lenti sözü azərbaycan dilində

lenti

Yazılış

  • lenti • 99.7867%
  • Lenti • 0.2133%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri.1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt.Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. == Qalmaqallar və qadağalar == === Latviya === Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. === Litva === Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Möbius lenti
Möbius lenti — bir lentin bir ucunu 180 dərəcə çevirərək digər ucu ilə birləşdirməklə yaranan səthdir. Bu həndəsi fiqurun adi lentdən fərqli olaraq bir üzü (Evklid fəzasında yerləşdirildikdə) və bir sərhədi var. İlk dəfə 1861-ci ildə Yohan Benedikt Listinq tərəfindən kəşf edilmiş, dörd il sonra Avqust Ferdinand Möbius tərəfindən tərifi verilmişdir. Möbius lentinin bir nümunəsi bir kağız lentin bir ucunu tərs çevirib digər ucuna şəkildəki kimi dövrə yaradacaq şəkildə yapışdırmaqla yaradıla bilər. === Xüsusiyyətləri === Möbius lentinin bir sıra maraqlı xüsusiyyətləri var. Tikiş nöqtəsindən(şərti olaraq ucların birləşdiyi yer) başlayaraq ortaya doğru çəkilən xətt yenidən gəlib tikiş nöqtəsinə çıxır, lakin digər üzdə. Davam etdikdə, xətt başlanğıc nöqtəyə birləşir və ilkin lentin iki qatı uzunluğunda olur. Bu vahid kəsilməz əyri Möbius lentinin yalnız bir sərhədi olduğunu göstərir. Möbius lentini orta xətti boyunca kəsdikdə iki lent deyil, iki qıvrımı olan uzun bir lent alınır və alınan fiqur Möbius lenti deyil. Bu ona görə baş verir ki, Möbius lentinin ilkin lentin iki qatı uzunluğunda olan bir kənarı var.
Amblyseius lentiginosus
Amblyseius lentiginosus (lat. Amblyseius lentiginosus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius lentiginosus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Astragalus lentiformis
Astragalus lentiformis (lat. Astragalus lentiformis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Astragalus lentiginosus
Astragalus lentiginosus (lat. Astragalus lentiginosus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Atriplex lentiformis
Atriplex lentiformis (lat. Atriplex lentiformis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Carex lenticularis
Carex lenticularis (lat. Carex lenticularis) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Coelogyne lentiginosa
Coelogyne lentiginosa (lat. Coelogyne lentiginosa) — səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü.
Inga lenticellata
Inga lenticellata (lat. Inga lenticellata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga lentiscifolia
Inga lentiscifolia (lat. Inga lentiscifolia) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Lentibulariaceae
Lentibulariaceae (lat. Lentibulariaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Genlisea A.St.-Hil.
Lentibulariales
Dalamazçiçəklilər (lat. Lamiales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmirTermoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur.Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin)Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur.
Muraena lentiginosa
Muraena lentiginosa (lat. Muraena lentiginosa) — muraena cinsinə aid heyvan növü.
Pistacia lentiscus
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.29 dəfə / 1 mln.
2002 •••••••• 10.28
2003 •••••••••••• 14.96
2004 ••••••••••• 14.82
2005 •••••••••••• 16.19
2006 ••••••••••• 14.87
2007 •••••••••••••••••• 23.05
2008 •••••••••••••••••••• 27.04
2009 •••••••••• 12.96
2010 •••••••••••• 15.16
2011 •••••••••••••• 17.93
2012 •••••••••••••••• 21.00
2013 ••••••• 8.61
2014 •••••••••••• 16.13
2015 •••••••••••••• 18.37
2016 •••••••••••• 15.10
2017 ••••••••••••••• 19.19
2018 •••••••••••••••• 20.38
2019 ••••••••• 11.82
2020 •••••• 7.56

lenti sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa) qayınarvadı. – Bı mənim lentimdi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"lenti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lenti nədir? #lenti sözünün mənası #lenti nə deməkdir? #lenti sözünün izahı #lenti sözünün yazılışı #lenti necə yazılır? #lenti sözünün düzgün yazılışı #lenti leksik mənası #lenti sözünün sinonimi #lenti sözünün yaxın mənalı sözlər #lenti sözünün əks mənası #lenti sözünün etimologiyası #lenti sözünün orfoqrafiyası #lenti rusca #lenti inglisça #lenti fransızca #lenti sözünün istifadəsi #sözlük