməyi planlayır. Platforma süni intellektlə idarə olunan və gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək üçün elmi-tədqiqat və təkmilləşdirmə və istedadların inkişafı üçün sənaye-akademiya tərəfdaşlığının artırılmasına yönəlmişdir. == Fəaliyyət istiqamətləri == Laboratoriya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: Cari təşkilati və sosial problemlərin tədqiqi və müəyyənləşdirilməsi; Süni intellekt modellərinin və tətbiqlərinin yaradılması və təbliği; Süni intellekt və Böyük Data üzrə təlimlərin keçirilməsi; Rəqəmsal transformasiyanı gücləndirmək üçün özəl və dövlət sektorunun ehtiyacı olan süni intellekt tətbiqi sahəsində peşəkar dəstək və təlimatı təmin etmək; Sahibkarlıqda, xüsusilə tədqiqatın və inkişafın artırılmasında, innovasiya potensialının artırılmasında dəstək göstərmək.
Milli Fizika Laboratoriyası (Birləşmiş Krallıq)
Milli fizika laboratoriyasında

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.51 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••• 4.33
2004 •••••••••••••• 10.11
2005 ••••••••••••• 8.77
2006 ••••••••• 5.86
2007 •••••••••••• 8.03
2008 ••••••••••••• 8.77
2009 ••••••••••• 7.52
2010 ••••••••••• 7.72
2011 •••••••••••• 8.24
2012 •••••••••••• 8.60
2013 ••••• 2.92
2014 ••••••••••• 7.38
2015 •••••••••••••••••• 13.10
2016 •••••••••••••••••••• 14.58
2017 •••••••••••••••••• 12.68
2018 ••••••••••• 7.94
2019 •••••••••••••• 9.74
2020 •••••••••• 7.03

"laboratoriyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#laboratoriyası nədir? #laboratoriyası sözünün mənası #laboratoriyası nə deməkdir? #laboratoriyası sözünün izahı #laboratoriyası sözünün yazılışı #laboratoriyası necə yazılır? #laboratoriyası sözünün düzgün yazılışı #laboratoriyası leksik mənası #laboratoriyası sözünün sinonimi #laboratoriyası sözünün yaxın mənalı sözlər #laboratoriyası sözünün əks mənası #laboratoriyası sözünün etimologiyası #laboratoriyası sözünün orfoqrafiyası #laboratoriyası rusca #laboratoriyası inglisça #laboratoriyası fransızca #laboratoriyası sözünün istifadəsi #sözlük