Lenk sözü azərbaycan dilində

Lenk

Yazılış

  • Lenk • 97.5207%
  • LENK • 1.6529%
  • lenk • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Artur Lenk
Artur Lenk (10 fevral 1964) — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri. == Həyatı == Artur Lenk 1964-cü ildə ABŞ-nin Nyu-Cersi ştatında doğulub. 1983-cü ildə İsrailə köçüb. 1990-cı ildə Yerusəlimin Hebryu Universitetinin hüquq fakültəsində bakalavr pilləsini bitirib. 2003-cü ildə həmin universitetdə beynəlxalq hüquq üzrə magistr dərəcəsini alıb. 1990-1994-cü illərdə vəkil kimi çalışıb. 1994-1996-cı illərdə İsrail Xarici İşlər Nazirliyinin Asiya bölməsində müxtəlif vəzifələrdə işləyib. 1996-1998-ci illərdə İsrailin Hindistandakı səfirliyinin mədəniyyət və akademik məsələləri üzrə ikinci katibi olub. 1998-2000-ci illərdə İsrailin Los-Ancelesdəki baş konsulluğunda ictimaiyyətlə əlaqələr üzrə konsul postunu tutub. 2000-2005-ci illərdə İsrailin Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Hüquqi Məsləhətlər üzrə departamentində çalışıb.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lenkoran paroxodu (1845)
"Lenkoran" (rus. Ленкорань) Rusiya İmperiyası Xəzər donanmasının dəmir korpuslu təkərli paroxodudu. Adı Xəzər dənizinin cənub şəhəri Lənkəranla bağlıdır. == Paroxodun təsviri == Dəmir korpuslu təkərli paroxod. Gəminin uzunluğu 50,29 metr, eni 9,45 metr, suya oturma dərəcəsi 3,5 metr təşkil edir. Gəmiyə 100 at güclü buxar maşını quraşdırılıb. == Xidmət tarixi == "Lenkoran" təkərli paroxodun əsası Hollandiyada qoyulub. Dağıdılmış şəkildə Həştərxana gətirilib, orada toplanmışdı və 1845-ci ilin oktyabrında suya buraxıldı."Kura" və "Tarki" parxodları ilə birlikdə 1845-ci ildə Xəzər dənizində gəmiçiliyin əsasını qoyan ilk paroxodlardan idi.1855-ci ildə leytenant N.T, Yefimovun komandanlığı altında Xəzər dənizinin şərq hissəsinin limanları üzrə hərəkət edirdi. Leytenant N.T, Yefimovun Novopetrovskda sürgün çəkən Taras Şevçenko ilə yaxşı tanışlıq əlaqələri vardır, rəssam gəminin heyət üzvləri ilə tez-tez ünsiyyətdə olurdu və öz işlərini onlara göstərirdi. 1860-cı ildə paroxod "Kavkaz və Merkuriy" cəmiyyətinə verildi.
Malthonica lenkoranica
Malthonica lenkoranica — Malthonica cinsinə, Çala hörümçəkləri fəsiləsinə aid Hörümçək növü. Azərbaycanın endemik canlısıdır. Adını yayıldığı ərazinin adından götürülmüşdür. == Qısa məlumat == Kiçik ölçülü hörümçəkdir. Erkəkləri 11,10 mm uzunluğa malikdir. == Ədəbiyyat == Guseinov, Marusik & Koponen, 2005 : Spiders (Arachnida: Aranei) of Azerbaijan 5. Faunistic review of the funnel-web spiders (Agelenidae) with the description of a new genus and species. Arthropoda Selecta, 14 n. 2, p. 153–177 (texte intégral Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine).
Alcea lenkoranica
Lənkəran gülxətmisi (lat. Alcea lenkoranica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. Regional IUCN Statusu: EN B2ab (ii,iii, iv, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 100 sm-ə qədər hündürlükdədir. Yarpaqlar saplaqlı, altdan məxməri, xırda tükcüklü, ağımtıl, ya da boz rəngdə; üstdən-yaşıl, oval-uzunvari paylarla, 5-7 bölümlüdür Tacə parlaq-sarı rəngdə, 35-50 mm uzunluğundadır. Meyvələri 16-18 mm-dir, meyvəcikləri qanadlı, hamardır.
Allium lenkoranicum
Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır.
Phlomis herba-venti subsp. lenkoranica
Lənkəran bozaqgülü (lat. Phlomis herba-venti subsp. lenkoranica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.
Sedum lenkoranicum
Sedum lenkoranicum (lat. Sedum lenkoranicum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, çılpaq, ot bitkisidir. Gövdələr 6-15 sm hündürlükdədir. Yarpaqlar növbəli, qısa silindirvari, küt 3-6 mm uzunluğunda, 1-1,5 mm enindədir. Çiçək qrupu çətirvari-qalxan, 2-3 aralanan budaqlıdır. Çiçəklər oturaqdır. Kasacıqlar uzunsov-lansetvari, 2-3 dəfə tacdan qısadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 8.77
2006 •••••••••••• 5.18
2007 •••••••••••••• 5.92
2008 •••••••••••••••••• 7.55
2009 •••••••• 3.20
2010 0.09
2016 0.17
2018 0.15

Oxşar sözlər

#lenk nədir? #lenk sözünün mənası #lenk nə deməkdir? #lenk sözünün izahı #lenk sözünün yazılışı #lenk necə yazılır? #lenk sözünün düzgün yazılışı #lenk leksik mənası #lenk sözünün sinonimi #lenk sözünün yaxın mənalı sözlər #lenk sözünün əks mənası #lenk sözünün etimologiyası #lenk sözünün orfoqrafiyası #lenk rusca #lenk inglisça #lenk fransızca #lenk sözünün istifadəsi #sözlük