Litke sözü azərbaycan dilində

Litke

Yazılış

  • Litke • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Litke adaları
Litke adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Nordenşeld arxipelaqına daxil olan beş əsas qrupdan birini təşkil edir. Ruskiy adasından cənubda yerləşir. Qrupa 10 iri və bir necə kiçik adalardan ibarətdir. Adalar 33 km məsafədə uzanır. Cənubunda yerləşən Paxtusov adalarından Lenin boğazı ilə ayrılır. 3,5 km şərqdə isə Şərq adaları qərarlaşır. Adalar 1901-ci ildə Fyodr Litkenin şərəfinə adlandırılmışdır. == Tərkibi (qərbdən şərqə) == Torosnıy adası — 42 metr hündürlüyə sahib qayadan ibarət olan iri ada.
Litke adası
Litke adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın cənub-şərqində, Salm adasından 3.5 km cənub-şərqdə yerləşir. Salm adasındam Fram boğazı ilə ayrılır. Ada dairəvi formaya malikdir. Diametri 3 km, sahəsi isə 14 km²-dir. Ərazisinin böyük hissəsini 85 m hündürlüyə malik buzlaq tutur. Şimal-qərbində buzdan azad kiçik bir ərazi vardır. Ada rus dənizçisi, qütb araşdırmaçısı, coğrafiyaçısı Fyodor Litkenin şərəfinə adlandırılmışdır.
Litke boğazı
Litke boğazı (rus. Пролив Литке) - Avrasiya materikini Karaqin adasından ayırır. Boğaz Berinq dənizində yerləşir. Uzunluğu 120 km, ən dar yerdə eni 26 km təşkil edir. Boğaz rus dəniz səyyahı Fedora Petroviç Litkenin şərəfinə adlandırılmışdır. Boğazın sahilində Ossara qəsəbəsi yerləşir. Bölgə Kamçatka diyarına aid ərazidə yerləşir.
Litke burnu
Litke burnu (çuk. Кэйикэй, esk. Кайкак) — Çukot yarımadası, Puatın buxtası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukotski rayonu ərazisinə daxildir. Burun ilk dəfə 1828-ci ildə dövrü dünya səyahətinə çıxmış «Sevyanin» gəmisində kəşf edilmişdir. Komandanın bir ildən sonra geri qayıtması ilə ekspedisiyanın rəhbəri olan Fyodor Litkenin şərəfinə adlandırılmışdır. Çukotkaça çuk. Кэйкэй adı isə tərcümədə — «piydən qırışlar» mənasını verir. Burunun qayalarında 5 min quş yuva qurur: berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi və s.

Oxşar sözlər

#litke nədir? #litke sözünün mənası #litke nə deməkdir? #litke sözünün izahı #litke sözünün yazılışı #litke necə yazılır? #litke sözünün düzgün yazılışı #litke leksik mənası #litke sözünün sinonimi #litke sözünün yaxın mənalı sözlər #litke sözünün əks mənası #litke sözünün etimologiyası #litke sözünün orfoqrafiyası #litke rusca #litke inglisça #litke fransızca #litke sözünün istifadəsi #sözlük