Lütviyyə Əsgərzadə
Əsgərzadə Lütviyyə (17 fevral 1960, Naxçıvan) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (2018), dosent (2012), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər Birliyi (2002) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005).
== Həyatı ==
Lütviyyə Süleyman qızı Əsgərzadə 17 fevral 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub Naxçıvan şəhər Eynəli bəy Sultanov adına 7No-li orta məktəbini müvəffəqiyyətlə bitirib. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra(1985) Naxçıvan şəhər 5 No-li kitabxanasında zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışıb. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər "Xanım qızlar" pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1999-cu ildə Naxçıvan şəhər Heydər Əliyev muzeyinə ekskursovood, 2000-ci ildə muzeyə direktor təyin edilib. 2006-cı ilədək Heydər Əliyev muzeyinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının II qurultayına (2001) və Azərbaycan qadınlarının II qurultayına (2003) nümayəndə seçilib.
== Fəaliyyəti ==
2005-ci ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə "Hüseyn Cavid və Şərq" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə "Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda doktrluq müdafiə edib 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür.