Lamia sözü azərbaycan dilində

Lamia

Yazılış

  • Lamia • 75.0000%
  • LaMia • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir. == Təyyarə == Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.. == Qəza == Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər. == Həyatını itirən tanınmış insanlar == === "Şapekoense" oyunçuları === Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında === "Şapekoense"nin idarə heyətindən === Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında === Media əməkdaşları === Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında == Sağ qalanlar == Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsada, daha sonra xəstəxanada vəfat etmişdir.
Lamiaceae
Dalamazkimilər (lat. Lamiaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə daxil olan növlərin əksəriyyəti ot, yarımkol, kol və kiçik ağaclardır. Yarpaqları sadə olub, qarşvq-qarşıya düzülür. İkicinsiyyətli mürəkkəb çiçəkləri salxım və ya süpürgəyəbənzər çiçək qrupunda yerləşir. Fəsiləyə daxil olan 200-ə yaxın cinsiə aid 3500 növ demək olar ki, dünyanın hər yerində, əsasən, Aralıq dənizyanı ərazilərdə, həmçinin Ön və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda dodaqçiçəklilərin 203 növü məlumdur. Dodaqçiçəklilərin bir çox növü efir yağı ilə zəngindir. Lavanda, rozmarin kimi növlərindən ətriyyatda, kəklikotu, qaraqınıq, nanə və s. kimi növlərindən təbabətdə istifadə olunur.
Lamiales
Dalamazçiçəklilər (lat. Lamiales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Lamiastrum galeobdolon
Lallemantia galeobdolon (lat. Lallemantia galeobdolon) — dalamazkimilər fəsiləsinin lallemantia cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 ••••••••••• 0.09
2017 •••••••••••••••••••• 0.16

"lamia" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lamia nədir? #lamia sözünün mənası #lamia nə deməkdir? #lamia sözünün izahı #lamia sözünün yazılışı #lamia necə yazılır? #lamia sözünün düzgün yazılışı #lamia leksik mənası #lamia sözünün sinonimi #lamia sözünün yaxın mənalı sözlər #lamia sözünün əks mənası #lamia sözünün etimologiyası #lamia sözünün orfoqrafiyası #lamia rusca #lamia inglisça #lamia fransızca #lamia sözünün istifadəsi #sözlük