Avraam Linkoln sui-qəsdi
Avraaam Linkoln sui-qəsdi, 14 aprel 1865-ci ildə Müqəddəs Cümə günü baş verən Amerika vətəndaş müharibəsinin son böyük hadisələrindən biridir. Amerika Birləşmiş Ştatlarının prezidenti Abraham Linkoln, Amerikalı qardaş oğlu adlı tamaşanı həyat yoldaşı və iki qonağı ilə Ford Teatrında seyr edərkən silahla vurulmuşdur.
Aktyor və Konfederasiya simpatiyaçısı John Wilkes Booth, digər sui-qəsdçilər Lyuis Pauell və Corc Atzerodt ilə birlikdə, müvafiq olaraq o dövrün xarici işlər naziri William H. Seward və vitse-prezident Andrew Johnsonu öldürməyi planlaşdırdılar. But, xaos yaradacağına və Linkoln, Seward və Johnsonu öldürərək Federal Hökuməti məhv edəcəyinə ümid etmişdi. Booth Linkolnu öldürməyə müvəffəq olsa da, plan ümumi məqsədinə çatmadı. Sewardda da hücum edildi, ancaq o sağaldı. Johnsonu vurmalı olan adam isə panikaya düşərək Vaşinqtona qaçdı.
John Wilkes Booth, həddindən artıq cənub tərəfdarı və Konfederasiya adından çalışan bir Marylandli casusu idi. Boothun ilk planı, Lincolnu bazarlıq üçün Konfederasiya həbsxanasına qaçırmaq idi, lakin Linkolnun 11 apreldə afroamerikalıların hüquqları mövzusunda etdiyi nitqinə görə planını dəyişdirərək onu öldürməyə qərar verdi. Booth, Linkoln və həyat yoldaşının Ford Teatrında bir tamaşa izləməyə gələcəyini öyrəndi.