Dəniz lalələri
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.
== Haqqında ==
Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.