Leviafan sözü azərbaycan dilində

Leviafan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Leviafan • 86.2069%
  • leviafan • 13.7931%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Leviafan
Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri. Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Şahzadə” kitabı ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar. == Məzmun == === Titul === Hobbsun traktatının adı Əyyubun kitabında qeyd olunan Leviafana eyham vurur. Con Lokkun “Dövlətin iki traktatı” və ya Hobbsun özünün “Hüququn elementləri” kimi erkən müasir siyasi fəlsəfə əsərlərində verilən bəsit informativ adlardan fərqli olaraq, Hobbs bu traktatı üçün daha poetik ad seçdi. === Frontispis === Parisli Abraham Bosse Tomas Hobbs ilə uzun müzakirələrdən sonra kitabın məşhur üz qabığı üçün Bossenin özü tərəfindən hazırlanmış "géometrique" üslubunda oyma örtük dizaynı hazırladı. Üz qabığının dizaynı baxımından Jan Matheusun Hobbsun "De Cive (1642)" əsərinə hazırladığı üz qapağına bənzəyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2010 ••••••••••••••••• 0.27
2014 ••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.34
2017 •••••••••• 0.16
2020 •••••••• 0.13

Oxşar sözlər

#leviafan nədir? #leviafan sözünün mənası #leviafan nə deməkdir? #leviafan sözünün izahı #leviafan sözünün yazılışı #leviafan necə yazılır? #leviafan sözünün düzgün yazılışı #leviafan leksik mənası #leviafan sözünün sinonimi #leviafan sözünün yaxın mənalı sözlər #leviafan sözünün əks mənası #leviafan sözünün etimologiyası #leviafan sözünün orfoqrafiyası #leviafan rusca #leviafan inglisça #leviafan fransızca #leviafan sözünün istifadəsi #sözlük