layihələri sözü azərbaycan dilində

layihələri

Yazılış

  • layihələri • 98.9158%
  • Layihələri • 1.0777%
  • layihələrİ • 0.0065%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haskel layihələri
Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd. == Haqqında == Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Reintroduksiya layihələri
Reintroduksiya lat. reintroductio — Heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası. === Layihənin məqsədi === Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtıilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə start verilmişdir === Layihənin təşkilatçıları === 2010-cu ildən etibarən başlanılmış Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kompaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılmışdır. 2010-cu il 24 dekabr tarixində "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar. === Layihənin icrası üçün tələb olunan ləvazimatlar === Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlardan istifadə etməklə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır. == İnrtoduksiya layihələri == === İntroduksiya === Heyvanların öz təbii arealından kənarda yayılması 2012-ci ilin sonlarından etibarən Avropa bizonu növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilərək, bu növün yerli populyasiyasının yaradılması məqsədilə işlər aparılır. Bununla bağlı, WWF-in Qafqaz Nümayəndəliyinin təşkilatçılığı və Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 2013-cü ildə Hollandiyalı mütəxəssis Yup Vlandesekker bir neçə dəfə ölkə ərazisində tədqiqat aparmış, bizonun buraxılması üçün təklif edilən ərazilərin xüsusiyyətləri və risk kriteriyaları müzakirə edilmişdir.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. == Yaradılması == 1919 il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. == Strukturu == Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. == Fəaliyyəti == Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 106.52 dəfə / 1 mln.
2002 •••••••••• 82.23
2003 •••••••••••• 99.21
2004 •••••••••••••• 110.16
2005 •••••••••••• 92.45
2006 ••••••••••••••• 123.20
2007 ••••••••••••••• 123.05
2008 •••••••••••••••• 125.22
2009 •••••••••••• 93.59
2010 •••••••••• 74.98
2011 •••••••••••• 97.80
2012 •••••••••••• 93.71
2013 ••••••• 56.31
2014 ••••••••••••• 101.42
2015 •••••••••••••• 112.28
2016 ••••••••••••••• 123.91
2017 ••••••••••••••••• 136.25
2018 •••••••••••••••••••• 166.31
2019 ••••••••••••••••••• 151.33
2020 •••••••••• 82.88

"layihələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#layihələri nədir? #layihələri sözünün mənası #layihələri nə deməkdir? #layihələri sözünün izahı #layihələri sözünün yazılışı #layihələri necə yazılır? #layihələri sözünün düzgün yazılışı #layihələri leksik mənası #layihələri sözünün sinonimi #layihələri sözünün yaxın mənalı sözlər #layihələri sözünün əks mənası #layihələri sözünün etimologiyası #layihələri sözünün orfoqrafiyası #layihələri rusca #layihələri inglisça #layihələri fransızca #layihələri sözünün istifadəsi #sözlük