layihələ sözü azərbaycan dilində

layihələ

Yazılış

  • layihələ • 75.0000%
  • Layihələ • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Avtomatik layihələndirmə sistemləri
Kompüter texnikasının meydana gəldiyi vaxtdan onlar layihələndirmə işlərinədə tətbiq edilmişlər. İlk zamanlar əsasən hesablama işlərinin yerinə yetirilməsində, sonralar isə həm hesablama işlərində, həm də layihə sənədlərinin alınmasında istifadə edilir. Layihələndirmənin avtomatlaşdırılması həm layihələndirmə prosesinin sürətləndirilməsinə, həm də alınan layihənin keyfiyyətinin yüksəldilməsinə səbəb olur.Layihənin keyfiyyətinin yüksəldilməsi əsasən aparılan hesabatların dəqiqliyinin yüksəldilməsi və çoxvariantlı layihələrdən ən yaxşısının seçilməsi hesabına əldə olunur. Əl ilə layihələndirmə zamanı yalnız bir layihə variantı hazırlanır və təbbi ki, yeganə variant optimal ola bilməz. == Təsnifatı == ALS müxtəlif əlamətlərə görə təsnifata bölünür: Layihələndirmə obyektinin tipinə görə ALS-lər 9 növ olur: Maşınqayırma məmulatları ALS-i; Cihazqayırma məmulatları ALS-i; Maşınqayırma və cihazqayırma texnoloji proseslərininin ALS-i; Tikinti məmulatları ALS-i; Tikinti məmulatları texnoloji proseslərinin ALS-i; Proqram məmulatları ALS-i; Təşkilatı işlərin ALS-i; 8 və 9. Deyilən qruplara aid olmayan obyektlər ücün ehtiyat saxlanılmışdır. == Layihələndirmənin mərhələləri == Layihələndirmə prosesi ideyadan başlayaraq, həmin ideyanın praktikada həyata keçirilməsinə qədər bir neçə mərhələlərdən ibarət yaradıcı prosesdir. Bu mərhələlər aşağıdakılardır: texniki tapşırığın hazırlanması; ilkin layihələndirmə; eskiz layihələndirmə; texniki - işçi layihələndirilmə; seriyalı istehsal; sənaye istismarı. === Texniki tapşırıq === Texniki tapşırıq (TT) layihələndirilən obyektin bütün xüsusiyyətlərini, layihələndirmə xərclərini və s. bu kimi bir çox şərtləri əks etdirən sənəddir.
Avtomatlaşdırılmış layihələndirmə
Avtomatlaşdırılmış layihələndirmə(Computer-Aided Design ) – sadə alətlərin modellərindən tutmuş, binaların, təyyarələrin, inteqral sxemlərin və molekulların modellerinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində proqramların (və işçi stansiyaların) tətbiq edilməsi. CAD proqramları riyazi hesablamalara əsaslanır və, adətən, əlavə hesablama gücləri və yüksək məhsuldarlı işçi stansiyalar tələb edir.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. == Yaradılması == 1919 il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. == Strukturu == Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. == Fəaliyyəti == Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə– proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Haskel layihələri
Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd. == Haqqında == Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
== Məzmun == Elmi-kütləvi filmdir. Filmdə kimya kombinatlarının işindən və kimya texnologiyasının inkişaf problemlərindən danışılır. Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru, akademik M. Nağıyev filmdə aparıcı rolunda çıxış edir. Burada texniki multiplikasiyadan geniş istifadə olunmuşdur. == Film haqqında == Film Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyası Nəzəri Problemlər İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: İtta Qardaş Operator: Aleksandr Milov Multiplikasiya üzrə rəssam: Nazim Məmmədov, Bəhmən Əliyev Səs operatoru: Vladimir Savin Aparıcı: M.Nağıyev (Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru, akademik) == Sponsor == Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyası Nəzəri Problemlər İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reintroduksiya layihələri
Reintroduksiya lat. reintroductio — Heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası. === Layihənin məqsədi === Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtıilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə start verilmişdir === Layihənin təşkilatçıları === 2010-cu ildən etibarən başlanılmış Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kompaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılmışdır. 2010-cu il 24 dekabr tarixində "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar. === Layihənin icrası üçün tələb olunan ləvazimatlar === Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlardan istifadə etməklə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır. == İnrtoduksiya layihələri == === İntroduksiya === Heyvanların öz təbii arealından kənarda yayılması 2012-ci ilin sonlarından etibarən Avropa bizonu növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilərək, bu növün yerli populyasiyasının yaradılması məqsədilə işlər aparılır. Bununla bağlı, WWF-in Qafqaz Nümayəndəliyinin təşkilatçılığı və Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 2013-cü ildə Hollandiyalı mütəxəssis Yup Vlandesekker bir neçə dəfə ölkə ərazisində tədqiqat aparmış, bizonun buraxılması üçün təklif edilən ərazilərin xüsusiyyətləri və risk kriteriyaları müzakirə edilmişdir.
Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. Əsas binası Bakı şəhərində yerləşir. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15
2018 •••••••••••••••••••• 0.15

"layihələ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#layihələ nədir? #layihələ sözünün mənası #layihələ nə deməkdir? #layihələ sözünün izahı #layihələ sözünün yazılışı #layihələ necə yazılır? #layihələ sözünün düzgün yazılışı #layihələ leksik mənası #layihələ sözünün sinonimi #layihələ sözünün yaxın mənalı sözlər #layihələ sözünün əks mənası #layihələ sözünün etimologiyası #layihələ sözünün orfoqrafiyası #layihələ rusca #layihələ inglisça #layihələ fransızca #layihələ sözünün istifadəsi #sözlük