Libertarian sözü azərbaycan dilində

Libertarian

Yazılış

  • Libertarian • 50.0000%
  • libertarian • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Libertarian sosializm
Libertar sosializm və ya libertarian sosializm (bəzən eyni ideologiya olmasa da, sosialist anarxizmi adlanır.), nəzarətsiz, iqtisadi və ya sosial təbəqələri olmayan, fərdi azadlıq və bərabərliyə əsaslanan, əldə etmək və istifadə etmək üçün bərabər imkanlar təmin edən bütün növ anarxist xüsusiyyətləri özündə cəmləyən sosializm anlayışıdır.Bu idealogiyaya görə, bərabərlik və azadlıq ancaq xüsusi mülkiyyətə son qoymaqla mümkün olacaq. ilk növbədə istehsal imkanları və resurslar bütün cəmiyyəti əhatə edəcək şəkildə paylaşdırılmalıdır. Bununla belə, libertar sosializm qeyri-qanuni hakimiyyəti müəyyənləşdirmək, onu tənqid etmək və son nəticədə onun ictimai həyatın hər sahəsində mövcudluğunu aradan qaldırmaq məqsədi daşıyır.İdarəetmə sosializminə digər yanaşmalar dövlətdə və ya siyasi partiyalarda hökmranlıq yaratmaq üçün iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində fəaliyyət göstərdiyi halda; Libertar sosialistlər, birliklər, peşə palataları, fəhlə şuraları, bələdiyyələr, vətəndaş məclisləri (məclisləri) və s. kimi birbaşa demokratiyanın həyata keçirilə biləcəyi qeyri-bürokratik sahələrə diqqət yetirirlər. Libertar sosialistlər dövlət quruluşunu kapitalist sinfi hökmranlığının divarları və qalası kimi qəbul edirlər.Libertar sosializm kimi təsvir edilən siyasi fəlsəfəyə anarxizmin anarxo-kommunizm, anarxo-kollektivizm, anarxo-sindikalizm, tərəfdaşlıq, sosial ekologiya, özünüidarəetmə və şura kommunizmi kimi variantları daxildir. Bəzi mənbələr libertar sosializmi anarxizm və sosialist anarxizmi ilə qismən və konnotativ şəkildə əlaqələndirirlər. Lakin bu anlayışlar arasında müəyyən fərqlər də mövcuddur.
ABŞ Libertarian Partiyası
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.
Libertarian Partiyası (ABŞ)
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.
Libertarianizm
Libertarizm (ing. libertarianism ; lat. libertas - "azadlıq") - azadlığı əsas prinsip kimi dəstəkləyən siyasi fəlsəfə və hərəkatların məcmusudur. Libertarizmin nümayəndələri seçim azadlığını, könüllü birləşməyi və fərdi mühakiməni vurğulayaraq, siyasi azadlıq və muxtariyyəti maksimum dərəcədə artırmağa çalışırlar . Onlar dövlət hakimiyyətinə şübhə ilə yanaşırlar, lakin mövcud iqtisadi və siyasi sistemlərə qarşı çıxma dərəcələrinə görə fərqlənirlər. Müxtəlif libertar düşüncə məktəbləri ictimai və özəl hakimiyyətin qanuni funksiyaları haqqında müxtəlif fikirlər irəli sürür, çox vaxt məcburi sosial institutların məhdudlaşdırılması və ya ləğv edilməsini tələb edir . Libertarizm daxilində özünəməxsus xüsusiyyətləri olan bir sıra cərəyanlar var. Konkret olaraq, bunlar sağ və sol libertarizm, anarxo-kapitalizm, minarxizm, geolibertarizm (corcizm), sol bazar anarxizmi və libertar sosializmdir. Sağ libertarlar xüsusi mülkiyyət hüququna üstünlük verirlər . Sol libertarlar hesab edirlər ki, xüsusi mülkiyyətin mütləqləşdirilməsi fərdin azadlığını poza bilər == Etimologiya == "Libertar" anlayışı (ing.
Libertarianlıq

Sol libertarianizm
Sol libertarianizm və ya sol libertarizm fərdi azadlıq və sosial ədalətə əsaslanan müxtəlif yanaşmaları ehtiva edir. Sol libertarizm şəxsi mülkiyyət ideyasını qəbul edir, lakin təbii sərvətlərin şəxsi və ya dövlət mülkiyyətləşdirilməsi ilə qəti şəkildə razılaşmır. Sol libertarianlar iddia edirlər ki, demək olar ki, bütün təbii ehtiyatlar; torpaq, neft, qızıl və ya meşələr hamı üçün ortaq olan kollektiv mülkiyyətdir. Sol liberterlərin fikrincə, sadəcə olaraq sözügedən təbii sərvətləri kəşf edən və ya onu emal edən şəxs olmaq bu təbii sərvət üzərində tam şəxsi mülkiyyət hüququ qazanmağa əsas vermir. Sol libertarizm və ya libertar sol, Roderik Lonq tərəfindən "libertarizmin ənənəvi olaraq solun anlayışları kimi qəbul edilənlərlə birləşməsi, reinteqrasiyası kimi başa düşülür. Buraya işçilərin səlahiyyətlərinin artırılması, plütokratiyaya qayğı, feminizm, sosial bərabərliyin müxtəlif formaları və s. daxildir" Sol libertarizm tez-tez üst-üstə düşən üç əlaqəli düşüncə məktəbinə istinad etmək üçün istifadə olunur: geolibertarizm, Ştayner-Vallentin məktəbi və sol bazar anarxizmi .
#libertarian nədir? #libertarian sözünün mənası #libertarian nə deməkdir? #libertarian sözünün izahı #libertarian sözünün yazılışı #libertarian necə yazılır? #libertarian sözünün düzgün yazılışı #libertarian leksik mənası #libertarian sözünün sinonimi #libertarian sözünün yaxın mənalı sözlər #libertarian sözünün əks mənası #libertarian sözünün etimologiyası #libertarian sözünün orfoqrafiyası #libertarian rusca #libertarian inglisça #libertarian fransızca #libertarian sözünün istifadəsi #sözlük