Linqvistika sözü azərbaycan dilində

Linqvistika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Linqvistika • 63.3772%
  • linqvistika • 36.4035%
  • LİNQVİSTİKA • 0.2193%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Linqvistika
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür.Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Morfologiya (linqvistika)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib.Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir. Dilçiliyin ayrıca şöbəsi kimi morfologiyanın vahidi, əhatə dairəsi, burada öyrənilməli olan dil hadisələri haqqında müxtəlif fikirlər var. Bu fikirlərin əksəriyyəti subyektiv xarakter daşıyır.
Tarixi linqvistika
Tarixi linqvistika tarix elmindən istifadə edərək dilin yaranması və qrammatika qaydalarının tarixi inkişafını izah etmək üçün yaradılmış elmi metoddur. Dil ailələrinin necə meydana gəldiyini də tədqiq edən bu metodun mövzuları arasında dillərin niyə dəyişdiyi, danışan cəmiyyətlərin necə doğulduğu və sözlərin mənşəyi kimi mövzular da mövcuddur.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur.
Verbalizasiya (linqvistika)
Verbalizasiya (lat. verbum) — digər nitq hissələrinin sözlərinin fel kateqoriyasına keçməsi.Verbalizasiya həm geniş mənada, həm də fel olmayanların felə çevrilməsinin istənilən formasını ifadə edən, həm də yalnız dar mənada başa düşülə bilər (sintaktik verbalizasiya). Sonuncu halda, qeyri-fel şifahi predikat funksiyasını yerinə yetirdikdə, fel uyğun morfoloji dəyişikliklərlə digər nitq hissələri əsasında əmələ gələndə morfoloji transformasiyaya qarşı çıxır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.31 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •• 0.34
2005 •••• 0.67
2006 •••• 0.68
2007 ••••••••• 1.69
2008 •••••••••••••••••••• 4.14
2009 ••••••••••• 2.08
2010 ••••••••••••• 2.54
2011 •••••••••• 1.89
2012 •••••••••• 1.89
2013 ••••• 0.88
2014 ••••• 1.03
2015 •• 0.34
2016 •• 0.35
2017 ••• 0.49
2018 •••••••• 1.50
2019 •• 0.28

linqvistika sözünün etimologiyası

linqvistika sözünün sinonimləri (yaxın mənalı sözlər)

linqvistika sözünün rus dilinə tərcüməsi

"linqvistika" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#linqvistika nədir? #linqvistika sözünün mənası #linqvistika nə deməkdir? #linqvistika sözünün izahı #linqvistika sözünün yazılışı #linqvistika necə yazılır? #linqvistika sözünün düzgün yazılışı #linqvistika leksik mənası #linqvistika sözünün sinonimi #linqvistika sözünün yaxın mənalı sözlər #linqvistika sözünün əks mənası #linqvistika sözünün etimologiyası #linqvistika sözünün orfoqrafiyası #linqvistika rusca #linqvistika inglisça #linqvistika fransızca #linqvistika sözünün istifadəsi #sözlük