Lənbəran sözü azərbaycan dilində

Lənbəran

Yazılış

  • Lənbəran • 96.6387%
  • LəNbəran • 1.6807%
  • lənbəran • 1.6807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lənbəran
Lənbəran — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati-ərazi vahidində kənd. Kənd qədimliyi ilə tanınır. == Tarixi == Azərbaycanın Bərdə rayonunun böyük yaşayış məntəqələrindən biri olan bu kəndin qədim tarixi var. Kəndin adı Ləmbəran variantında da qeydə alınmışdır.Yaşayış məntəqəsinin adı ilk dəfə XII əsrdə Xaqaninin əsərlərində çəkilir. Bir qism tədqiqatçılar oykonimi fars dilindəki ləmbir (çay vadisi) sözü ilə əlaqələndirirlər.Lənbəran kəndi Azərbaycanın ən qədim tarixə malik olan kəndlərindən biridir. Tarixi mənbələrin verdiyi məlumata görə, Lənbəran kəndi 1174-cü ildə slavyanların hücumuna məruz qalmış və üç il slavyanların əsarəti altında olmuşdur. 1177-ci ildə I Şirvanşah Axsitan tərəfindən kəndimiz slavyan əsarətindən xilas edilmişdir. Lənbəran kəndi Qarabağın ən qədim şənliklərindən biridir. Bu kənd səfəvilər dönəmində Bərdə qəzasına bağlı idi. Xanlıq dönəmində isə Kəbirli mahalının inzibati-ərazi vahidələrindən hesab olunurdu.
Lənbəran bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Asəf Lənbərani
Asəf Lənbərani — şair. == Həyatı == Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı. == Yaradıcılığı == Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir.
Cəmil Lənbəranski
Cəmil Məşədi Nəsir oğlu Lənbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Lənbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Lənbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Lənbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil bəy Lənbəranski

Lənbəranskilər
Lənbəranskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardı. Kərbəlayı Bayramın ikinci oglu Bayram 1809-cu ildə Qarabağın Kəbirli mahalının Lənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oglu Sarıcalı-Cavanşirin rəiyyəti idi. O, rəiyyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiyələnmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardı.
Əliş Lənbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 (23) may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Şuşa qəzasının Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. === Siyasi fəaliyyəti === 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2004 ••••• 0.34
2006 ••• 0.23
2010 ••• 0.18
2011 •••• 0.26
2012 ••••••••••••• 0.95
2013 •••••• 0.44
2014 ••• 0.17
2015 ••••••••• 0.68
2016 ••••• 0.35
2017 ••••••• 0.49
2018 •• 0.15
2019 •••• 0.28
2020 ••••••••• 0.66

"lənbəran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lənbəran nədir? #lənbəran sözünün mənası #lənbəran nə deməkdir? #lənbəran sözünün izahı #lənbəran sözünün yazılışı #lənbəran necə yazılır? #lənbəran sözünün düzgün yazılışı #lənbəran leksik mənası #lənbəran sözünün sinonimi #lənbəran sözünün yaxın mənalı sözlər #lənbəran sözünün əks mənası #lənbəran sözünün etimologiyası #lənbəran sözünün orfoqrafiyası #lənbəran rusca #lənbəran inglisça #lənbəran fransızca #lənbəran sözünün istifadəsi #sözlük