Leyləklər
Leyləklər (lat. Ciconiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Leyləklər fəsiləsi yalnız tropik və subtropik zonalarda yox, mülayim zonalarda da yayılmışdır. Avropada onun yalnız iki növü ağ leylək (Ciconia ciconia) və qara leylək (Ciconia nigra) növləri yuvalayır. Leyləklərin digər iki nümayəndəsi Mycteria ibis və Leptoptilos crumeniferus nadir hallarda köç edirlər.
Leyləklər sakit və ehtiyatla tərpənən quşlardır. Onlar bir-biri ilə dimdiyini şaqqıldatmaqla "danışırlar".
Leyləklər aprelin əvvəlində 3-5 ağ yumurta qoyurlar. Yumurtadan çıxan balalar payıza qədər böyüyürlər.
Ailə 6 cinsdən və onunla əlaqəli yaşayan 19 növdən ibarətdir.