lacivərd sözü azərbaycan dilində

lacivərd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lacivərd • 70.0000%
  • Lacivərd • 30.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lacivərd
Lacivərd — Tünd-mavi rəngli qiymətli daş.
Lacivərd pəncərə
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2010 ••••••••••••••••• 0.27
2012 ••••••••••• 0.17
2013 ••••••••• 0.15
2017 •••••••••••••••••••• 0.33

lacivərd sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Tünd-mavi rəngli qiymətli daş. // Bu daşın rəngi – tünd-mavi rəng. Lacivərd boşqab. – Lacivərd göylərin ətəklərini; Sarmış altun saçaqlı bir pərdə. R.Rza. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır, incə buludlar mor, pənbə, lacivərd rənglərə boyanır. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / lacivərd

lacivərd sözünün etimologiyası

  • 1 Fars sözüdür, daş adıdır (tünd göy rəngində olur, qiymətli daşdır). Hə­min daşın rənginə oxşar boyalara da lacivərd deyirlər. Лазурный formasında rus dilində də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / lacivərd

lacivərd sözünün rus dilinə tərcüməsi

  • 1 1. лазурь; 2. лазурный;

    Azərbaycanca-rusca lüğət / lacivərd
  • 2 I сущ. 1. ляпис-лазурь, лазурит (минерал тёмно-синего цвета) 2. лазурь (светло-синий цвет) II прил. лазурный, лазоревый (светло-синий, небесноголубой). Lacivərd rəng лазоревый цвет, lacivərd səma лазурное небо, lacivərd boşqab лазоревая тарелка

    Azərbaycanca-rusca lüğət / lacivərd

lacivərd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. мичӀи-цавун ранг алай багьа къван; гьа къванцин ранг, мичӀи-цавун ранг, вили ранг.

    Azərbaycanca-ləzgicə lüğəti / lacivərd

lacivərd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) mavi rəngli qiymətli daş; 2) mavi rəng; mavi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"lacivərd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lacivərd nədir? #lacivərd sözünün mənası #lacivərd nə deməkdir? #lacivərd sözünün izahı #lacivərd sözünün yazılışı #lacivərd necə yazılır? #lacivərd sözünün düzgün yazılışı #lacivərd leksik mənası #lacivərd sözünün sinonimi #lacivərd sözünün yaxın mənalı sözlər #lacivərd sözünün əks mənası #lacivərd sözünün etimologiyası #lacivərd sözünün orfoqrafiyası #lacivərd rusca #lacivərd inglisça #lacivərd fransızca #lacivərd sözünün istifadəsi #sözlük