Mövsümzadə sözü azərbaycan dilində

Mövsümzadə

Yazılış

  • Mövsümzadə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirzə Mövsümzadə
Mirzə Məmməd oğlu Mövsümzadə (17 oktyabr 1939, Bakı) — kimya elmləri doktoru, professor. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini. Mirzə Mövsümzadə1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsiniə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1964-cü ildə o, aspiranturaya daxil olub. 1968-ci ildə "α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1986-cı ildə "Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institun elmi işlər üzrə direktor müavinidir. Məmməd Mövsümzadənin oğludur.
Məmməd Mövsümzadə
Məmməd Mirzə oğlu Mövsümzadə (25 dekabr 1908, Bakı – 7 dekabr 1984, Bakı) — kimya elmləri doktoru (1946), professor (1947), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1967). Məmməd Mövsümzadə 1908-ci il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olub. O, 1915-ci ildə Bakıda 10 saylı birinci dərəcəli məktəbin birinci sinifinə gedib və 1925-ci ildə 12 saylı ikinci dərəcəli məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra o, elə həmin il Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təbiətşünaslıq bölməsinə qəbul olunub və 1930-cu ildə universiteti bitirib. Məmməd Mövsümzadə 1939-1948-ci illərdə Azərbaycan Dövlət Neft və Səna­ye Universitetinin Kimya-texnologiya fakültəsində dekan vəzifəsində çalışıb. O, 1940-1960-cı illərdə Azərbaycan Tibb Universite­tinin Üzvi kimya kafedrasında dosent, professor, kafedra müdiri vəzifələrini icra edib. 1947-1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi kimya kafed­rasında professor, kafedra müdiri vəzifələrində çalışıb. Məmməd Mövsümzadə 1941-1945 ci illərin Böyük Vətən müharibəsi dövründə Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi sahəsində məhsuldar işləyib. Müharibə başa çatan ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Məmməd Mövsümzadə neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə edərək kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olub.

Oxşar sözlər

#mövsümzadə nədir? #mövsümzadə sözünün mənası #mövsümzadə nə deməkdir? #mövsümzadə sözünün izahı #mövsümzadə sözünün yazılışı #mövsümzadə necə yazılır? #mövsümzadə sözünün düzgün yazılışı #mövsümzadə leksik mənası #mövsümzadə sözünün sinonimi #mövsümzadə sözünün yaxın mənalı sözlər #mövsümzadə sözünün əks mənası #mövsümzadə sözünün etimologiyası #mövsümzadə sözünün orfoqrafiyası #mövsümzadə rusca #mövsümzadə inglisça #mövsümzadə fransızca #mövsümzadə sözünün istifadəsi #sözlük