Lafonten sözü azərbaycan dilində

Lafonten

Yazılış

  • Lafonten • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anri Lafonten
Henri La Fonten — (fr. Henri La Fontaine 22 aprel 1854, Brüssel- 14 may 1943, Brüssel), Belçika beynəlxalq hüquqşünası və Beynəlxalq Sülh Bürosunun prezidenti idi. 1913-cü ildə Nobel sülh mükafatını aldı, çünki "Avropada barış hərəkatının təsirli lideri idi". == Həyatı == La Fonten 22 aprel 1854-cü ildə Brüsseldə anadan olub və Brüsselin Azad Universitetində hüquq fakültəsində təhsil alıb (indi Brüssel Universiteti və Brüssel Vrici Universiteti ayrıldı). 1877-ci ildə vəkilliyə qəbul edildi və beynəlxalq hüquq üzrə böyük nüfuza sahib oldu. O və bacısı Leoni La Fonten, 1890-cı ildə Belçika Qadın Hüquqları Liqasını quraraq, qadın hüquqları və seçki hüququnun müdafiəçiləri idilər. 1893-cü ildə Brüsselin Azad Universitetində beynəlxalq hüquq professoru oldu və iki il sonra Sosialist Partiyasının üzvü olaraq Belçika Senatına seçildi. 1919-1932-ci illərdə Senat sədrinin müavini vəzifəsində çalışıb. La Fonten, 1882-ci ildə qurulan Beynəlxalq Sülh Bürosu ilə daha tez maraqlandı və Büronun 1899 və 1907-ci illərdəki Haaqa Sülh Konfranslarını həyata keçirmə səylərində təsirli oldu. 1907-ci ildən 1943-cü ilə qədər (vəfat edənə qədər0 Büro sədri vəzifəsində çalışdı.
Jan de Lafonten
Jan de Lafonten (fr. Jean de La Fontaine, 8 iyul 1621 - 13 aprel 1695) — fransız yazıçısı. == Həyatı == Lafonten XVII əsr fransız ədəbiyyatının ən orijinal nümayəndələrindəndir. Molyerlə birlikdə o da fransız klassisizminin demokratik qoluna mənsub idi. Öz gücünü bütün ədəbi janrlarda sınayan, faciələr, komediyalar, odalar, romanlar, epiqramlar yaradan Lafonten öz istedadını daha çox təmsil və qısa məzmunlu novella janrında göstərmişdir. Onun təmsil formasında yazdığı hekayələr, yaxud mənzum novellalar həmişə həyatsevərliyi, poetik dil və üslub kamilliyi ilə seçilir. Jan Lafonten 1621-ci ilin 8 iyulunda Şampan əyalətində Şato Tyeri şəhərciyində məmur ailəsində anadan olmuşdur. o, əvvəlcə kənd məktəbində, sonra Reyms kollecində oxuyur. İrsi olaraq atasının vergiyığan vəzifəsini alacağı üçün hüququ da öyrənir. Dostlarının məsləhəti ilə o, antik müəllifləri oxuyur, fransız humanistlərindən Rable və Maroya rəğbət bəsləyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2017 ••• 0.16

Oxşar sözlər

#lafonten nədir? #lafonten sözünün mənası #lafonten nə deməkdir? #lafonten sözünün izahı #lafonten sözünün yazılışı #lafonten necə yazılır? #lafonten sözünün düzgün yazılışı #lafonten leksik mənası #lafonten sözünün sinonimi #lafonten sözünün yaxın mənalı sözlər #lafonten sözünün əks mənası #lafonten sözünün etimologiyası #lafonten sözünün orfoqrafiyası #lafonten rusca #lafonten inglisça #lafonten fransızca #lafonten sözünün istifadəsi #sözlük