limfosit sözü azərbaycan dilində

limfosit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • limfosit • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Limfosit
Limfositlərə 2 böyük populyasiya olan - B - və T — limfositləri və təbii killerlər aiddirlər. B və T limfositləri qazanılmış ,təbii killerlər (TK) isə təbii immun sisteminin kompanentləridirlər. Hər 3 subpopulyasiya sümük iliyində əmələ gəlir. Formalaşmaları isə müxtəlif orqanlarda əmələ gəlir.B limfositlərinin əsas inkişaf mərhələləri sümük iliyində , T limfositlərin formalaşması timusda gedir .TK — lərin formalaşması isə əsasən dalaqda gedir. Hər bir B limfositi genetik olaraq müəyyən bir antigenə qarşı spesifikliyə malik olan reseptorun sintezi üçün proqramlaşdırılır . Belə reseptorlara B C R — lər (B cell reseptor) deyilir. Onlar hüceyrənin səthində yerləşirlər.Antigenlə qarşılıqlı təsirdə olan bu hüceyrələr bölünüb çoxalır ,differensiasiyaya məruz qalır və effektor (plazmatik ) hüceyrələrə çevrilirlər.Bu plazmatik hüceyrələr B limfositlərinin inkişafının son mərhələsidir və bu hüceyrələr B C R molekulunun antigentanıyan İg kompanentini anticisim şəklində sintez edirlər .Hüceyrənin bütün potensialı bu sintezə yönəldiyindən plazmatik hüceyrələr cəmi 3 −4 gün yaşaya bilirlər. T limfositləri' — onların müxtılif funksiyaları yerinə yetirən müxtəlif subpopulyasiyaları vardır.Bu subpopulyasiyalardan biri B limfositləri ilə qarşılıqlı təsirdə olaraq onların bölünüb çoxalmasına və plazmatik hüceyrələrə çevrilməsinə köməklik edirlər. Sub populyasiyalardan digəri mononuklear faqositar hüceyrələr tərəfindən udulmuş patogenlərin faqositozunu gücləndirir.Bu tipli hüceyrələrə T — helper (T — köməkçi ) hüceyrələri deyilir.T limfositlərinin başqa bir populyasiyası isə orqanizmin virusla və patogen mikroorqanizmlərlə yoluxmuş hüceyrələrini tapıb məhv edirlər.Bu hüceyrələr T — killer ( və ya T sitotoksik ) hüceyrələr adlanır.Hər bir T limfositinin səthində B limfositlərində olduğu kimi özünəməxsus antigen tanıyan reseptorlar mövcuddur.B və T limfositlərinin oxşarlığı ondan ibarətdir ki, onların hər ikisi immunoqlobulinlər superfəsiləsinə aid molekullardırlar.Lakin B limfositlərindən fərqli olaraq antigenin T limfositləri tərəfindən tapılması yalnız onun fraqmentinin başqa hüceyrə səthində M H C molekulları ilə kompleks şəklində təqdim olunduğu halda baş verir. Təbii killerlər( TK) — B və — T limfositləri üçün xarakterik olan antigentanıyan reseptorlardan məhrumdurlar .Bu mənada onlara bəzən o — hüceyrələr də deyilir.Təbii killerlərin əsas funksiyası transformasiyaya uğramış ( o cümlədən şiş ) və virusla yoluxmuş hüceyrələri tapıb məhv etməkdir.Bundan əlavə , təbii killerlər orqanizmin M H C molekullarını qismən və tam itirmiş hüceyrələri də tapıb lizisə uğradırlar.Ölçülərinə görə təbii killerlər limfositlərdən təxminən 2 dəfə böyükdürlər.
Yarımkəskin limfositar tireodit
Yarımkəskin limfositar tireodit — bu xəstəlik tireotoksikoz simptomlarının qəflətən meydana çıxması, qanda T3 və T4 hormonlarının səviyyəsinin yüksəlməsi, 131J-un toxuma tərəfindən udulmasının zəifləməsi, ağrısız diffuz zobun inkişafı ilə xarakterizə olunur. Qadınlarda çox vaxt doğuşdan sonra baş verir. Patogenetik cəhətdən xronik limfositar tireoditə oxşardır. Xəstələrin əksəriyyətində antitireoid anticisimlər təyin edilir. Yarımkəskin limfositar tireoditin etiopatogenezində genetik meyilliliklə yanaşı virus etiologiyası ehtimal edilir. Xəstəlik doğuşdan 1,5–3 ay sonra tireotoksikoz əlamətləri ilə təzahür edir. Vəzi çox böyüyür, konsistensiyası bərkləşir, lakin palpator ağrısız olur.
T-limfositlər
T-limfositlər və ya T-hüceyrələri — qırmızı sümük iliyindən daxil olan prekursorlardan timusda inkişaf edən limfositlər. T-limfositləri digər limfositlərdən hüceyrə səthində T-hüceyrə reseptorunun (THR) olması ilə fərqləndirmək olar. T-limfositləri sümük iliyində olan hematopoetik kök hüceyrələrdən əmələ gəlir. İnkişaf edən T-limfositləri daha sonra inkişaf etmək (və ya yetkin olmaq) üçün timus vəzinə köçür. T-limfositləri öz adlarını timusdan alırlar. Timusa köçdükdən sonra prekursor hüceyrələr bir neçə fərqli T-hüceyrələrinə çevrilir. T-hüceyrələrinin diferensiasiyası onlar timusdan ayrıldıqdan sonra da davam edir. Spesifik, differensiallaşdırılmış T-limfositlər alt tiplərinin qrupları immun cavabın idarə edilməsində və formalaşmasında müxtəlif mühüm funksiyalara malikdir. T-limfositlər qazanılmış immunitetdə mühüm rol oynayır. Onlar xarici antigenləri daşıyan hüceyrələrin tanınmasını və məhv edilməsini təmin edir, monositlərin və NK hüceyrələrinin təsirini artırır, həmçinin immunoqlobulin izotoplərinin dəyişdirilməsində iştirak edir (immun cavabın başlanğıcında B hüceyrələri IgM-ni sintez edir, daha sonra IgG istehsalına keçir, IgE, IgA).

"limfosit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#limfosit nədir? #limfosit sözünün mənası #limfosit nə deməkdir? #limfosit sözünün izahı #limfosit sözünün yazılışı #limfosit necə yazılır? #limfosit sözünün düzgün yazılışı #limfosit leksik mənası #limfosit sözünün sinonimi #limfosit sözünün yaxın mənalı sözlər #limfosit sözünün əks mənası #limfosit sözünün etimologiyası #limfosit sözünün orfoqrafiyası #limfosit rusca #limfosit inglisça #limfosit fransızca #limfosit sözünün istifadəsi #sözlük