lələk sözü azərbaycan dilində

lələk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lələk • 83.0508%
  • Lələk • 13.5593%
  • LƏLƏK • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lələk (bitki)
Lələk (lat. Gleditsia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Adi və ya üçtikanlı lələk
Auxer lələklivəsi
Auxer lələklivəsi - (lat. Smyrniopsis aucheri Schischk) — Kərəvüzkimilər (Apiaceae Lindl. ) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir.
Dəniz lələkləri
Dəniz lələkləri (lat. Pennatulacea) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi.
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Lələkquyruq uçansincab
Lələkquyruq uçansincab (lat. Acrobatidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir.Onlar biraz əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır.Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır. Meyvələri giləmeyvəşəkilli, göyumtül-qaradır. 1–3 toxumludur.
Lələkvariyarpaq pilokarpus
Lələkvariyarpaq pilokarpus (lat. Pilocarpus pennatifolius) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin pilokarpus cinsinə aid bitki növü. Vətəni Paraqvaydır. Paraqvay, Braziliyanın cənubunda və Argentinanın şimal-şərqində bitir. == Ədəbiyyat == F. G. Kohl: Die Officinellen Pflanzen der Pharmacopoea Germanica. Barth, 1895, S. 92 f, Taf. 59, online auf biodiversitylibrary.org. K. Kubitzki: The Families and Genera of Vascular Plants. Vol. X: Flowering Plants Eudicots.
Lələkyeyənlər
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Lələkşəkilli itiüzümü
Lələkşəkilli itüzümü (lat. Lycium cestroides) == Təbii yayılması == Vətəni Cənubi Amеrikadır. Subtrоpik zоnalar daxil оlmaqla dünyanın hər yеrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–2 m, bəzən 5 m olan, çоxillik, yarpağını tökən tikanlı kоldur. Yarpaqların uzunluğu 10–90 mm, eni 4,5-4,7 mm-dir. Kasacığın uzunluğu 1-2,5 mm, boruvari, bəzən zəngvari, borucuğun uzunluğu 2-3,5 mm-dir. Çiçəklər tək-tək yеrləşir, bəzən diamеtri 6–25 mm оlan çiçək qrupuna yığılır. Çiçək tacı qırmızı, ağ və ya yaşılımtıl-ağ оlub, əsasından birləşmiş 5 ləçəkdən ibarətdir. Meyvəsi şarşəkilli, qırmızı, narıncı, tünd bənövşəyi, uzunluğu 5–9 mm, eni 4–8 mm olan çоx tоxumlu giləmеyvədir. Tоxum və pöhrələrlə çоxaldılır.
Lələkənd
Lələkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Ehtimal ki, XVIIəsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur. == Toponimi == Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəbdir. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.
Lələkəpeştə
Lələkəpeştə — Azərbaycan Respublikasının Astara rayonunun Vaqo inzibati ərazi vahidində kənd.
Təzəkənd-i Lələkli (Qoşaçay)
Təzəkənd-i Lələkli (fars. ‎تازه كندللكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (114 ailə).
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) == Təbii yayılması == Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — üçbarmaq cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2010 ••••••••• 0.09
2011 •••••••••••••••• 0.17
2016 •••••••••••••••• 0.17
2017 ••••••••••••••• 0.16
2018 •••••••••••••• 0.15
2020 •••••••••••• 0.13

lələk sözünün leksik mənası və izahı

  • 1 is. 1. Quşların qanadlarının və quyruqlarının uclarındakı uzun saplaqlı tük. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov. Hər il ovçular yüz milyon manatlarla qiyməti olan xəz, dəri, piy, ət, quş tükü, lələk və s. məhsul əldə edirlər. M.Rzaquluzadə. // Bəzək üçün baş geyiminə taxılan belə tük. Şlyapaya lələk taxmaq. 2. məh. Qarğının üst qabığı.

    Azərbaycan dilinin izahlı lüğəti / lələk

lələk sözünün etimologiyası

  • 1 Əsli yelək olub. Yel feili ilə bağlıdır, həmin feilin mənası “sürətlə getmək” de­məkdir. Lələk (yelək) quşun, uçuşun, oxun sürətini təmin edən vasitədir. “Parus” mənasında işlədilən yelkən sözü də yuxarıdakılarla eyni kökə malikdir. Türklər oxa ilk dəfə yelək qoyub və onların silahı 150 m başqalarından uzağı vurub (ye­lək oxun girişə qoyulan ucunda bərkidilirmiş). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / lələk

lələk sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. LƏLƏK Onlar mənə salam deyə qanadından lələk atdı; Bunu quşlar özü atdı.. (S.Rüstəm); QƏLƏM Xoruzun boynunda, belində, qanadlarının və quyruğunun üstə, əyri bir rəngbərəng qələmlər var (H.Zərdabi); YELƏK Üç yeləkli qayım oxlar atılırdı, dərməni düşürdü (Anar). 2. lələk bax qələm 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / lələk

lələk sözünün rus dilinə tərcüməsi

  • 1 1. перо, перья, перо из хвоста или крыльев птицы; 2. оперение;

    Azərbaycanca-rusca lüğət / lələk
  • 2 1 сущ. 1. перо (роговое образование кожи птиц – полый стерженёк с пушистыми отростками по бокам). Ördək lələyi утиное перо, qaz lələyi гусиное перо 2. оперение (перьевой покров птицы) 2 сущ. бот. гледичия (род листопадных деревьев сем. цезальпиниевых)

    Azərbaycanca-rusca lüğət / lələk

lələk sözünün inglis dilinə tərcüməsi

  • 1 i. feather, plumage; (bəzək üçün) plume; əlvan rəngli ~ brightly coloured plumage; ~ kimi yüngül as light as a feather, very light; ~ tökmək to moult, to lose* feathers, to shed* feathers

    Azərbaycanca-ingiliscə lüğət / lələk

lələk sözünün fransız dilinə tərcüməsi

lələk sözünün ləzgi dilinə tərcüməsi

"lələk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lələk nədir? #lələk sözünün mənası #lələk nə deməkdir? #lələk sözünün izahı #lələk sözünün yazılışı #lələk necə yazılır? #lələk sözünün düzgün yazılışı #lələk leksik mənası #lələk sözünün sinonimi #lələk sözünün yaxın mənalı sözlər #lələk sözünün əks mənası #lələk sözünün etimologiyası #lələk sözünün orfoqrafiyası #lələk rusca #lələk inglisça #lələk fransızca #lələk sözünün istifadəsi #sözlük