losman sözü azərbaycan dilində

losman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • losman • 66.6667%
  • Losman • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21

losman sözünün leksik mənası və izahı

  • 1 [holl. loodsman] dəniz. Yerli üzüş şəraitini, yerli su yollarını yaxşı bilən və gəmiləri həmin yerlərdən keçirməyi yaxşı bacaran gəmi işçisi. Çay losmanı. Liman losmanı. – Məsləhətdir ki, bu şairliyini tərk edəsən; Tazə muzdur olasan kəştiyə, losmana, Yusif! S.Ə.Şirvani. Dəniz durğun, hava saf olduğu zaman qoca losmanlar keçərkən [qalanı] görür. A.Şaiq. Sevinclə işə gəlir losmanlar – Süveyş əhli. O.Sarıvəlli.

    Azərbaycan dilinin izahlı lüğəti / losman

losman sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. морск. лоцман (специалист по проводке судов, хорошо знающий местные условия плавания). Dəniz losmanı морской лоцман, çay losmanı речной лоцман, liman losmanı портовый лоцман II прил. лоцманский. Losman vəzifəsi лоцманская должность, losman siqnalları лоцманские сигналы

    Azərbaycanca-rusca lüğət / losman

losman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [holl. loodsman] гьуьл. лоцман (гьуьлуьн, вацӀун ва мс. цин рекьер хъсан чидай, гимияр гьахьтин чкайрай гьализ алакьдай гимидин къуллугъчи); çay losmanı вацӀун лоцман.

    Azərbaycanca-ləzgicə lüğəti / losman

"losman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#losman nədir? #losman sözünün mənası #losman nə deməkdir? #losman sözünün izahı #losman sözünün yazılışı #losman necə yazılır? #losman sözünün düzgün yazılışı #losman leksik mənası #losman sözünün sinonimi #losman sözünün yaxın mənalı sözlər #losman sözünün əks mənası #losman sözünün etimologiyası #losman sözünün orfoqrafiyası #losman rusca #losman inglisça #losman fransızca #losman sözünün istifadəsi #sözlük