litologiya sözü azərbaycan dilində

litologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • litologiya • 90.9091%
  • Litologiya • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır. Litologiya çöküntülərin, çökmə süxurların mənşəyi, tərkibi, quruluşu və yer kürəsində paylanmasının əsas qanunauyğunluqlarını tədqiq edir. Müasir litologiya stratiqrafiya, tektonika, paleocoğrafiya, geokimya, paleontologiya, iqlimşünaslıq, biologiya, riyaziyyat və s. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. Litologiyanın başlıca metodu petroqrafik, mineraloji, kimyəvi, fasial və formasiya analizi, habelə müqayisəli-litoloji metoddur.
Azərbaycanın Stratiqrafiyası və litologiyası
Stratiqrafiya - tarixi geolo­giyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Azərbaycan Respublikası ərazisində yayılmış süxur və çöküntü komplekslərinin stratiqrafiya və litologiyası özünün xeyli mürəkkəbliyi ilə səciyyələnir. == Süxurlar == Burada ən qədim süxurlar Naxçıvan MR-də, Kiçik Qafqazda Əsrik çayının yuxarı axınında məhdud şəkildə Yer səthinə çıxan və üst proterozoyun Vend sisteminə aid edilən metamorfik şistlərlə təmsil olunmuşdur. Paleozoy çöküntüləri Naxçıvan MR ərazisində buruq quyularında aşkar edilmişdir. Bunlar alt paleozoyun qrafitləşmiş əhəngdaşıları, argillitlər və kvarslaşmış qumdaşıları (1414 m), üst paleozoyun, əsasən, əhəngdaşıları, qismən də şistlər və qumdaşıları (3300 m) qatlarından ibarətdir. Mezozoyun trias çöküntüləri də Naxçıvan MR ərazisində yer səthinə çıxır (təqr. 1000 m) və karbonat fasiyalıdır. Alt yura çöküntüləri Böyük Qafqazda və Naxçıvan MR-də terrigen fasiyalıdır. Orta yura Böyük Qafqazda, əsasən, gilli şistlərdən, Kiçik Qafqazda aşağı hissədə terrigen çöküntülərdən (120 m), yuxarı hissədə isə diabaz tərkibli vulkanitlərdən, lavalardan və kvarslı plagioporfiritlərdən (2000–3000 m) ibarətdir. Üst yura Baş Qafqaz silsiləsinin şimal yamacında qırıntılı və rif əhəngdaşılarından (300 m), cənub yamacında flişəbənzər silisiumlu gilli şistlərdən (500 m), Kiçik Qafqazda və Kür çökəkliyində rif əhəngdaşıları və vulkanogen-çökmə süxurlardan (500-1500 m) ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2007 ••••••• 0.21
2008 •••••••• 0.24
2011 ••• 0.09

litologiya sözünün leksik mənası və izahı

litologiya sözünün etimologiyası

litologiya sözünün rus dilinə tərcüməsi

litologiya sözünün inglis dilinə tərcüməsi

litologiya sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#litologiya nədir? #litologiya sözünün mənası #litologiya nə deməkdir? #litologiya sözünün izahı #litologiya sözünün yazılışı #litologiya necə yazılır? #litologiya sözünün düzgün yazılışı #litologiya leksik mənası #litologiya sözünün sinonimi #litologiya sözünün yaxın mənalı sözlər #litologiya sözünün əks mənası #litologiya sözünün etimologiyası #litologiya sözünün orfoqrafiyası #litologiya rusca #litologiya inglisça #litologiya fransızca #litologiya sözünün istifadəsi #sözlük