limuzin sözü azərbaycan dilində

limuzin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • limuzin • 72.7273%
  • Limuzin • 27.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Limuzin
Limuzin (ing. Limousine) — Sürücü ilə sərnişin arasında uzun bir bölmənin olduğu lyuks avtomobil növü. == Limuzin adının mənşəyi == Limuzin sözü Fransanın bir regionu olan Limuzindən götürüldüyü və vaxtilə buradakı çobanlar tərəfindən istifadə olunan uzun paltarlardan gəldiyi güman olunur. Ancaq bu kəlimənin nəyə görə məhz qeyd olunan avtomobil üçün istifadə edilməsi qeyri-müəyyən olaraq qalır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.46 dəfə / 1 mln.
2004 ••••••••••• 0.67
2007 •••• 0.21
2008 •••••••• 0.49
2009 •••••••••• 0.64
2010 •••••••••••••••••••• 1.27
2011 •••••••• 0.51
2012 ••••••••••• 0.69
2013 •••••••••••••••••••• 1.31
2014 ••• 0.17
2020 ••••••••••• 0.66

limuzin sözünün leksik mənası və izahı

limuzin sözünün etimologiyası

  • 1 E.ə. I əsrdə romalılar Qalliyanı istila edəndə məlum oldu ki, bu torpaq çox sayda müxtəlif tayfalar arasında bölünüb. Qalliyanın mərkəzində limovis tayfasının nəzarətində olan iri bölgə var idi. Bu tayfanın təhrif olunmuş adı dövrümüzə qədər gəlib çıxıb. Onların Vyenna çayının sahilində yerləşən paytaxtları hələ də Limoj, vilayət isə bütövlükdə Limosen adlanır. Limosen Fransa inqilabına qədər bu ölkənin əyalətlərindən biri idi. İnqilabçılar bütün əyalətləri kiçik departamentlərə böldülər. Limosen üç departamentə ayrıldı. Buna baxmayaraq adını dillərdə və bəzi geyim əşyalarında saxladı. Limosen sakinləri bədənlərini başdan-ayağa örtən ləbbadə geyinirdilər. O vaxtdan bu libasa limuzin adı qoyuldu. XIX əsrin sonlarında, küçələrdə ilk avtomobillər peyda olmağa başlayanda, fransızlar onların yaradıcılarının ilk sıralarında yer aldılar və beləliklə, avtomobilə aid xeyli fransız termini (şassi, qaraj və s.) yarandı. Sərnişinlərin özlərini sanki baramanın içindəki kimi hiss etdikləri və onları sürücüdən ayıran arakəsməsi olan maşınlar limuzin adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / limuzin

limuzin sözünün rus dilinə tərcüməsi

limuzin sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#limuzin nədir? #limuzin sözünün mənası #limuzin nə deməkdir? #limuzin sözünün izahı #limuzin sözünün yazılışı #limuzin necə yazılır? #limuzin sözünün düzgün yazılışı #limuzin leksik mənası #limuzin sözünün sinonimi #limuzin sözünün yaxın mənalı sözlər #limuzin sözünün əks mənası #limuzin sözünün etimologiyası #limuzin sözünün orfoqrafiyası #limuzin rusca #limuzin inglisça #limuzin fransızca #limuzin sözünün istifadəsi #sözlük