leyşmaniya sözü azərbaycan dilində

leyşmaniya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • leyşmaniya • 88.8889%
  • Leyşmaniya • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Visseral leyşmaniya
Visseral leyşmaniya ilk dəfə (1900) Hindistanda xəstə adamın dalağında ingilis alimləri Leyşman və Donovan tərəfindən aşkar edilmişdir. Parazitin qamçısız və ya leyşmanial forması müxtəlif onurğalılarda, o cümlədən itdə, çaqqalda, gəmiricilərdə və leyşmanioza tutulmuş adamlarda, qamçılı və ya lepidomonad (promastiqot) forması isə parazitin keçiricisi olan mığmığada (Phlebotomus pappatasii) olur. == Ümumi leyşmanioz xəstəliyi tibbi parazitologiyada == Aralıq dənizi leyşmaniozu, uşaq leyşmaniozu, tropik splenomeqaliya, Azərbaycanda isə bu xəstəliyi qara azar adlandırırlar. == Morfologiyası == Leishmania donovani özünün ümumi quruluşuna görə dəri leyşmaniozunun törədicisi olan Leishmania tropica-ya oxşayır. Parazit 10-20 mkm böyüklükdə, dairəvi və ya oval formada olur. Bənövşəyi-qırmızı rəngli iri nüvəyə malikdir. Bədənində çubuq və dairəvi blefroplast (kinetoplast) vardır. L.donovani-yə müxtəlif orqan və toxu ma ları təşkil edən hüceyrələrin sitoplazmasında, periferik qanın neytrofillərində, qan kapilyarlarının və limfa sisteminin endotel hüceyrələrində, sümük iliyində, qaraciyərdə, dalaqda təsadüf olunur. Yoluxmuş hüceyrələrin hər birində 100-200-ə qədər parazit olur. Hüceyrələr dağıldıqda parazitə toxuma mayesində qrup halında deyil, tək-tək rast gəlinir.
Dəri leyşmaniyası
== Morfologiyası == L.tropica 2–8 mkm ölçüdə hüceyrədaxili parazitdir. Bədən xaricdən pellikula pərdəsi ilə örtülmüşdür, sitoplazması zəif rənglənir, nüvəsi zəif-qırmızı rəngə boyanır. İnsanda qamçısız formada olub, kiçik nüvəyə və kinetoplasta malikdir. Parazitin keçiricisi olan mığmığada isə onun bədəni uzunsov olur və qamçıya malikdir. Tripanosomlardan fərqli olaraq bunlarda titrəyici membran olmur. == Həyat tsikli == Dəri leyşmaniozu təbii ocaqlı xəstəlik olub, tropik və nisbətən isti ölkələrdə yayılmişdır. Bu parazitin inkişaf dövriyyəsi aşağıdakı kimidir. Səhra və yarımsəhrada yaşa-yan qum siçanı, sünbülqıran və digər gəmiricilər leyşmanioz xəstəliyinə tutulur. Phlebotomus pappatasii mığmığası bu gəmiricilərin qanını sorduqda parazitin qamçısız amastiqot (leyşmanial) forması mığmığanın həzm sistemində intensiv çoxalmağa başlayır. Parazit çoxalıb qamçısız oval vəziyətindən uzunsov, qamçılı forma alır.

Oxşar sözlər

#leyşmaniya nədir? #leyşmaniya sözünün mənası #leyşmaniya nə deməkdir? #leyşmaniya sözünün izahı #leyşmaniya sözünün yazılışı #leyşmaniya necə yazılır? #leyşmaniya sözünün düzgün yazılışı #leyşmaniya leksik mənası #leyşmaniya sözünün sinonimi #leyşmaniya sözünün yaxın mənalı sözlər #leyşmaniya sözünün əks mənası #leyşmaniya sözünün etimologiyası #leyşmaniya sözünün orfoqrafiyası #leyşmaniya rusca #leyşmaniya inglisça #leyşmaniya fransızca #leyşmaniya sözünün istifadəsi #sözlük