Leyboristlər sözü azərbaycan dilində

Leyboristlər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Leyboristlər • 84.0532%
  • leyboristlər • 15.9468%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstraliya Leyboristlər Partiyası
Avstraliya Leyboristlər Partiyası (ing. Australian Labor Party; ALP) — Avstraliyada əsas sol mərkəzçi siyasi partiya. Bu, mərkəz sağ siyasət güdən Avstraliya Liberal Partiyası ilə birlikdə Avstraliya siyasətindəki iki əsas partiyadan biridir. Partiya 2013-cü il seçkilərindən bəri federal parlamentdə müxalifətdədir. ALP hər bir ştatda və ərazidə siyasi şöbələri olan federal bir partiyadır. Onlar hazırda Viktoriya, Kvinslend, Qərbi Avstraliya, Avstraliya Paytaxt Ərazisi və Şimal Ərazisində hökumətdədirlər. Leyboristlər Partiyası Avstraliyanın ən köhnə siyasi partiyasıdır, 1891-ci ildə yaradılmışdır.
Leyboristlər Partiyası (Malta)
Leyboristlər Partiyası (ing. Labour Party, malta Partit Laburista) – Maltada sosial-demokratik yönümlü iki əsas siyasi partiyadan biri (Millətçi Partiya ilə birlikdə). == Tarixi == Partiya 1920-ci il oktyabrın 15-də yaradılıb və əvvəlcə liman işçilərinin, katolik kilsəsinin və o dövrdə rəsmi statusu olmayan malta dilinin tərəfdarlarının maraqlarını ifadə edib. Partiyanın əsasını dokerlərin həmkarlar ittifaqının üzvləri təşkil edirdi və onun ilk qurultayı 1921-ci il martın 15-də keçirilmişdir. Partiyanın lideri Uilyam Savona idi. Əvvəlcə Leyboristlər Partiyası Fəhlə Partiyası adlanırdı. 1921-ci ildə ilk parlament seçkilərində partiya parlamentdə 7 yer qazanır, lakin getdikcə onun hakimiyyətdə iştirakı azalır. 1932-ci ildə təmsilçilik 1 yerə qədər azalır. 1927-1932-ci illərdə partiya Baş nazir Cerald Striklandın Britaniyayönlü Konstitusiya Partiyası ilə hökumət koalisiyasının bir hissəsi olur. 1927-ci ildə yeni lider Paul Boffa seçilir.
Şotlandiya Leyboristlər Partiyası
Şotlandiya Leyboristlər Partiyası (ing. Labour Party of Scotland) — Şotlandiyada kiçik milliyətçi siyasi partiya. 1970-ci illərin əvvəllərində fəal idi. Şotlandiya Milli Partiyasının (ŞMP) Dandi şöbəsindən solçu təfqirəçi partiya kimi formalaşan Şotlandiya Leyboristlər Partiyası 1973-cü ildə Dandi-İst aralıq seçkilərində iştirakı ilə tanınır. Onun seçkilərə müdaxiləsi milliyətçi seçiciləri bölmüş və bu da nəticədə ŞMP-nin parlamentdə yer qazanmamasına gətirib çıxarmışdır. İki ay sonra partiya Dandi Şəhər Şurası seçkilərində iştirak etmiş, lakin uğursuz nəticələr əldə etmişdir. Qısa müddətdən sonra partiya ləğv edilmiş və 1974-cü ilin əvvəlində onun üzvlərinin əksəriyyəti ŞMP-yə qayıtmışdır. Bu dövrdə ŞMP-nin Şimal dənizinin neftli-qazlı hövzəsi ilə bağlı kampaniyaları Şotlandiyanın şəhərlərdə yaşayan seçiciləri arasında populyarlıq qazanmışdır. Şotlandiya Leyboristlər Partiyası heç vaxt rəsmi siyasi təmsilçiliyi olmamışdır. ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf Şotlandiya Leyboristlər Partiyasının yaradılmasını yerli siyasətçilərin etdiyi fürsətçilik kimi qiymətləndirmişdir.
Demokratik Leyboristlər Partiyası (Avstraliya)
Demokratik Leyboristlər Partiyası (ing. Democratic Labour Party; DLP) — Avstraliyada siyasi partiya. DLP 1955-ci ildə Avstraliya Leyboristlər Partiyasının (ALP) parçalanması nəticəsində qurulmuşdur. Partiya əvvəlcə Avstraliya Leyboristlər Partiyası (Antikommunist) adını daşımış və 1957-ci ildə Demokratik Leyboristlər Partiyası adlandırılmışdır. Partiya sağçı ünsürlərdən təşkil olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Lyle Allan (1988), "Irish Ethnicity and the Democratic Labor Party," Politics, Vol. 23 No.2, Pages 28–34 Niall Brennan (1964), Dr Mannix, Adelaide, South Australia, Rigby. Ken Buckley, Barbara Dale and Wayne Reynolds. Doc Evatt, Melbourne, Victoria, Longman Cheshire (1994); ISBN 0-582-87498-X Arthur Calwell. Be Just and Fear Not, Hawthorn, Victoria, Lloyd O'Neil (1972); ISBN 0-85550-352-1 Bob Corcoran (2001), "The Manifold Causes of the Labor Split", in Peter Love and Paul Strangio (eds.), Arguing the Cold War, Carlton North, Victoria, Red Rag Publications.
Leyboristlər Partiyası (Böyük Britaniya)
Leyboristlər Partiyası (ing. Labour Party, qısa Labour kimi tanınır) – Böyük Britaniyada mövcud olan siyasi partiya.

Oxşar sözlər

#leyboristlər nədir? #leyboristlər sözünün mənası #leyboristlər nə deməkdir? #leyboristlər sözünün izahı #leyboristlər sözünün yazılışı #leyboristlər necə yazılır? #leyboristlər sözünün düzgün yazılışı #leyboristlər leksik mənası #leyboristlər sözünün sinonimi #leyboristlər sözünün yaxın mənalı sözlər #leyboristlər sözünün əks mənası #leyboristlər sözünün etimologiyası #leyboristlər sözünün orfoqrafiyası #leyboristlər rusca #leyboristlər inglisça #leyboristlər fransızca #leyboristlər sözünün istifadəsi #sözlük