Layzan sözü azərbaycan dilində

Layzan

Yazılış

  • Layzan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Layzanşahlar
Layzanşahlar - Şirvanşahlar dövləti ilə eyni anda Layzan ərazisində qurulan dövlət. Məzyədilər sülaləsi tərəfindən idarə edilirdi. "Tarixi əl-Bab"a görə müstəqil dövlət olmuşdur: "...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı". == Hakimləri və titul == Layzanşah titulu, Şirvanşah titulu Sasanilər dövründən qalmış bir titul idi. İlk Layzanşah, Şirvanşah Heysamın qardaşı I Yəzid olmuşdur. Onun oğlu I Məhəmməd ibn Yəzid haqqqında çox məlumat yoxdur. Layzanın üçüncü şahı olan Əbu Tahir Yəzid ibn Məhəmməd isə öz əmisi nəvəsi Əli ibn Heysamı məğlub edərək həm də Şirvanşah olmuşdur. Bununla da Layzanşahlıq Şirvanşahlar dövlətinə birləşdirilmişdir. Bundan sonra Layzan bir vilayətə çevrilərək, adətən sülalənin yaxın üzvləri tərəfindən idarə olunurdu.

Oxşar sözlər

#layzan nədir? #layzan sözünün mənası #layzan nə deməkdir? #layzan sözünün izahı #layzan sözünün yazılışı #layzan necə yazılır? #layzan sözünün düzgün yazılışı #layzan leksik mənası #layzan sözünün sinonimi #layzan sözünün yaxın mənalı sözlər #layzan sözünün əks mənası #layzan sözünün etimologiyası #layzan sözünün orfoqrafiyası #layzan rusca #layzan inglisça #layzan fransızca #layzan sözünün istifadəsi #sözlük