Lennon sözü azərbaycan dilində

Lennon

Yazılış

  • Lennon • 95.0000%
  • lennon • 2.5000%
  • LENNON • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Con Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub. Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Şon Lennon
Şon Taro Ono Lennon (ing. Sean Taro Ono Lennon; 9 oktyabr 1975, Nyu-York, ABŞ) — İngiltərə və ABŞ musiqiçisi və bəstəkarı. == Həyatı == Şon Lennon 9 oktyabr 1975-ci ildə atasının 35-ci ad günündə Nyu-Yorkun Manhetten şəhərindəki Veyl Kornel Tibb Mərkəzində anadan olub. O, ana tərəfdən yapon, ata tərəfdən isə ingilis, uels və irland mənşəlidir. Culiyan Lennon onun ögey qardaşıdır, Kyoko Çen Koks isə ögey bacısıdır.
Con Lennon Parkı
Con Lennon Parkı (isp. Parque John Lennon) — Kubanın Havana şəhərinin Vedado rayonunda yerləşir. The Beatles qrupunun sabiq üzvü Con Lennonun şərəfinə adlandırılmışdır. Parkda musiqiçinin tunc heykəli quraşdırılıb, abidənin aşağında isə belə yazı çap olunub: "Dirás que soy un soñador pero no soy el único", bu Imagine mahnısından ispan dillinə tərcümə olunmuş sətirdi ("Mənə bir xəyalpərəst deyə bilərsən,amma mən tək deyiləm"). Heykəl 2000-ci il dekabrın 8-də parka yerləşdirilmişdi. O andan sonra park öz indiki adını almışdı. Memar Xose Vilya heykəltəraşlıq əsərinin müəllifidi. Dövlət başçısı Fidel Kastro açılış mərasimində iştirak etmişdir. Abidə məşhur kubalı jurnalist və tərcüməçi Ernesto Xuan Kastelyanosanı "John Lennon en La Habana with a little help from my friends" kitabın yazılması üçün ruhlandırdı. Əsər 2005-ci ildə işıq üzünü gördü.
Imagine (Con Lennon mahnısı)
"Imagine" — John Lennon tərəfindən yazılmış və səsləndirilmiş utopik bir mahnı. Mahnı sənətçinin 1971-ci il tarixli Imagine adlı albomunda idi. Hər nə qədər müxtəlif versiyaları edilmiş olsa və zaman içində bir çox fərqli sənətçi mahnını səsləndirmiş olsa da hələ ən çox sevilən və bəyənilən versiyası orijinal olanıdır. Bu gün ən çox sevilən mahnılardan olan Imagine, Rolling Stonenin Bütün Zamanların Ən Yaxşı 500 Şarkısı anketində üçüncü olmuşdur. Lennon mahnını "din-əleyhdarı, milliyyətçilik-əleyhdarı, ənənələrə qarşı və anti-kapitalist" olaraq tanıtmışdır. Bu tanıtma Geoffrey Giulianonun Lennon`in America adlı kitabında ifadə edilmişdir. "Imagine" insan hüquqları təşkilatı Amnesty International yəni Beynəlxalq Əfv Təşkilatının rəsmi mahnısıdır. 1993-cü ildə, Lennon'un ölüm ildönümündə, David Bowie mahnını canlı olaraq yenidən səsləndirmişdir (cover etmişdir). 1999-cu ildə BMI "Imagine" mahnısını 20-ci əsrdə ən çox səsləndirilən 100 mahnıdan biri seçmişdir. 2004-cü ildə, A Perfect Circle qrupu mahnını eMOTIVe adlı albomlarında yenidən səsləndirdi (cover etdi).
Con Lennonun qətli
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib. Conun qatili Mark Çepmen 24 avqust 1981-ci ildə keçirilmiş məhkəmədə yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edilib. 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı müxtəlif illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib. 2014-cü ilin avqustundakı dinləmələr zamanı üç nəfərdən ibarət komissiya üzvləri hesab ediblər ki, Lennonun qatili azadlığa buraxıla bilməz, çünki o, hələ də ətrafdakılar üçün təhlükə törədir və yeni cinayətlər törədə bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2007 ••••••••••• 0.42
2009 •••••••• 0.32
2010 •••••••••••••••••••• 0.82
2011 ••••••• 0.26
2012 ••••••••••••••••• 0.69
2013 •••••••••••••••••• 0.73
2014 ••••••••• 0.34
2015 ••••••••• 0.34

Oxşar sözlər

#lennon nədir? #lennon sözünün mənası #lennon nə deməkdir? #lennon sözünün izahı #lennon sözünün yazılışı #lennon necə yazılır? #lennon sözünün düzgün yazılışı #lennon leksik mənası #lennon sözünün sinonimi #lennon sözünün yaxın mənalı sözlər #lennon sözünün əks mənası #lennon sözünün etimologiyası #lennon sözünün orfoqrafiyası #lennon rusca #lennon inglisça #lennon fransızca #lennon sözünün istifadəsi #sözlük