ləzgilər sözü azərbaycan dilində

ləzgilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ləzgilər • 92.7536%
  • Ləzgilər • 7.2464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ləzgilər
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər.
Ləzgilər (dəqiqləşdirmə)
Ləzgilər — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlardan biri. Ləzgilər (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Ləzgilər Kilsəsi — Kəlbəcər rayonundakı Kilsəli kəndinin keçmişdə istifadə olunan başqa bir adı. Ləzgilər məhəlləsi — Bakı şəhərinin İçərişəhər hissəsinin tarixi məhəllələrindən biri. Ləzgilər məhəlləsi — Göyçay rayonunun Göyçay şəhərinin məhəllələrindən biri. Ləzgilər məhəlləsi — Qəbələ rayonunun Savalan kəndinin məhəllələrindən biri. Ləzgilər nəsli — Beyləqan rayonunun Bünyadlı və Əhmədli kəndlərində yaşayan nəsillərdən biri.
Ləzgilər (Şəmkir)
Ləzgilər — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Ləzgilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Ləzgilər Kilsəsi
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Azərbaycan ləzgiləri
Azərbaycan ləzgiləri (ləzg. Azerbayjandin lezgiyar) və ya Quba ləzgiləri (ləzg. Qubapatan lezgiyar) — tarixən Azərbaycanın bəzi şimal bölgələrində yaşayan ləzgi etnik qrupunun bir hissəsi. Say baxımından onlar ikinci (türklərdən sonra) millətdir və ölkənin ən böyük milli azlığıdır. Əksəriyyəti üçün ana dili ləzgi, nisbətən az qismi üçün isə Azərbaycan və rus dilləridir. == Demoqrafiyası == === Müasir dövr === 1897-ci ildə Rusiya imperiyasında aparılan əhalinin siyahıyaalması zamanı Azərbaycan ərazisində ləzgi dilində danışan əhalinin sayı 63.700 nəfər olmuşdu, bu da ümumi əhalinin 3,5%-ni təşkil edirdi. 1905-1907-ci illərdə erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar zamanı ən çox itkiyə məruz qalan etnik qruplardan biri də ləzgilər olublar.

"ləzgilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ləzgilər nədir? #ləzgilər sözünün mənası #ləzgilər nə deməkdir? #ləzgilər sözünün izahı #ləzgilər sözünün yazılışı #ləzgilər necə yazılır? #ləzgilər sözünün düzgün yazılışı #ləzgilər leksik mənası #ləzgilər sözünün sinonimi #ləzgilər sözünün yaxın mənalı sözlər #ləzgilər sözünün əks mənası #ləzgilər sözünün etimologiyası #ləzgilər sözünün orfoqrafiyası #ləzgilər rusca #ləzgilər inglisça #ləzgilər fransızca #ləzgilər sözünün istifadəsi #sözlük