lüksemburqlu sözü azərbaycan dilində

lüksemburqlu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lüksemburqlu • 77.7778%
  • Lüksemburqlu • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lüksemburqlu Jaketta
Lüksemburqlu Jaketta (ing. Jacquetta of Luxembourg; 1415, Vestminster sarayı, Böyük London regionu[d] – 30 may 1472) — Al və ağ qızılgül müharibələrində iştirak edən mühüm şəxslərdən biri. İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutan qısa evliliyi səbəbilə, müharibədə Lankaster ailəsinin tərəfini tutdu. Buna baxmayaraq, Lankasterlərin Touton döyüşündə məğlub olmasının ardından, Jaketta və ikinci əri Sör Riçard Vudvil York ailəsini dəstəkləməyə başladılar. Belə ki, bu dəstək York ailəsindən taxta çıxan IV Eduardla böyük qızı Elizabetin evlənməsi və qızının İngiltərə kraliçası olması ilə nəticələndi. İkinci evlliliyindən 14 övladı dünyaya gələn Jaketta, bir ara cadugərliklə təqsirləndirildi və çox keçmədən günahsızlığı sübut olundu. == Həyatı == Jaketta Sent-Pol, Konversano və Briyen qrafı olan Lüksemburqlu I Pyotrun böyük qızı idi. Uşaqlıq illəri barədə yetərli məlumat yoxdur. 22 aprel 1433-cü ildə hələ 17 yaşında ikən şimali Fransanın Teruan kommunasında baş tutan mərasimdə Bedford hersoqu Lankasterli Conla evləndirildi. O əsnada 44 yaşında olan Lankasterli Con İngiltərə kralı IV Henrinin oğlu, o əsnada taxtda oturan VI Henrinin isə əmisi idi.
Lüksemburqlu Mariya (Fransa kraliçası)
Lüksemburqlu Mariya (fr. Marie de Luxembourg; 1305 – 26 mart 1324, İsudön) — Fransa kralı IV Çarlzın ikinci xanımı, Fransa və Navarra kraliçası. Atası Müqəddəs Roma imperatoru VII Henri, anası isə Brabantlı Marqaritadır. 1308-ci ildə Bavariya hersoqu I Rudolfun oğlu Lüdoviklə nişanlansa da, 1311-ci ildə varisin vəfatı səbəbilə bu nişan pozuldu. 21 sentyabr 1322-ci ildə Fransa kralı IV Çarlzla evləndirildi. Cütlüyün bu evlilikdən 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər. 15 may 1323-cü ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. 1324-cü ilin martında cütlük papanı ziyarət etmək məqsədilə Avinyona səyahət etdilər. Bu səyahət əsnasında hamilə olan Mariya, atdan yıxıldı və övladını itirdi. Ardından xəstələnən Mariya qısa zaman sonra 26 mart 1324-cü ildə vəfat etdi.

"lüksemburqlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lüksemburqlu nədir? #lüksemburqlu sözünün mənası #lüksemburqlu nə deməkdir? #lüksemburqlu sözünün izahı #lüksemburqlu sözünün yazılışı #lüksemburqlu necə yazılır? #lüksemburqlu sözünün düzgün yazılışı #lüksemburqlu leksik mənası #lüksemburqlu sözünün sinonimi #lüksemburqlu sözünün yaxın mənalı sözlər #lüksemburqlu sözünün əks mənası #lüksemburqlu sözünün etimologiyası #lüksemburqlu sözünün orfoqrafiyası #lüksemburqlu rusca #lüksemburqlu inglisça #lüksemburqlu fransızca #lüksemburqlu sözünün istifadəsi #sözlük