Lisi sözü azərbaycan dilində

Lisi

Yazılış

  • Lisi • 60.0000%
  • lisi • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lisi gölü
Lisi gölü (gürc. ლისის ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin şimal-qərbində yerləşən göl. Dəniz səviyyəsindən 624 metr yüksəklikdə yerləşir. Sahəsi 0,47 km²-dir. Dərinliyi 4 metrdir. Suyun həcmi 1,22 mln km³-dir. Göl əsasən yağış, qar və yeraltı sulardan qidalanır. Ən yüksək səviyyəyə yaz aylarında, ən alçaq səviyyəyə isə payız aylarında çatır. Yayda suyun istiliyi maksimum 28 °C olur. Qışda göl bəzən donur.
Lisinanın binası (Taqanroq)
Lisinanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Nikolay Dmitriyeviç Alferakinin vəsaiti hesabına inşa edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir. == Tarixi == Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-cı illərində Nikolay Dmitriyeviç Alferakinin ailəsinə malik olmuşdur. 1873-cü ildə binanı diş həkimi Qriqoriya Valtera satın almışdır.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir.Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q. u.
Lisiçansk
Lisiçansk (ukr. Лисича́нськ) — Ukraynanın Luqansk vilayətinin şimal-qərbində şəhər, regionun ən böyük şəhərlərindən biri. Severodonetsk rayonunun bir hissəsidir (2020-ci il inzibati islahatından əvvəl regional əhəmiyyətli şəhər idi) və eyni adlı icmanın (icma) mərkəzidir. Severski Donets çayının sağ sahilində yerləşir; Severski Donetsin digər (sol) sahilində yerləşən Severodonetsk şəhəri, həmçinin Kremennaya, Rubijnoye və digər yaşayış məntəqələri ilə birlikdə Lisiçansko-Severodonetsk aqlomerasiyasını təşkil edir. Lisiçansk, Kupyansk -Uzlovaya - Popasnaya xəttində dəmir yolu stansiyası olan böyük sənaye mərkəzidir. Donbassın ən qədim şəhərlərindən biri hesab olunur (təməl qoyulduğu il 1710-cu il hesab olunur); onun tarixi 1796-cı ildə kəşf edilmiş kömür mədənində və Donbassda ilk mədəndə məskunlaşma ilə ayrılmaz şəkildə bağlıdır . 1925-ci ildə fəhlə qəsəbəsi, 1938-ci ildə şəhər statusu alıb, indiki sərhədləri daxilində 1960 -cı illərdə (Verxnee və Proletarsk şəhərlərinin ilhaqından sonra), 1991-ci ildən müstəqil Ukraynanın tərkibində formalaşıb. Vətəndaş müharibəsi və Böyük Vətən Müharibəsi illərində (1942-1943-cü illərdə), eləcə də 2014-cü ildə silahlı münaqişə zonasında (o cümlədən bir neçə ay Luqansk Xalq Respublikasının nəzarəti altında) döyüş bölgəsində və alman işğalı altında olub. 2022-ci ildəki hərbi əməliyyatlar bölgəsinə biləvasitə yaxındır. == Coğrafiyası == === Coğrafi mövqe === Lisiçansk Luqansk vilayətinin şimal-qərb hissəsində (Luqanskdan 75 kilometr şimal-qərbdə düz bir xəttdə və 80 kilometr yolda) Severski Donetsinin sağ sahilində yerləşir.
Lusi Lisini Lukull
Lusi Lisini Lukull (e.ə. təqr. 117-təqr. 56) Qədim Roma sərkərdəsi və siyasi xadimi. Edil (e.ə. 79), pretor (e.ə. 77), konsul (e.ə. 74) seçilmişdi. Mitridat VI Yevpatora qarşı 3-cü müharibədə (e.ə. 74-66) Roma qoşunlarına komandanlıq etmişdi.
Mark Lisini Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Publi Avreli Lisini Valeri Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2009 •••••••• 0.16
2012 •••• 0.09
2016 •••••••••••••••• 0.35
2020 •••••• 0.13

Oxşar sözlər

#lisi nədir? #lisi sözünün mənası #lisi nə deməkdir? #lisi sözünün izahı #lisi sözünün yazılışı #lisi necə yazılır? #lisi sözünün düzgün yazılışı #lisi leksik mənası #lisi sözünün sinonimi #lisi sözünün yaxın mənalı sözlər #lisi sözünün əks mənası #lisi sözünün etimologiyası #lisi sözünün orfoqrafiyası #lisi rusca #lisi inglisça #lisi fransızca #lisi sözünün istifadəsi #sözlük