lovğa sözü azərbaycan dilində

lovğa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lovğa • 87.5000%
  • Lovğa • 9.6591%
  • LOVĞA • 2.8409%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lovğa Fil Balası (1987)
== Məzmun == Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir. == Film haqqında == Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən === Filmi səsləndirənlər === Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Lovğa fil balası (film, 1987)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2003 ••••••••••• 0.39
2009 ••••••••• 0.32
2010 •••••••••••••••••••• 0.73
2012 •••••••••• 0.34
2017 ••••••••• 0.33
2020 •••• 0.13

lovğa sözünün leksik mənası və izahı

  • 1 sif. Özü haqqında böyük fikirdə olan, başqalarına xor baxan; təkəbbürlü, təşəxxüslü. Lovğa adam. – [Gülpəri:] Başına dönüm, qəssab Nəbinin övrəti bir lovğa şeydir. Ə.Haqverdiyev. Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza. // Özünü öyən, tərifləyən; gopçu. // İs. mənasında. Lovğanın biridir.

    Azərbaycan dilinin izahlı lüğəti / lovğa

lovğa sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 təkəbbürlü — iddialı — təşəxxüslü — ədəbaz

    Azərbaycan dilinin sinonimlər lüğəti / lovğa
  • 2 LOVĞA (özünü öyən, özü haqqında yüksək fikirdə olan) Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni (R.Rza); DƏBBƏ (dan.) Bu bir belə qoyunquzu haradandır, – deyə dəbbə Zeynal Xuruşdan soruşdu (İ.Əfəndiyev); XUDPƏSƏND Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi (Ə.Məmmədxanlı); İDDİALI Naqis olsa belə əqli, kamalı; Onu görərsiniz çox iddialı (S.Rüstəm); KİBRLİ [Qoca həkimin] təbəssümündəki acı və kibrli hal gənc qadını titrətdi (İ.Əfəndiyev); QÜRRƏ Qürrəsindən qurumuşdur, kasad keçir bazan; Qurumsağın sifətindən kin tökülür sapsarı (S.Vurğun); MÜTƏKƏBBİR Firəngiz həmişəki kimi ciddi ve mütəkəbbir idi (H.Seyidbəyli); TƏKƏBBÜRLÜ Məstəlibəy təkəbbürlü bir hərəkətlə üzü aşağı enib, ağ qarı tala-tala qızartmış, başlan kəsik əliklərə baxdı (S.Rəhimov); TƏŞƏXXÜSLÜ Məhz qaragöz şoferin arxayın ve təşəxxüslü cavabı Şahlarda anlaşılmaz bir vicdan rahatlığı doğurmuşdu (İ.Əfəndiyev); YEKƏXANA (dial.) Hajı yekəxana adamdı (ADDL); FORSLU Fərəc bəy də atası kimi forslu. təşəxxüslü, paxıl, dargöz bir adam idi (Ə.Vəliyev); HİKKƏLİ Qasım: Mən fikirləşdim ki, sən çox hikkəlisən, sözündən dönən deyilsən (S.Vəliyev); QAZLI (məc., dan.); QÜRRƏLİ, MƏĞRUR.

    Azərbaycan dilinin sinonimlər lüğəti / lovğa

lovğa sözünün rus dilinə tərcüməsi

  • 1 1. чванный, кичливый, хвастливый, высокомерный, спесивый, надменный; 2. бахвал, хвастун;

    Azərbaycanca-rusca lüğət / lovğa
  • 2 I прил. высокомерный, спесивый, чванный, чванливый, кичливый (подчёркивающий своё превосходство, относящийся к окружающим свысока) II сущ. хвастун, бахвал III нареч. высокомерно, спесиво, чванно, чванливо, кичливо. Özünü lovğa aparmaq вести себя кичливо (высокомерно)

    Azərbaycanca-rusca lüğət / lovğa

lovğa sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. boaster, braggart, show-off II. s. boastful, vainglorious; presumptuous, (self-) conceited, bumptious; ~ kişi / qadın an arrogant / conceited / haughty / lofty man* / woman*; ~ ton in an arrogant tone III. z. boastfully, arrogantly

    Azərbaycanca-ingiliscə lüğət / lovğa

lovğa sözünün fransız dilinə tərcüməsi

lovğa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. лавгъа, вичин гьакъинда чӀехи фикирда авай, масабур кваз такьадай, дамах гвай, гъукь гвай; такабурлу; lovğa adam лавгъа кас; // вич-вичел агъунвай, вичи-вичин тарифдай, туп ядай, тапархъан, кьанцӀархъан.

    Azərbaycanca-ləzgicə lüğəti / lovğa

lovğa sözünün türk dilinə tərcüməsi

"lovğa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lovğa nədir? #lovğa sözünün mənası #lovğa nə deməkdir? #lovğa sözünün izahı #lovğa sözünün yazılışı #lovğa necə yazılır? #lovğa sözünün düzgün yazılışı #lovğa leksik mənası #lovğa sözünün sinonimi #lovğa sözünün yaxın mənalı sözlər #lovğa sözünün əks mənası #lovğa sözünün etimologiyası #lovğa sözünün orfoqrafiyası #lovğa rusca #lovğa inglisça #lovğa fransızca #lovğa sözünün istifadəsi #sözlük