liqu sözü azərbaycan dilində

liqu

Yazılış

  • liqu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Air Liquide
Air Liquide — sənaye, sağlamlıq, ətraf mühit və tədqiqat qazları sahəsində ixtisaslaşmış beynəlxalq Fransız sənaye qrupudur. O, dünyanın səksən ölkəsində mövcuddur və 3,6 milyondan çox müştəri və xəstəyə xidmət göstərir. Air Liquide qrupu Paris birjasında, həmçinin CAC 40 indeksində, Euro Stoxx 50 və FTSE4Good-da siyahıya alınmışdır.
Liquipel
Liquipel — ağıllı telefonların prosessor, RAM kimi su sızdığında zay olan təchizatlarının HzO Nano texnologiyası ilə örtülən su keçirməzlik xüsusiyyətini daşıyan bir texnologiyadır.
Liquiritia officinalis
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Liqula
Liqula — qayışa bənzədiyi üçün bəzən də onu "qayış" qurdu da adlandırırlar. Liqulanın bir əsas iki aralıq sahibi vardır. Əsas sahibi müxtəlif quş növləridir (qağayı). Aralıq sahibləri isə siklop və balıq növləridir. Uzunluğu bəzən 15-40 sm-ə qədər olur. Yumurta mərhələsindən sonra inkişafı su mühitində gedir. İnkişaf etdiyi balığın bədəni boş kimi olur ki, ona toxunduqda partlayır. Törətdiyi xəstəlik liqulyoz adlanır. Xəstəliyə qarşı mübarizə məqsədi olaraq liqulyoz olan balığın yaşadığı gölməçələr qurudulur və dizenfeksiya olunur.
Liqulariya
Liqulariya (lat. Ligularia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Liqulariyanın bəzi növlərinə ədəbiyyatda Senecio adı ilə rast gəlmək olar. Azərbaycanda bir növü- Sibir liqulariyası (L. sibirica) Böyük Qafqazın subalp zonasında yabanı halda bitir. Gülçülükdə çox vaxt aşağıdakı növlərdən istifadə olunur: Dişli liqulariya (L.dentata)- hündürlüyü 150 sm-ə çatır. Ürəkşəkilli, yasəmən rəngli yarpaqları olur. Sarı çiçəkləri səbət və ya çətirşəkilli çiçək qruplarına toplanmış çoxillik bitkidir. Prjevalski liqulariyası - uzun, düz çiçək saplağında yerləşən xırda hamaşçiçəkləri ilə əvvəlki növdən fərqlənir. Liqulariyanı kolun bölünməsi ilə çoxaltmaq asandır. Liqulyariya tək əkinlərdə yaxşı görünür.
Liquriya
Liquriya — İtaliyanın 1948-cil il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Genuya şəhəridir. == Əhalisi == 1.614.924 milyon nəfərdir. == Sahəsi == 5.420 km²-dir.
Liquriya Respublikası
Liquriya Respublikası (it. Repubblica Ligure, liq. Repùbrica Lìgure) — İtaliyanın Liquriya regionunda mövcud olmuş kukla dövlət. 1797-ci ildə Genuya Respublikası Napoleon tərəfindən işğal edildikdə, bu dövləti ləğv etdi və yerində Liquriya Respublikasını yaratdı. 1805-ci ildə Napoleon bu dövləti ləğv etdi və Fransa İmperiyasına bağladı. 1814-cü ildə Napoleon müharibələrdə qəti şəkildə məğlub olduqda, bu dövlət yenidən quruldu, lakin 1815-ci ildə Vyana konqresində Sardiniya Krallığına verildi və ilhaq edildi.
Liquriya bayrağı
Liquriya bayrağı (liq. Bandêa da Ligûria) – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib. == Simvolizm == Hər bir rəngin öz mənası var: Yaşıl rəng Liquriya Alplarını və Apennini simvolizə edir. Qırmızı rəng İtaliyanın birləşdirilməsi üçün tökülən qanları simvolizə edir. Göy rəng Liquriya dənizini simvolizə edir.Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya Respublikasının və Genuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiya və Savona.
Liquriya dili
Liquriya dili (lìgure) – keçmiş Genuya Respublikasının ərazisində, Şimali İtaliyanın Liquriya regionunda, Fransanın Aralıq dənizi sahillərində, Monakada, Korsikada yerləşən Bonifaço qəsəbəsində və Sardiniyanın bəzi bölgələrində danışılan qallo-italyan dil. Qallo-italyan dili olsa da, mərkəzi və cənubi İtaliyanın italo-romans qrupuna aid xüsusiyyətlərə malikdir. Liquriyanın paytaxtı Genuyada danışılan Genuya dili bu dilin ləhcəsi hesab olunur. Ənənəvi olaraq "İtalyan ləhcələrinə" aid edilir. Bu dilin 500 mindən artıq daşıyıcısı var. Liquriya dilində ədəbiyyatın tarixi XIII əsrə qədər uzanır. Luçetto, Martin Piacco və Ciakomo Kavalli kimi şəxslər liquriyaca ədəbiyyatın mənsubları olmuşdurlar. == Status == Liquriya dilinin İtaliyada heç bir statusu yoxdur və qanunla qorunmur. İtaliyadakı digər dillər və dialektlər kimi Liquriya dilinin danışanlarının sayı getdikcə azalmaqdadır. 2012-ci ilin statistikasına görə əhalinin ancaq 9%-i dostlar və ailələrlə bu dildə danışır.
Liquriya dənizi
Liquriya dənizi - Adını sahillərində yaşayan Liqur qəbiləsinin adından götürmüşdür. Aralıq dənizinin bir hissəsi olaraq Korsika, Elba adaları və Qunuez körfəzi ilə əhatələnir. Sahillərində Fransa, Monako və İtaliya kimi ölkələr yerləşir. Sahəsi 15,000 km², orta dərinliyi 1200 metr təşkil edir. Ən dərin yeri 2546 metrdir. Suyunun temperaturu qış ayları 13 s, yayda isə 23,5 s, duzluğu 38 ‰ təşkil edir. Sahilləri hündür və qalalıdır, bəzi yerlərdə isə qumlu çimərliklərə rast gəlinir. Sahilində ən böyük kurort-turizin mərkəzi Riveradır. Əsas limanlar Genuya, Savona (İtaliya), Spesiya, Nissa (Fransa).
Liquriyaca Vikipediya
Liquriyaca Vikipediya (liq. Wikipedia in lìgure) — Vikipediyanın Liquriya dilində olan bölməsidir. Liquriyaca Vikipediya 2008-ci ildə yaradılıb.
Liqustikum
Liqustikum (lat. Ligusticum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Uolliç liqustikumu
Uolliç liqustikumu (lat. Ligusticum wallichii) — liqustikum cinsinə aid bitki növü.
Liquidambar
Likvidambar (lat. Liquidambar) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin altingiyakimilər fəsiləsinə aid bitki cinsi.
Liquidambar styraciflua
Qatranlı likvidambar (lat. Liquidambar styraciflua) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin altingiyakimilər fəsiləsinin likvidambar cinsinə aid bitki növü. == Təbii yayılması == Nyu-York ştatının cənub hissəsi, cənubda Floridanın mərkəzi hissəsi, Meksika körfəzinin şimal sahilinə və Şərqi Texasa qədər yayılmışdır. == Botaniki təsviri == Qatranlı likvidambar hündürlüyü 20-35 m, gövdəsinin diametri 2 m-dək olan piramidal çətirli ağacdır.Qabığı boz-qonur, yarıqlıdır. Budaqları parlaq yaşıldan sarı-qonuradək müxtəlif çalarlıdır. Uc tumurcuğu iri, yaşıl və ya narıncı qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları əlvari-qanadlı, uzunluğu 7-25 sm, enli, kənarları xırda dişli, uzunluğu 6-10 sm olan saplaqda yerləşir. Yarpaqları 5-7 qanadlı, növbəlidir. Çiçəkləri birevli, xırda, az, qırmızı çalarlıdır. Dişi çiçəkləri saplaqda oturur və şarşəkilli başcıqla örtülmüşdür.

"liqu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#liqu nədir? #liqu sözünün mənası #liqu nə deməkdir? #liqu sözünün izahı #liqu sözünün yazılışı #liqu necə yazılır? #liqu sözünün düzgün yazılışı #liqu leksik mənası #liqu sözünün sinonimi #liqu sözünün yaxın mənalı sözlər #liqu sözünün əks mənası #liqu sözünün etimologiyası #liqu sözünün orfoqrafiyası #liqu rusca #liqu inglisça #liqu fransızca #liqu sözünün istifadəsi #sözlük