Litvada sözü azərbaycan dilində

Litvada

Yazılış

  • Litvada • 99.8725%
  • litvada • 0.1275%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Litvada basketbol
Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir. Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar. Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.
Litvada holokost
Litva holokostu - Nasistlər tərəfindən işğal edilən litvada, litva yəhudilərinin (Litvaks)[a] bütövlükdə məhv edilməsi və Nasistlər tərəfindən idarə edilən Litva Sovet Sosialist Respublikasında yerləşən Reyxskomissariat Ostalnd ərazisində yerləşdirilməsidir. Ümumilikdə 208,000-210,000 yəhudinin təxminən 190,000–195,000 nəfəri İkinci dünya müharibəsinin bitməsindən öncə qətlə yetirilmişdir ki, bunlarında böyük bir qismi 1941-ci ilin iyun-dekabr ayları arasında baş vermişdir. Litvada yaşayan 95%-dan artıq yəhudilər 3 illik alman işğalı nəticəsində qırğına düçar olmuşdur. Tarixçilər bunu qeyri-yəhudi olan yerli hərbiçilərin birgə əməkdaşlığı ilə nəticələnmiş soyqırımın rəmzi kimi təyin edirlər baxmayaraq ki, bu əməkdaşlığın səbəbləri bu günə kimi mübahisələr doğurur. Holokost, Litvanın bu qısa tarixində görünməmiş ən böyük insan itkisi ilə nəticələndi.
Litvada avtomobil yolları
Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir. == Tarix == Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir.
Litvada İyun üsyanı
İyun üsyanı (litvaca: Birželio sukilimas) — Litvada ilk Sovet işğalı ilə 1941-ci ilin iyunun sonlarında baş vermiş nasist işğalı arasında baş vermiş üsyan nəzərdə tutulur. Üsyandan təxminən bir il əvvəl, 15 iyun 1940-cı ildə Qızıl Ordu Litvanı ələ keçirdi və litvalılar arasında sevilməyən Litva Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Yeni rejim özünə qarşı müxalifəti susdurmaq üçün siyasi repressiyalardan və terrordan istifadə edirdi. 22 iyun 1941-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücum etdiyi zaman Litva cəmiyyətinin fərqli təbəqələrindən olan şəxslər bolşevik hakimiyyətinə qarşı üsyana qalxdılar. Üsyançılar dövlət istiqlaliyyətinin yenidən bərpa edildiyini elan edərək qısamüddətli Müvəqqəti Hökumət yaratdılar. Vermaxtın gəlişinə qədər Litvanın iki ən böyük şəhəri olan Kaunas və Vilnüs üsyançıların əlinə keçdi. Bir həftə ərzində alman ordusu bütün Litvaya nəzarət etməyə başladı və buralardan bolşevik ordusunu qovdu. Litvalılar almanları qəddar Sovet hakimiyyətinfən onları xilas edən ordu kimi qarşıladılar. Litvalılar ümid edirdilər ki, almanlar onların müstəqilliyinə toxunmayacaq və ya Slovak Respublikasında olduğu kimi müəyyən muxtariyyət tanıyacaqlar. Reallıqda isə nasistlərdən heç bir dəstək gəlmədi və onlar yavaş-yavaş litvalıların administrasiyasını özünkü ilə dəyişdirdilər.
Litvada insan hüquqları
Litvada insan hüquqları və yaxud Litvada insan haqları (lit. Žmogaus teisės Lietuvoje) — Litva konstitusiyanın II-IV fəsillərində təsbit edilib. Ölkədə əsas vətəndaş hüquqlarını qorumaq üçün Konstitusiya Məhkəməsi və Ombudsman institutu var. Ölkə BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqının üzvüdür. Litvada insan haqları çox yaxşı vəziyyətdədir. Litva ölkəni "azad" kimi təsnif edən "Freedom House"un 2019-cu il hesabatında 100 baldan 91 bal toplayıb. Ölkə mülki və siyasi hüquqlar üzrə yüksək reytinqə malikdir. Xüsusilə, Litva 180 ölkə arasında 30-cu yerdədir ki, bu da mətbuat azadlığı üzrə dünyanın orta səviyyəsindən xeyli yüksəkdir və sərbəst toplaşmaq azadlığı və qeyri-hökumət təşkilatları üzrə tam xal əldə edir. Bununla belə, uşaqların rifahı, məişət zorakılığı, azlıqlara, o cümlədən qaraçılara, yəhudilər və LGBT üzvlərinə qarşı ayrı-seçkilik, eləcə də məhbuslarla pis rəftarla bağlı narahatlıqlar var. Litva Konstitusiyası insan hüquqlarının qorunmasına zəmanət verir.
Litvada vətəndaş müharibəsi (1389–1392)
1389–1392-ci illər Litvada vətəndaş müharibəsi — əmi oğlanları – Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo ilə hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibə. Onların ilk qarşıdurması barışıq ilə nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi. Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar. Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu. == Arxa fon == Vitovt və Yaqaylo arasındakı qarşıdurmanın tarixi 1377-ci ilə dayanır. Otuz ildən çox kiçik qardaşı Keystut ilə birlikdə Litvanı idarə edən Böyük hersoq Olgerdin ölümündən sonra, Keystut və oğlu Vitovt və Yaqaylonu Litvanın Böyük hersoqları kimi tanısalar da, Yaqaylo hakimiyyəti heç kimlə bölüşmək fikrində deyildi.
Litvadakı qalaların siyahısı
Litvadakı qalaların siyahısı — Litvanın ilk qalalarının əksəriyyəti taxta idi. Qalalar 13-cü əsrdən etibarən daş və kərpicdən tikilmişdir.

"litvada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#litvada nədir? #litvada sözünün mənası #litvada nə deməkdir? #litvada sözünün izahı #litvada sözünün yazılışı #litvada necə yazılır? #litvada sözünün düzgün yazılışı #litvada leksik mənası #litvada sözünün sinonimi #litvada sözünün yaxın mənalı sözlər #litvada sözünün əks mənası #litvada sözünün etimologiyası #litvada sözünün orfoqrafiyası #litvada rusca #litvada inglisça #litvada fransızca #litvada sözünün istifadəsi #sözlük