Lenqo boğazı
Lenqo boğazı (ing. Lengo Channel) — Solomon adaları qrupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Quadakanal adasındakı Tayvu burnu ilə kiçik mərcan adalarını ayırır. Kiçik mərcan adalarının sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı, Silark boğazı və Lenqo boğazı. Bu boğazlar özlərində İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Bu üç boğaz İkinci dünya müharibəsinə qədər Silark boğazı adlanırdı. Lenqo boğazı bu üç boğazın biri olaraq cənubda yerləşir. Dərinliyi 33–55 m arasında dəyişir. Eni isə 5,5–7,4 km-dir.