Lenn sözü azərbaycan dilində

Lenn

Yazılış

  • Lenn • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lenn Evan Qudman
Lenn Evan Goodman (21 mart 1944, Detroyt, Miçiqan) — ABŞ-lı filosof və fəlsəfə tarixçisidir. Goodman 1994-cü ildən Vanderbilt Universitetinin fəlsəfə kafedrasının professorudur. == Həyatı == Onun fəlsəfi yaradıcılığında metafizik və etik məsələlərə diqqət yetirilir. Zaman keçdikcə o, daha çox İslam və yəhudi düşüncəsinə diqqət yetirdi və onların bir-biri ilə yaradıcı qarşılıqlı əlaqəsini araşdırmağa çalışdı. Onun ərəb ədəbiyyatında yunan təsiri ilə bağlı əsəri var. == Əsərləri == Goodman, Lenn E., "Arap Edebiyatındaki Yunan Etkisi", Nüsha: Şarkiyat Araştırmaları Dergisi, (Tərcüməçi: Esat Ayyıldız), 18.47 (2018): 15–44.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Anthurium lennartii
Anthurium lennartii (lat. Anthurium lennartii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Con Edvard Lennard Cons
Con Edvard Lennard Cons (d. 27 oktyabr 1894 – 11 yanvar 1954) – ingilis fiziki və nəzəri kimyaçı, kvant kimyasının əsasını qoyanlardan biri. == Həyatı == Con Edvard Cons 1894-cü il oktyabrın 27-də Lankaşir qraflığının Lea əyalətində anadan olmuşdur. Lennard-Cons soyadını 1925-ci ildə Ketlin Lennardla evləndikdən sonra qəbul etmişdi. O, 1912–1915-ci illərdə Mançester Universitetində riyaziyyat üzrə təhsil almış, sonra 1915–1919-cu illərdə Kral Hərbi-Hava Qüvvələrində xidmət etmişdir. 1919-cu ildən Mançester və Kembric Universitetlərində, 1925–1932-ci illərdə Bristol Universitetində (1927-ci ildən professor kimi) dərs demişdi. 1929-cu ildə Göttingen Universitetində kvant mexanikasını öyrənmişdi. 1932–1953-cü illərdə Kembric Universitetində, 1953-cü ildən isə Şimali Staffordşir Universitetinin Kollecində işləmişdi. == Elmi fəaliyyəti == Lennard-Consun elmi əsərləri, əsasən, kvant kimyasına aidddir. O, kvant kimyasının üsullarından biri olan molekulyar orbitallar üsulunun (1928–1932) yaradıcılarından (F. Hund və P. S. Mallikenlə birlikdə) biri olmuşdur.
Con Ferquson Mak-Lennan
Con Ferquson Mak-Lennan(14 oktyabr 1827–16 iyun 1881) — İngilis etnoloqu. == Həyatı == Təkamül məktəbinin önündə ingilis təkmülçüləri gedirdi. Onların arasında ixtisasca hüquqşünas olan C.F.Mak-Lennan (1827–1881) 1865-ci ildə "İbtidai nikah" adlı kitabını nəşr etdirmişdi. O, bu kitabda bəşər tarixinin bütün dövrlərində nikahın və ailənin formalarını tədqiq edir, geridə qalmış xalqlarda ailə-nikah adətlərini təkamülçülük ideyası zəminində izah etməyə çalışırdı. O, qızların qaçırılması yolu ilə yaranan nikah formasına, eqzoqamiya, poliandriya, qohumluğun ana xətti ilə hesablanması kimi ilkin adətlərə materialistcəsinə yanaşırdı. O, hesab edirdi ki, nəsildə yeni doğulan qız uşaqları, əməyi az məhsuldar olduğuna görə öldürülürdülər. Bu səbəbdən də nəsil daxilində nikah əlaqəsinə girmək üçün qadın çatışmır və bir neçə kişi bir qadınla nikahda olmaq məcburiyyətində qalırdı. Bu poliandriya adlanırdı ki, Mak-Lenan onun iki tipini müəyyənləşdirmişdi: nairi tipinə görə ərlər bir-birinə qohum deyil, tibet tipinə görə isə ərlər hətta doğma qardaş idilər. Poliandriya şəraitində nəsil ana xətti ilə hesablanırdı. Çünki, qadının bir neçə əri olduğundan, doğulmuş uşağın atasının kimliyinin müəyyən edilməsi çətinlik törədirdi.
Con Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Con Lennon Parkı
Con Lennon Parkı (isp. Parque John Lennon) — Kubanın Havana şəhərinin Vedado rayonunda yerləşir. The Beatles qrupunun sabiq üzvü Con Lennonun şərəfinə adlandırılmışdır. Parkda musiqiçinin tunc heykəli quraşdırılıb, abidənin aşağında isə belə yazı çap olunub: "Dirás que soy un soñador pero no soy el único", bu Imagine mahnısından ispan dillinə tərcümə olunmuş sətirdi ("Mənə bir xəyalpərəst deyə bilərsən,amma mən tək deyiləm"). Heykəl 2000-ci il dekabrın 8-də parka yerləşdirilmişdi. O andan sonra park öz indiki adını almışdı. Memar Xose Vilya heykəltəraşlıq əsərinin müəllifidi. Dövlət başçısı Fidel Kastro açılış mərasimində iştirak etmişdir. Abidə məşhur kubalı jurnalist və tərcüməçi Ernesto Xuan Kastelyanosanı "John Lennon en La Habana with a little help from my friends" kitabın yazılması üçün ruhlandırdı. Əsər 2005-ci ildə işıq üzünü gördü.
Con Lennonun qətli
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib. Conun qatili Mark Çepmen 24 avqust 1981-ci ildə keçirilmiş məhkəmədə yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edilib. 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı müxtəlif illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib. 2014-cü ilin avqustundakı dinləmələr zamanı üç nəfərdən ibarət komissiya üzvləri hesab ediblər ki, Lennonun qatili azadlığa buraxıla bilməz, çünki o, hələ də ətrafdakılar üçün təhlükə törədir və yeni cinayətlər törədə bilər.
Imagine (Con Lennon mahnısı)
"Imagine" — John Lennon tərəfindən yazılmış və səsləndirilmiş utopik bir mahnı. Mahnı sənətçinin 1971-ci il tarixli Imagine adlı albomunda idi. Hər nə qədər müxtəlif versiyaları edilmiş olsa və zaman içində bir çox fərqli sənətçi mahnını səsləndirmiş olsa da hələ ən çox sevilən və bəyənilən versiyası orijinal olanıdır. Bu gün ən çox sevilən mahnılardan olan Imagine, Rolling Stonenin Bütün Zamanların Ən Yaxşı 500 Şarkısı anketində üçüncü olmuşdur. Lennon mahnını "din-əleyhdarı, milliyyətçilik-əleyhdarı, ənənələrə qarşı və anti-kapitalist" olaraq tanıtmışdır. Bu tanıtma Geoffrey Giulianonun Lennon`in America adlı kitabında ifadə edilmişdir. "Imagine" insan hüquqları təşkilatı Amnesty International yəni Beynəlxalq Əfv Təşkilatının rəsmi mahnısıdır. 1993-cü ildə, Lennon'un ölüm ildönümündə, David Bowie mahnını canlı olaraq yenidən səsləndirmişdir (cover etmişdir). 1999-cu ildə BMI "Imagine" mahnısını 20-ci əsrdə ən çox səsləndirilən 100 mahnıdan biri seçmişdir. 2004-cü ildə, A Perfect Circle qrupu mahnını eMOTIVe adlı albomlarında yenidən səsləndirdi (cover etdi).
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Lennart Nilsson
Lennart Nilsson (isv. Lennart Nilsson; 24 avqust 1922[…], Strenqnes[d], Södermanland[d] – 28 yanvar 2017[…], Stokholm) — İsveç fotoqrafı. == Həyatı == Lennart Nilsson İsveçin Strenqes şəhərində anadan olmuşdur. Atası və əmisi fotoqraf idi. Atası on iki yaşında ilk kamerasını ona verdi. On beş yaşındaykən, Luis Pasteur haqqında bir sənədli filmi gördü ki, onu mikroskopla maraqlandı. Bir neçə il ərzində Nilsson mikroskop əldə etmiş və həşəratın mikrofotoqraflarını hazırlamışdır. 1940-cı illərin ortalarında Stokholmun Åhlen & Åkerlund nəşriyyatçısı üçün tez-tez işləyən sərbəst fotoqraf kimi peşəkar karyerasına başladı. Onun ən erkən tapşırıqlarından biri 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Norveçin azadlığını əhatə edirdi. Laplandiyada (1945), Şpitsbergendə ağ ayı ovu (1947) və Konqo çayında balıqçılar (1948) adlı erkən fotoşəkillərini çəkdi.
Lennart Ti
Lennart Ti (25 fevral 1992-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == 18 yanvar 2016-cı ildə Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubu Ti ilə 2016-17 mövsümü üçün müqavilə imzaladığını açıqlamışdır. Müqavilə üç illik idi. Kluba qayıtdıqdan sonra 24 sentyabr 2016-cı ildə Ti Volfsburq klubuna qarşı oyunda qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.2017-ci ilin iyul ayında Ti Erediviziya təmsilçilərindən olan VVV-Venlo klubuna 2017-18 mövsümünün sonuna kimi icarəyə verilmişdir.2018-ci ilin iyul ayında Ti Süper Liqin yeni komandalarından olan BB Erzurumspor klubuna transfer olmuşdur.2018-ci ilin sentyabr ayında Ti 2018 The Best FIFA Football Awards FİFA Fair Play Mükafatının qalibi olmuşdur. Ti Venlo klubunun PSV Eyndhoven klubuna qarşı oyununda iştirak etməmişdir. Buna səbəb isə onun təcili qana ehtiyacı olan leykoz xəstəsinin həyatını xilas etmək üçün qan bağışlaması olmuşdur. Onun bu hərəkəti bütün dünya xəbər saytlarında geniş yer aldı. Bundan sonra Hollandiyada mobil bağışların artdığı müşahidə edildi. "Hollandiyada minlərlə yeni donorun qeydə alınması bu hekayənin ən yaxşı tərəfidir - bu, həqiqətən, məni qürurlandırır", - demişdir.5 yanvar 2019-cu ildə Ti Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə 1.5 illik müqavilə imzalamışdır. == Milli karyerası == Ti Almaniya millisi ilə birlikdə 2009 UEFA Avropa U-17 Çempionatının qalibi olmuş və Luk Kastanyos ilə birlikdə turnirin bombardiri ünvanının sahibi olmuşdur.
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. == Xeyriyyəçilik == Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.
Lennoks-Qasto sindromu
Lennoks-Qasto sindromu- Etiologiya: üzvi mənşəli serebral rezidual sindromlar, yarımkəskin ensefalopatiyalar, neyrometabolik pozuntular, tuberoz skleroz. Başlandığı yaş dövrü və rast gəlmə tezliyi: xəstəlik 2-8 yaş arasında meydana çıxır. Başlanmasının zirvə səviyyəsi məktəbəqədər yaş dövrünə (3-5 yaş) təsadüf edir. Pediatrik praktikada rast gəlinən bütün epilepsiya formalarının 3,0-10,7%-ini təşkil edir. Klinik mənzərə: LQS zamanı tutmaların semiologiyası həddən artıq müxtəlifdir: tonik aksial; miatonik yıxılmalar; atipik absanslar; «kiçik hərəki tutmaların» epileptik statusu; mioklonik yayılmış tutmalar. Elektroensefaloqrafiya(EEQ) meyarları: tutmadan kənar dövrdə fon qeydiyyatı əsasən diffuz ləng dalğalar, həmçinin «ləng spayk» kompleksləri tipində davam etmiş ləng fəaliyyətdən ibarət olur. Adətən yuxuda əmələ gələn, saniyədə 10-25 tezliklə yayılmış bilateral-sinxron spayklarla özünü büruzə verən və qısa subklinik boşalmalar, yaxud daha uzunmüddətli gedişlər şəklində meydana çıxan sürətli aktivlik EEQ zamanı daha spesifik əlamətdir. Tutma zamanı EEQ: tonik tutmaların başlanmasından bilavasitə əvvəl EEQ-də fon aktivliyinin qısa desinxronizasiyası, yastılanmış əyrilik – «elektro-dekremental vəziyyət» («electro-decremental event») müşahidə edilir. Daha sonra artan amplitudalı və ön şöbələrdə üstünlük təşkil edən yayılmış sürətli aktivlik meydana çıxır. Adətən tutma 10–12 saniyə davam edən «spayk–ləng dalğa» kompleksləri qeyri-müntəzəm ləng fəaliyyət ilə başa çatır.
Rene Lennek
Rene Teofil Qiaçint Laennek (fr. René-Théophile-Hyacinthe Laënnec;; 17 fevral 1781[…], Kemper – 13 avqust 1826[…]) — fransız həkimi və anatomu, klinik və anatomik diaqnostik metodun banisi, stetoskopun ixtiraçısı . == Həyatı == 1781-ci il fevralın 17-də Kemperdə anadan olub. 1786-cı ildə anası vəfat etdikdən sonra əvvəlcə abbat olan babası, 6 il sonra isə əmisi - məşhur həkim, Nant Universitetinin rektoru Qiyom Laennek tərəfindən tərbiyə edilmişdir. 14 yaşında klassik məktəbi bitirmiş, alman, ingilis, yunan və latın dillərini mükəmməl şəkildə öyrənmişdir. 14 yaşından etibarən Nant xəstəxanalarında tibb elmləri öyrənmiş və səhiyyə bölmələrinə qatılmışdır. Laennekin ən sevimli həkimi ilk əvvəllər münasibətləti soyuq olan Paris Tibb Məktəbinin professoru, Paris Elmlər Akademiyasının və Paris Tibb Akademiyasının üzvü olan fransız cərrah Qiyom Dyupyuitrendir. 1799-cu ildə Respublika Ordusunda cərrah köməkçisi vəzifəsinə xidmətə girdi. 1801-ci ildə Parisdəki klinikalardan birində Napoleonun şəxsi həkimi olan M. Biş və J.Korvizardın rəhbərliyi altında işləmişdir. 1802-ci ildə peritonitin əlamətlərinin təsvirinə həsr olunmuş ilk elmi əsəri çap olunmuşdur.
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub. Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Şon Lennon
Şon Taro Ono Lennon (ing. Sean Taro Ono Lennon; 9 oktyabr 1975, Nyu-York, ABŞ) — İngiltərə və ABŞ musiqiçisi və bəstəkarı. == Həyatı == Şon Lennon 9 oktyabr 1975-ci ildə atasının 35-ci ad günündə Nyu-Yorkun Manhetten şəhərindəki Veyl Kornel Tibb Mərkəzində anadan olub. O, ana tərəfdən yapon, ata tərəfdən isə ingilis, uels və irland mənşəlidir. Culiyan Lennon onun ögey qardaşıdır, Kyoko Çen Koks isə ögey bacısıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#lenn nədir? #lenn sözünün mənası #lenn nə deməkdir? #lenn sözünün izahı #lenn sözünün yazılışı #lenn necə yazılır? #lenn sözünün düzgün yazılışı #lenn leksik mənası #lenn sözünün sinonimi #lenn sözünün yaxın mənalı sözlər #lenn sözünün əks mənası #lenn sözünün etimologiyası #lenn sözünün orfoqrafiyası #lenn rusca #lenn inglisça #lenn fransızca #lenn sözünün istifadəsi #sözlük