Linkin Park
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür.
1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir.
Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014)
== Qrupun tarixçəsi ==
=== İlk illər (1996–2000) ===
Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi.