Leon sözü azərbaycan dilində

Leon

Yazılış

  • Leon • 98.9967%
  • leon • 0.6689%
  • LEON • 0.3344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Leon
Leon — ad. Leon Rassell — Məşhur ABŞ musiqiçi. Leon Festinger — ABŞ sosial psixoloqu. Leon Musayev — futbolçu. Xuan Ponse de Leon — ispan səyyah və konkistadoru.Yaşayış məntəqələri Leon (İspaniya) — İspaniyada şəhər, Omonimik vilayətinin inzibati mərkəzi. Kastiliya və Leon - İspaniyanın şimal-qərbində yerləşən muxtar region.Digər Leon dili - İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir. Leon (film, 1994) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon Berqsma
Leon Berqsma (25 yanvar 1997, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Həyatı == 25 yanvar 1997-ci ildə Amsterdamda anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Berqsma Ayaks AFK akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 6 noyabr 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Maastrixt klubu ilə qarşılaşmada Leeroy Ovusunu əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Maastrixtə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Leon Billeviç
Leon Billeviç (24 fevral 1870, Volın quberniyası[d] – aprel 1940, Xarkov) — Katın qırğınında öldürülən polyak polis generalı. == Həyatı == Başlanğıcda rus ordusu üçün xidmət göstərən Leon Billeviç, 1918-ci ilin noyabrından etibarən Polşa ordusuna qoşulur. 1919-1920-ci illərdə baş verən Sovet-Polşa müharibəsində 13-cü piyada briqadasına rəhbərlik etdi. 1919-cu ildə bu vəzifəni icrə edərkən briqada generalı vəzifəsinə yüksəldi. 1927-ci ildə Riqa sülhündən sonra da aktiv fəaliyyətini davam etdirdi və həmin ilin aprel ayında təqaüdə çıxdı. 1939-cu ildə Polşanın işğalından sonra NKVD tərəfindən həbs olundu. 1940-cı ilin aprelinə qədər Xarkovda əsir düşərgəsində saxlanıldıqdan sonra Katın qırğınının qurbanına çevrildi.
Leon Bonna
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransa rəssamı və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olmuşdur. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili almıdır. İlk əsərləri dini mövzulara həsr etmişdir. 1875-ci ildən tanınmış amerikalıların və avropalıların portretlərini çəkməyə başlamışdır. Dieqo Velaskes kimi ispan rəssamlardan təsirlənmişdir. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkmişdir. Təxminən 200 portretin müəllifi olmuşdur. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim olmuş və 1905-ci ildə akademiyasının başına keçmişdir.
Leon Bonnat
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransa rəssamı və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olmuşdur. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili almıdır. İlk əsərləri dini mövzulara həsr etmişdir. 1875-ci ildən tanınmış amerikalıların və avropalıların portretlərini çəkməyə başlamışdır. Dieqo Velaskes kimi ispan rəssamlardan təsirlənmişdir. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkmişdir. Təxminən 200 portretin müəllifi olmuşdur. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim olmuş və 1905-ci ildə akademiyasının başına keçmişdir.
Leon Burjua
Leon Viktor Oqyust Burjua (fr. Léon Victor Auguste Bourgeois; 21 may 1851 - 29 sentyabr 1925) Fransız dövlət xadimi və vəkil, 1920-ci il Nobel sülh mükafatı laureatı. Onun fikirləri Radikal Partiyaya geniş şəkildə təsir etdi. İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı təbliğ etdi. Xarici siyasətdə, güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı qorumağa çağırdı. == Həyatı == Burjua Parisdə anadan olub və hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofis (1876) tutduqdan sonra ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti oldu və daha sonra Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıtdı. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi kritik zamanda Polis Prefekti oldu. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girdi və Radikal Solçulara qatıldı. 1888-ci ildə Şarl Floqenin-in nazirliyində Daxili İşlər üzrə müşavir idi və 1889-cu ildə onunla birlikdə istefa verdi, daha sonra Reyms üçün palataya geri döndü.
Leon Festinger
Leon Festinger (8 may 1919, Manhetten, Nyu-York ştatı – 11 fevral 1989, Nyu-York, Nyu-York ştatı) — ABŞ sosial psixoloqu. O bir çox təcrübələri ilə, xüsusilə isə Koqnitiv dissonans və Sosial müqayisə nəzəriyyələri ilə tanınır. L. Festingerin valideynləri Rusiyadan olan yəhudi əsilli mühacirlər idi. Festinger 1939-cu ildə Nyu Yorkdakı City College adlı təhsil müəssisəsini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Bundan sonra o Iowa (Ayova) Universitetində tanınmış sosial psixoloq Kurt Levinin rəhbərlik etdiyi kurslarda təhsilini davam etdirərək psixologiya üzrə ustad və doktor elmi dərəcələrini qazanmışdır. == Karyera == Festinger karyerası müddətində Iowa, Rochester, Michigan Universitetlərində, Massachusetts Texnologiya Universitetində, Minnesota Universitetində, Stanford Universitetində işləmişdir. L. Festinger Koqnitiv dissonans tədqiqatını 1954-cü ildə Minnesota Universitetində işləyərkən başlamışdır. Tədqiqatın nəticələrini o, Theory of Cognitive Dissonance (1957) (Koqnitiv dissonans nəzəriyyəsi) kitabında qeyd etmişdir. Bu nəzəriyyəyə görə şəxs bir birinə əks olan iki ideya istiqamətində eyni zamanda hərəkət etməli olanda, o diskomfort (narahatlıq) hiss edir. Məsələn, siqaretin zərərli olduğunu dərk etdiyi halda siqaret çəkmək.
Leon Juo
Leon Juo (fr. Léon Jouhaux; 1 iyul 1879[…], 15-ci Paris dairəsi[d] – 28 aprel 1954[…], XII arondisman (Paris)[d]) — fransız sosialist və Həmkarlar İttifaqı rəhbəri. Beynəlxalq Əmək Təşkilatının qurucularından biridir. == Həyatı == Leon Juo on altı yaşında olarkən kibrit fabrikində işləməyə başlamışdır. Qısa müddət ərzində inqilabçı Həmkarlar İttifaqı təşkilatlarının öndə gedən təbliğatçılarından biri oldu. 1906-cı ildə Beynəlxalq kibrit işçiləri Həmkarlar İttifaqının katibi, 1909-cu ildən isə Fransa Ümumi Əmək Konfederasiyasının baş katibi oldu. Birinci dünya müharibəsindən əvvəl alman işçi rəhbərləri ilə bir yerə yığışaraq müharibə əleyhdarı hərəkatı təşkilatlandırmağa çalışdı. Buna baxmayaraq, daha sonra Fransanın müharibə səylərini dəstəklədi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Konfransda qurulan Beynəlxalq Əmək Qanunları Komissiyasının ən aktiv üzvlərindən biri kimi İqtisadi Şuranın qurulması üçün səy göstərdi.
Leon Kriçinski
Aslan bəy Konstantin oğlu Kriçinski və ya Leon Kriçinski (tam adı: Leon Nayman Mirzə Kriçinski Radvan rus. Леон Найман-Мирза-Кричинский-Радван ; 25 sentyabr 1887, Vilnüs – noyabr 1939) — Polşa tatarlarından olan Rusiya, Krım və Azərbaycan ictimai xadimi və tarixçisi. == Həyatı == === Ailəsi === Kriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş, qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410–1411-ci illərdə Qızıl Ordu xanlığından çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslan həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur. === Təhsili === 1907–1911-ci illərdə, Sankt-Peterburq Universitetində hüquq təhsili almışdır. Tələbə olan zaman Müsəlman Tələbələr Cəmiyyəti qurmuş və faktiki olaraq onun rəhbəri olmuşdur.
Leon Kruaza
Leon Kruaza (isp. León Croizat Chaley, 16 iyul 1894, Turin – 30 noyabr 1982, Koro[d]) — İtaliya və Venesuela botaniki, biocoğrafiyaşünas. 1941–1946-cı illərdə İtaliyadan əvvəlcə ABŞ-yə, daha sonra Venesuelaya immiqrasiya etmiş və burada Karakasda botanika bağı təşkil edərək, onun direktoru olmuşdur. 1947-ci ildə Venesuela Mərkəzi Universitetində aqronom fakültəsində işləyib. 1951-ci ildə And Universitetinin botanika və ekologiya sahəsində professoru. 1951–1952-ci illərdə Orinoko çayı hövzəsi istiqamətində təbii sərvətlərin öyrənməsi məqsədilə təşkil olunmuş Fransa-Venesuela ekspedisiyasının tərkibində botanik kimi iştirak edib. "Venesuela Şərəf Ordeni" və "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleridir. == Elmi işləri == Croizat L. Panbiogeography, 1952 (издано на собственные средства автора) (ing.) Croizat L. Manual of phytogeography; or, An account of plant-dispersal throughout the world. – The Hague: W. Junk, 1952 (ing.) Croizat L. Panbiogeography; or An introductory synthesis of zoogeography, phytogeography and geology; with notes on evolution, systematics, ecology, anthropology, etc. – Caracas, Venezuela: Publ.
Leon Musayev
Leon Nərmanoviç Musayev (25 yanvar 1999, Sankt-Peterburq) — rusiyalı futbolçu, "Rubin" klubunun yarımmüdafiəçisi. == Həyatı == Leon Musaev Sankt-Peterburqda anadan olub. Amma, atası Dağıstandandır və əslən Tabasaranlıdır.Adı "Leon" filminin qəhrəmanının şərəfinə verilib.Altı yaşında "Smena" məktəbində, məşqçi İvan Şabarovun yanında futbol oynamağa başladı. 2016-cı ilin avqustunda gənclər komandasının tərkibində debüt etdi, 23 oyun keçirdi, 4 qol vurdu. Zenit-2 üçün NFL (Qərb Divizionu) çempionatında 11 iyul 2016-cı il tarixində, ilk turda "Sokol" la oyunda (1:1) debüt etdi. 2019-cu ildə o, əsas komandaya Sergey Semak tərəfindən götürüldü və 21 fevralda Avropa Liqasının 1/16 final matçında ilk komandada debüt etdi, Fənərbaxça ilə matçda (3:1) 87-ci dəqiqədə Artyom Dzyubanı əvəzlədi. Rusiya çempionatında 14 aprel 2019-cu ildə yenə də Dzyubanın əvəzinə 85-ci dəqiqədə əvəzlənən Leon "Anji" ilə matçda (5-0) ev oyununda debüt etdi. Musayev Rusiyanın gənclər komandalarında oynayıb. 29 yanvar 2021-ci ildə Rusiyanın "Rubin Kazan" klubu ilə 5 illik müqavilə imzalayıb. Kazan klubunda debütü həmin ilin fevralın 28-də Moskva "Spartak"ına qarşı matçda oldu.
Leon Qlovatski
Leon Qlovatski (fr. Léon Glovacki; 19 fevral 1928 – 9 sentyabr 2009, Cenevrə) — hücumçu mövqeyində çıxış edən Fransa futbolçusu və məşqçi. 1954 FİFA Dünya Kubokunun iştirakçısı. == Həyatı == O, Liberkur şəhərində polyak mühacir ailəsində anadan olmuşdur. Even-Malmezon kommunasında böyümüşdür. 14 yaşından usta köməkçisi kimi çalşmışdır. Elə həmin yaşda futbol oynamağa başlamışdır. 18 yaşından Tümeri şəhərindəki neft emalı zavodunda çilingər vəzifəsində işləmişdir. Bir il sonra "Due" klubunun heyətinə qoşuldu və iki il sonra oradan "Trua"ya keçdi. 1952-ci ildə Reymsə transfer oldu və orada Raymon Kopa və Bram Appel ilə hücum üçlüyünün bir hissəsi oldu.
Leon Qoretzka
Leon Qoretzka (Almanca tələffüz: [ˈlɛ.ɔn ˈɡor.ʀɛts.kaː]; 6 fevral 1995, Boxum, Şimali Reyn-Vestfaliya) — Bundesliqa təmsilçilərindən olan "Bayern Münhen" klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Leon Valras
Leon Valras (16 dekabr 1834[…] – 5 yanvar 1910[…], Klarans[d], Montrö[d]) — isveçrəli iqtisadçı, Lozanna Universitetinin professoru, Lozanna məktəbinin yaradıcısı. == Həyat və fəaliyyəti == Leon Valras 1834-cü ildə dünyaya gəlmişdir. Onun dahiliyi ondadır ki, Kurno mümkünsüz hesab etdiyi yetkin və geniş formada ümumi iqtisadi tarazlığın riyazi nəzəriyyəsini yaratmışdır. Onun məqsədi abstrakt səviyyədə mükəmməl rəqabət şəraitində bazarın fəaliyyətini tədqiq etmək və bazarın həqiqətdə tarazlığa doğru necə irəlilədiyini göstərmək olmuşdur. Onun iqtisad elminə olan töhfəsi istehlakçı davranışı nəzəriyyəsidir. O, müasirlərindən fərqli olaraq bu nəzəriyyəni dərindən və cəsarətlə təhlil etmişdir. Onun modeli məhsuldar xidmətlər və istehlak malları bazarlarının qarşılıqlı fəaliyyət sistemidir. Bu sistemdə iqtisadiyyatda tarazlıq üç şərt gözlənildikdə təmin olunur; 1) məhsuldar xidmətlərə səmərəli tələb bu xidmətlərə bərabər olur, 2) məhsullar bazarında qiymətlər dəyişməzdir; 3) məhsulların satış qiyməti məhsuldar xidmətlərdə ifadə olunan məsrəflərə bərabərdir. İlk iki şərt mübadilənin tarazlığına, üçüncü şərt isə istehsaln tarazlığına aiddir. Tarazlığın bu şərtlərini Valras 4 qarşılıqlı bərabərlik sistemi vasitəsilə ifadə etmişdir.
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. == Kitabları == 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) == "Balaca şahzadə" == Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Leon dili
Leon dili- İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir.
Nuevo-Leon
Nuevo-Leon Meksikanın şimal-şərqində yerləşən ştat. Ştatın ərazisi 64.210 kvadrat km, əhalisi isə 2005-ci ilin statistikasına əsasən 4.199.292 nəfərdir.
Sen-Leon
Sen-Leon (Averon)
Leon Şiller
Leon Şiller (pol. Leon Schiller;14 mart 1887[…], Krakov, Sisleytaniya[…] – 25 mart 1954[…], Varşava[…]) — Polşalı teatr rejissoru, teatr tənqidçisi və nəzəriyyəçisi, teatr və radio tamaşalarının ssenari müəllifi, bəstəkar. == Həyatı == Leon Şiller 1887-ci il martın 14-də Avstriya-Macarıstanın Krakov şəhərində avstriyalı polyak ailəsində anadan olub. O, Krakovda Müqəddəs Anna gimnaziyasında təhsil almış (1897-1905), 1906-cı ildə qiyabi bakalavr təhsilini başa vurduqdan sonra Yagellon Universitetində və Sorbonnada fəlsəfə və polonistika üzrə təhsil almışdır. == Fəaliyyəti == Kabare müğənnisi kimi debütünü 1906-cı ildə edən Leon Şiller 1917-ci ildə Varşavada Polşa Teatrında rejissorluğa başladı. 1922-ci ildə "Redut" teatrında çıxış edib. 1924-1926-cı illərdə (V.Xojitsa və A.Zelveroviçlə birlikdə) Varşavada Boquslavski teatrına rəhbərlik etmiş, burada Zeromskinin "Qızılgül" (1926) və Krasinskinin "İlahi komediya" (1926) tamaşalarını səhnələşdirmişdir. Teatr hakimiyyət tərəfindən bağlandıqdan sonra Şiller Polşa Teatrına keçir və burada Polşa və dünya klassikasının dram əsərlərini səhnələşdirir. Şillerin Samuel Zborovski (1927) və Yuliuz Slovatskinin "Kordial" (1930), Stanislav Vispyanskinin "Cəsur Boleslav" (1929) və "Qurtuluş" (1935), Şekspirin "Yuli Sezar" tamaşaları (1928-ci il) romantizmlə zəngindir. Qəhrəmanlıq monumental teatrının yaradılmasında Şillerin müstəsna nailiyyəti Böyük Şəhər Teatrının səhnəsində Adam Mitskeviçin “Dzyadov” əsərinin tamaşaya qoyulması olub (1932, indiki S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı).
Jan-Leon Jerom
Jan-Leon Jerom (11 may 1824[…], Vezul[…] – 10 yanvar 1904[…], Parisin 9-cu rayonu) — İndiki akademizm üslubunda işləyən fransız rəssam və heykəltaraş idi. Rəsmləri o qədər geniş yayılmışdır ki, 1880-ci ilə qədər dünyanın ən məşhur yaşayan sənətkarı sayılırdı. Akademik rəsm ənənəsini bədii bir zirvəyə gətirən tarixi əsərlər, Yunan mifologiyası, Şərqşünaslıq mövzusu, portretlər və digər mövzular onun yaradıcılığa aid idi. O akademik dövrün ən vacib rəssamlarından biri hesab olunur. O, həmçinin çoxlu tələbələri olan bir müəllim idi. Tələbələri arasında, Meri Kassat, Osman Hamdi Bəy, Şəkər Əhməd Paşa,Tomas İkins kimi məşhur rəssamlar da vardı. == Erkən həyatı == Sənətkarın atası, 1823-cü ilin aprelində bir al-verçinin qızı olan Fransuaza Vilmo ilə evlənən, Vezul şəhərindən olan zərgər Piero Jerom idi. Mayın 10-u, 1824-cü ildə bu cütlüyün ilk uşağı dünyaya gəlir və ona Jan-Leon adını qoyurlar. 9 yaşında olarkən rəsmə maraq göstərdiyi və rəssamlıq texnikalarını araşdırmağa başladığı yerli gimnaziyaya daxil olur. Onun başlıca müəllimi Klod Karyaj (1798-1875) olmuşdur.
Kastiliya və Leon
Kastiliya və Leon (isp. Castilla y León ; Leonca: Castiella y Llión ; qalis. Castela e León) - İspaniyanın şimal-qərbində yerləşən muxtar region. == Kastiliya və Leon inzibati vahidləri == Kastiliya və Leonun vilayətləri bunlardan ibarətdir: Avila Burgos Leon Palencia Salamanka Segoviya Soriya Valladolid ZamoraBu vilayətlərin hər biri müvafiq vilayət paytaxtı adını daşıyır.
Leon (film, 1994)
Leon (fr. Léon) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi. Filmin dili ingilisdir. Əsas rollarda Jan Reno, Natali Portman, Ayello Denni və Qari Oldmen çəkilmişlər. IMDb saytının «ən yaxşı 250 film reytinqində» 2022-cü ilin iyun ayına olan məlumata görə 34-cü yeri tutur. == Məzmun == Leon peşəkar qatildir. O, rəhmsiz və amansız Leon Mantanadır. Qonşusu narkotik alveri etdiyi üçün polis əməkdaşları tərəfindən güllələnir. Alverçinin yeganə qızı Matilda hadisə baş verən zaman dükanda olduğu üçün canını qurtarır. Leona pənah gətirən qızcığaz intiqam hissi ilə yanır.
Leon Febres-Kordero
Leon Esteban Febres-Kordero Ribadeneyra (isp. León Esteban Febres-Cordero Ribadeneyra; 17.2.1931–15.12.2008) — 1984–1988-ci illərdə Ekvadorun prezidenti.
Aechmea leonard-kentiana
Aechmea leonard-kentiana (lat. Aechmea leonard-kentiana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Al Leonq
Albert Al Leonq və ya Al "Ka Bong" (ing. Al Leong, 30 sentyabr, 1952, ABŞ) — ABŞ aktyorudur və döyüş sənətləri ustasıdır. Şimali Şaolin Kunq Fusu, Taekvondo, Kali və Ciu-Citsu kimi döyüş növləri ilə məşğul olub. Filmlərdə əksər rolunu mənfi xarakter kimi çıxış edib.
Albizia leonardii
Albizia leonardii (lat. Albizia leonardii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Aleksey Leonov
Aleksey Arxipoviç Leonov (rus. Алексей Архипович Леонов; 30 may 1934[…], Listvyanka[d], Qərbi Sibir vilayəti[d], RSFSR, SSRİ – 11 oktyabr 2019[…], , Moskva) — sovet kosmonavtı, açıq kosmosa çıxmış ilk insan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1965, 1975). == Həyatı == == Mükafat və adları == İkiqat Sovet İttifaqı Qəhrəmanı (1965, 1975); I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (29 may 2019); II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (22 may 2014); "Dostluq" ordeni (12 aprel 2011); SSRİ təyyarəçi-kosmonavtı (1966); 2 dəfə Lenin ordeni; BXR-in Sosialist Əməyi Qəhrəmanı (1965); Karl Marks ordeni (ADR, 1966); Vyetnam Əmək Qəhrəmanı (1966); Georgi Dmitrov ordeni, "Xidmətlərinə görə" ordeni (Ukrayna, 12 aprel 2011). == Biblioqrafiya == Леонов А., Лебедев В. Восприятие пространства и времени в космосе. — М.: Наука, 1968. — 114 с. Леонов А., Лебедев В. Психологические особенности деятельности космонавтов. — М.: Наука, 1971. — 255 с. Леонов А., Лебедев В. Психологические проблемы межпланетного полёта.
Aleksey Leontyev
Aleksey Nikolayeviç Leontyev (5 (18) fevral 1903, Moskva – 21 yanvar 1979, Moskva) — sovet psixoloq, pedaqoq. == Həyatı == Sovet psixologiya elminin inkişafında əvəzsiz rol oynamışdır. Leontyevin elmi fəaliyyətinin I mərhələsi 1925–1930-cu illəri əhatə edir. 1930-cu ildə Leontyev Xarkova gedir və orada Ukrayna Psixonevroloji Akademiyanın nəzdində psixologiya bölməsi yaradır. Psixoloqun rəhbərliyi ilə Xarkov Psixologiya Məktəbi yaranır. 1940-cı ildə Leontyev A.İ.Gertsen adına Leninqrad Pedaqoji İnstitutda "Psixikanın inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1966-cı ildən ömrünün sonunadək Leontyev Moskva Dövlət Universiteti psixologiya fakültəsinin dekanı olur. == Mənbə == Əliyev R.İ. Psixologiya tarixi.
Amblyseius leonardi
Amblyseius leonardi (lat. Amblyseius leonardi) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius leonardi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anthurium leonianum
Anthurium leonianum (lat. Anthurium leonianum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Azərbaycan–Syerra-Leone münasibətləri
Azərbaycan–Syerra-Leone münasibətləri — Azərbaycan Respublikası ilə Syerra-Leone Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin mart ayının 13-də qurulmuşdur.
Bidens sierra-leonensis
Bidens sierra-leonensis (lat. Bidens sierra-leonensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Brickellia leonensis
Brickellia leonensis (lat. Brickellia leonensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Bulbophyllum leonii
Bulbophyllum leonii (lat. Bulbophyllum leonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum leontoglossum
Bulbophyllum leontoglossum (lat. Bulbophyllum leontoglossum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Covanni Leone
Covanni Leone (3 noyabr 1908, Neapol - 9 noyabr 2001-ci il, Roma) — İtaliyanın altıncı prezindenti (29 dekabr 1971 – 15 iyun 1978-ci illərdə). Xristian Demokrat partiyasını təmsil edib.
Demokrat Leonov
Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı. == Tərcümeyi-hal == Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır. == Damanskiy adasında sərhəd münaqişəsi == 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir. == Yaddaş == Vladivostokda Demokrat Leonovun adına küçə var.
Diderix Frans Leonard fon Şlextendal
Diderix Frans Leonard fon Şlextendal (alm. Diederich Franz Leonhard von Schlechtendal‎, 27 noyabr 1794, Ksanten – 12 oktyabr 1866, Halle, Saksoniya[d]) — Alman botaniki. == Elmi əsərləri == Animadversiones botanicae in Ranunculaceas. Berlin, 1819—1820. Flora berolinensis. Berlin, 1823—1824. Adumbrationes plantarum, 1825—1832. Flora von Deutschland. 24 Bände mit 2400 Tafeln, Yena, 1840—1873 (zusammen mit Christian Eduard Langethal und Ernst Schenk), 5. Auflage in 30 Bänden von Ernst Hans Hallier 1880—1887.
Eduar Leon Skott de Martenvil
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Eduard Leon Skott de
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Emeri Klerens Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Erik Leonard Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Filipp Leonard
Filipp Leonard (ing. Philip Leonard) - ABŞ kino rəssamı və aktyorudur.
Galium leonis
Əsl qatıqotu (lat. Galium verum) — qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Asterophyllum galium Schimp. & Spenn. Galium affine Roth Galium alpinum Schur [Illegitimate] Galium approximatum Gren. & Godr. Galium atropatanum Grossh. Galium bracteolatum Sennen Galium caucasicum Lag. Galium densiflorum Ledeb. Galium densiflorum f.
Georgi Leonidze
Georgi Nikolayeviç Leonidze(gürc. გიორგი ლეონიძე)(28.1.1899—9.8.1966)) — gürcü şairi. == Həyatı == Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür. Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir. 1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub. 1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. “Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Şair 1966-cı il avqust ayının 9-da dünyasını dəyişib.
Hemisodon leonurus
Leonotis leonurus (lat. Leonotis leonurus) — dalamazkimilər fəsiləsinin leonotis cinsinə aid bitki növü. == Sinonim == Hemisodon leonurus (L.) Leonotis leonurus var. albiflora Benth. Leonurus africanus Mill. Leonurus grandiflorus Moench Leonurus superbus Medik. Phlomis leonurus L. Phlomis speciosa Salisb.
I.Leonidas
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
III. Leon (Abhazya kralı)
III Leon (gürc. ლეონ III; bilinmir – ən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı. == Həyatı == 926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.23 dəfə / 1 mln.
2004 ••• 0.67
2005 •••••••• 2.02
2006 ••• 0.68
2007 •• 0.42
2009 •••• 1.12
2010 ••••••• 1.91
2011 •••••••••••••••••••• 5.58
2012 •••••••••••••••••••• 5.68
2013 •••••••• 2.19
2014 •••••••• 2.06
2015 •••••• 1.70
2016 0.17
2017 ••••••••• 2.28
2018 ••••••• 1.95
2019 ••• 0.70
2020 ••••••• 1.72

"leon" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#leon nədir? #leon sözünün mənası #leon nə deməkdir? #leon sözünün izahı #leon sözünün yazılışı #leon necə yazılır? #leon sözünün düzgün yazılışı #leon leksik mənası #leon sözünün sinonimi #leon sözünün yaxın mənalı sözlər #leon sözünün əks mənası #leon sözünün etimologiyası #leon sözünün orfoqrafiyası #leon rusca #leon inglisça #leon fransızca #leon sözünün istifadəsi #sözlük