Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır.
Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir.