Lora sözü azərbaycan dilində

Lora

Yazılış

  • Lora • 86.0465%
  • LORA • 13.2890%
  • lora • 0.6645%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir.2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi körpünün partladılmasında LORA-dan istifadə edilmişdir.
Lora Breniqan
Lora Breniqan (alm. Laura Branigan‎; 3 iyul 1952[…] – 26 avqust 2004[…], Şərqi Kuoq[d]) — ABŞ solo ifaçısı. == Həyatı == Lora Breniqan 3 iyul 1952-ci ildə ABŞ-nin Nyu-york ştatının Brüster şəhərində doğulmuşdur. İlk dəfə solo karyerasına 1970-ci illərdən başlamışdır. 1980-ci illərin əvvəldən başlayaraq müxtəlif filmlərə çəkilir. Bununla bərabər Lora 1982-ci ildə orijinal "Qloria" mahnısının remeykini ifa edir və həmin ildə Qremmi mükafatı nominasiyasına layiq görülür. 1984-cü ildə ifa etdiyi Self Control mahnısı ABŞ və Avropa ölkələrinin hit-paradlarında ən populyar mahnılardan birinə çevrilir. 1990-cı illərdə Lora filmlərdə az çəkilirdi. Lora Breniqan 26 avqust 2004-cü il tarixində beyin anevrizmi xəstəliyi ağırlaşması səbəbindən dünyasını dəyişir.
Lora Buş
Lora Buş (ing. Laura Lane Welch Bush; 4 noyabr 1946[…], Midlend[d], Texas) — ABŞ-nin 45-ci Prezidenti Corc Buşun həyat yoldaşıdır. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 uşaqları vardır. 2001–2009-cu illərdə ABŞ-nin birinci ledisi olmuşdur. == Həyatı == Lora Buş 1946-cı ildə Texas ştatının Midlend şəhərində anadan olmuşdur. Ali təhsilini Dallas şəhərində almışdır. Buranı bitirdikdən sonra Texas Universitetinə daxil olmuşdur. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 əkiz qız övladı (Barbara və Cenni) olur.
Lora Kuenssberq
Lora Kuenssberq — (1976 ) İngilis jurnalistdir. 2015-ci ilin iyul ayında BBC-nin siyasət redaktoru vəzifəsinə təyin olunmuş ilk qadın == Uşaqlığı və təhsili == İsveç biznesmen Nick Kuenssberq və həyat yoldaşı Sally Kuenssberqin qızıdır. Kuenssberq İtalyada dünyaya öz gözlərini açdı,hansı kin atası bu vaxt Coats Viyellayla işləyirdi. Qardaşı və bacısı ilə bilirkdə Qlazqoda böyüdü və özəl qız məktəbi olan Laourel Park məktəbində oxudu.Lora Edinburq universitetində tarix fakultəsində, ardından Vaşınqton da Geordetoun universitetində NBC nyus siyasət proqramnda fəaliyyət gösərdiyi jurnalistika kursunda oxudu.Qardaşı Denid Briqton və Hov Kent məclisində iqtisadi və mənbə idarə edicisi olaraq çalışır.Bacısı Yoanna diplomatdır və 2014-cü ildən İngilis yüksək komissarı olaraq Mozambikdə çalışır. == Karyerası == İngiltərəyə qayıtdıqdan sonra 200-ci ilin Mart ayında BBC Şimal-Şərq və Kumbria yola düşmədən əvvəl,yerli radio və ardından da Qlzaqo kabel televiziyasında xidmət etdi. Kuenssberq müxbir olaraq etdiyi alışmalara görə Kral Televiziya quruluşu tərəfindən mükafata laiq görüldü və bölümlər yaratdığı sosial işlər editoru Niall Dikson BBC nyus baş siyasi müxbiri olaraq vəzfiləndirildi.Kuenssberq BBC One blütenləri Günlüs Siyasət xəbərləri hazırladı.2010-cu ilin May ayında David Kamerununun baş nazirliyi vaxtında koalisiya hökümıtinin quruluşunda müxbirlik etdi ki,bu da jurnalist David Abramoviçin "Kuenssberqovision" termini ortaya qoydu..2011-ci ilin Sentyabr ayında Kuessnberq İTV nyus üçün yeni editorluq vəzifəsini öz üzərinə götürdü.İTV gündən hadisələri dizisin"Tonight"da iş məluimatlarında töhfədə göstərdi.12 Noyabr 2013-cü il də İTV-nin baş müxbir və Nysusnighın aparıcısı olaraq Gavin Eslerin yerinə qayıtması üçün geriya qayıdacağını açıqladı.2014-cü ilin fevralında Nyusight heyətinə qatıldı.
Lora Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də oynamaqda olan Disney Channel serialı Ostin və Elli. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Self Control (Lora Breniqan mahnısı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. == Komplizasiyaların siyahısı == 7" single"Self Control" — 4:08 "Silent Partners" — 3:5812" maxi"Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 == Hit parad mövqeyi == == Maraqlı faktlar == Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Adrien Anri Loran de Jüsse
Adrien Henri Laurent de Jussieu (fr. Adrien Henri Laurent de Jussieu, 23 dekabr 1797, Paris, Fransa, — 29 iyun 1853, Paris, Fransa) — fransız botaniki. == Əsərləri == De euphorbiacearum generibus medicisque earumdem viribus tentamen (Paris, 1824, 18 cədvəllə, şəkilli, (fr.)), ən geniş yayılmış əsəridir.
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir. Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evlidir və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır.
Antuan Loran Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Loran de Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Loraks (animasiya, 2012)
Loraks (ing. Dr. Seuss’ The Lorax) — 2012-ci ildə ekrana buraxılmış ABŞ cizgi filmi. == Süjeti == Xəyallarında olan qızın ürəyini fəth etmək üçün, 12 yaşda oğlanın, xəyalları gerçəkləşdirənə müraciət etməsinin əhvalatı. Cizgi filmi, yazıçı və rəssam-illüstrator Həkim Suss (Teodor Heyzel) tərəfindən, uşaqlar üçün yazdığı kitab əsasında yaradılıb. Kitabda canlı təbiətin acınacaqlı vəziyyəti və insanların bu problemə münasibəti göstərilib.
Loraks (film, 2012)
Loraks (ing. Dr. Seuss’ The Lorax) — 2012-ci ildə ekrana buraxılmış ABŞ cizgi filmi. == Süjeti == Xəyallarında olan qızın ürəyini fəth etmək üçün, 12 yaşda oğlanın, xəyalları gerçəkləşdirənə müraciət etməsinin əhvalatı. Cizgi filmi, yazıçı və rəssam-illüstrator Həkim Suss (Teodor Heyzel) tərəfindən, uşaqlar üçün yazdığı kitab əsasında yaradılıb. Kitabda canlı təbiətin acınacaqlı vəziyyəti və insanların bu problemə münasibəti göstərilib.
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Loralay rayonu
Loralay rayonu — Bəlucistan əyalətinin şimalında rayon.Loralay şəhərinin inzibati-mərkəzi
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin XVI dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Lorand Etvöş Universiteti
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Lorandersonia
Lorandersonia (lat. Lorandersonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Loranthaceae
Bağamburckimilər (lat. Loranthaceae) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Dendrophthoaceae Tiegh. (1898) Elytranthaceae Tiegh. (1896) Gaiadendraceae Tiegh. ex Nakai (1952) Nuytsiaceae Tiegh. (1896) Psittacanthaceae Nakai (1952) Treubellaceae Tiegh. (1898), nom. illeg.
Loranthus
Boğambürc (lat. Loranthus) - bağamburckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Boğambürc:The Plant List saytında takson barədə məlumat.
Loranthus europaeus
Avropa boğambürcü (lat. Loranthus europaeus) - boğambürc cinsinə aid bitki növü.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Sen-Loran-dü-Pon
Sen-Loran-dyu-Pon (fr. Saint-Laurent-du-Pont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38412 . Kommunanın 1999-cu il üçün əhalisi 4300 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 379 ilə 1735 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 23 km şimalda yerləşir.
Sen-Loran-dü-Verdon
Sen-Loran-dü-Verdon (fr. Saint-Laurent-du-Verdon, oks. Sant Laurenç de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04186. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 93 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sen-Loran-syur-Son
Sen-Loran-sür-Son (fr. Saint-Laurent-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.17 dəfə / 1 mln.
2003 •••• 1.18
2004 •••••••••• 3.03
2005 ••• 0.67
2006 •••••••••••••••••••• 6.08
2007 ••• 0.85
2008 •••••••••••••• 4.14
2009 •••• 1.12
2010 •• 0.45
2011 ••• 0.77
2012 •••• 1.20
2013 0.29
2014 ••••••• 1.89
2015 0.17
2016 •• 0.52
2018 •••• 1.05
2019 •• 0.42
2020 •••• 1.19

"lora" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lora nədir? #lora sözünün mənası #lora nə deməkdir? #lora sözünün izahı #lora sözünün yazılışı #lora necə yazılır? #lora sözünün düzgün yazılışı #lora leksik mənası #lora sözünün sinonimi #lora sözünün yaxın mənalı sözlər #lora sözünün əks mənası #lora sözünün etimologiyası #lora sözünün orfoqrafiyası #lora rusca #lora inglisça #lora fransızca #lora sözünün istifadəsi #sözlük