Landau sözü azərbaycan dilində

Landau

Yazılış

  • Landau • 96.7846%
  • LANDAU • 1.9293%
  • landau • 1.2862%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kurt Landau
Kurt Landau (alm. Kurt Landau‎;29 yanvar 1903, Vyana – 1937[…], İspaniya) — Avstriya, Almaniya və İspaniyada fəaliyyət göstərən solçu siyasətçi və publisist. == Həyatı == Kurt Landau 1921-ci ildən Avstriya Kommunist Partiyasının üzvü olmuşdur, Vahrinqdəki ictimai təşkilata rəhbərlik etmişdir. Stalinizm əleyhinə çıxış edərək trotskist hərəkatına — Beynəlxalq sol müxalifətə qoşulmuşdur. 1927-ci ildə AKP-dan xaric edildikdən sonra "Avstriyada anarxo-kommunizmin mahiyyəti və tarixi" kitabçasını dərc etdirmişdir. 1929-cu ildən Leninbundun üzvü olmuş, "Vedinq müxalifəti"-nə ("Landau Qrupu") rəhbərlik etmişdir. 1931-ci ildə "İskra" qrupunu yaradaraq KKE-nin Sol Müxalifətindən ayrılmışdır.1936-cı ilin sonunda o, həyat yoldaşı Katya Landau ilə birlikdə İspaniyada baş vermiş vətəndaş müharibəsində respublikaçılara qoşularaq POUM dəstələrində döyüşməyə başlamışdır. Lakin 1937-ci ilin iyununda POUM və Milli Əmək Konfederasiyası (MƏK) tərəfdarlarının evlərində Stalin repressiyalarından gizlənməyə məcbur qalmışdır. 23 sentyabr 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı agentləri tərəfindən qaçırıldıqdan sonra öldürülmüşdür. Katya Landau da, həyat yoldaşı kimi qaçırılmışdır, lakin sonra Otto Bauer və Fridrix Adlerin və beynəlxalq ictimaiyyətin etirazlarının nəticəsi olaraq sərbəst buraxılmışdır.
Lev Landau
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908, Bakı, Rusiya imperiyası – 1 aprel 1968[…], Moskva, SSRİ) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet-Azərbaycan fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə, Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir.
Martin Landau
Martin Landau — amerikalı kino və televiziya aktyoru.
Landau School
LANDAU School – 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksidir. LANDAU School "LANDAU Education Group"-un layihələrindən biridir. 2022/2023 tədris ili etibarilə 3000-dən çox şagirdin təhsil aldığı LANDAU School Qafqazın ən böyük özəl məktəblərindən biridir. LANDAU School-un nəzdində "LANDAU Kindergarten" (uşaq bağçası), "LANDAU PreSchool" (məktəbəqədər hazırlıq), "LANDAU Evening School" kursları (II–VII siniflərə qəbul üçün hazırlıq kursları) və "LANDAU Academy" (müəllimlər üçün ixtisasartırma kursları) fəaliyyət göstərir. == Tarixi / Hekayəsi == 2018-ci ildə Bakıda "LANDAU Education Group"-a daxil olan "Leznik & Co." şirkətinin ofisinin açılışından 40 gün sonra baş vermiş yanğının ertəsi günü layihənin təsisçiləri Emil Leznik və Rahul D'Mello hazırda LANDAU School-un korpuslarından biri olan "Zabitlər" binasında qərara alırlar ki, məhz burada təkcə riyaziyyatı deyil, həmçinin xarici dillər və humanitar fənlərin də tədris edildiyi yeni bir məktəb açılsın.2022-ci ildə Dövlət İmtahan Mərkəzində DİM və "LANDAU School" Tədris Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb.2022 və 2023-cü illərdə Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "LANDAU School" Təhsil Kompleksinin təşkilatçılığı ilə "Landau" Şahmat Festivalı keçirilib. == Tədrisin təşkili == STEM (ing. Science, technology, engineering, and mathematics (STEM)) təhsili həyata keçirən məktəbdə tədris Azərbaycan, rus və ingilis dilləri olmaqla 3 dildə aparılır. İngilis bölməsində dərslər Britaniya kurrikulumu ("Pearson Edexcel" proqramı; IGCSE (ing. International General Certificate of Secondary Education) və "A-Level") üzrə keçirilir. 11-ci sinfi bitirdikdən sonra məzunlar yerli də daxil olmaqla iki attestat alırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.15 dəfə / 1 mln.
2005 •••••••••••• 2.02
2007 •••• 0.63
2008 ••••••••• 1.46
2009 ••••••••• 1.44
2010 ••••• 0.82
2011 ••••••••••• 1.89
2012 •• 0.34
2013 ••••• 0.73
2014 ••••• 0.86
2015 •••••••••••• 2.04
2016 •• 0.35
2017 ••••••••••• 1.79
2018 ••••••• 1.05
2019 •••••••••••••••••••• 3.48
2020 •••••• 0.93

Oxşar sözlər

#landau nədir? #landau sözünün mənası #landau nə deməkdir? #landau sözünün izahı #landau sözünün yazılışı #landau necə yazılır? #landau sözünün düzgün yazılışı #landau leksik mənası #landau sözünün sinonimi #landau sözünün yaxın mənalı sözlər #landau sözünün əks mənası #landau sözünün etimologiyası #landau sözünün orfoqrafiyası #landau rusca #landau inglisça #landau fransızca #landau sözünün istifadəsi #sözlük