Beyrut limanının bombalanması (2020)
Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış. Partlayış nəticəsində ən azı 218 nəfər ölmüş, 7 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdür.
Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirmişdir. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi.
== Zəmin ==
Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır.
Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur.
=== MV Rhosus ===
Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.